14 Avqust 2024 14:38
560
CƏMİYYƏT
A- A+
Cari ilin birinci yarısında ölkədə yeni açılan iş yerlərinin sayı açıqlanıb  

Cari ilin birinci yarısında ölkədə yeni açılan iş yerlərinin sayı açıqlanıb  

 

Cari ilin altı ayı ərzində ölkədə 45,4 min yeni iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 95,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 79,4 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 18,9 faizi digər regionların, o cümlədən 4,7 faizi Abşeron-Xızı, 2,1 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Lənkəran-Astara, 1,9 faizi Quba-Xaçmaz, 1,8 faizi Şirvan-Salyan, 1,3 faizi Qazax-Tovuz, 1,2 faizi Qarabağ, 1,2 faizi Şəki-Zaqatala, 1,0 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,4 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 10,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 88,4 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 26,4 faizi tikinti, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi emal sənayesi, 7,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi peşə, elmi və texniki fəaliyyət, 4,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi informasiya və rabitə, 2,2 faizi təhsil, 7,0 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, bu ilin birinci yarımili ərzində ölkədə 4,5 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 51,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 48,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı "dəyərlərin tənəzzülü" prosesində boğulur

08:25
20 Dekabr

İmzalar içində imza olmağın qüruru

08:20
20 Dekabr

Ermənistanda kilsə-hakimiyyət qarşıdurması gərginləşir

08:15
20 Dekabr

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında

08:10
20 Dekabr

Parlament amnistiya aktını qəbul etdi

08:05
20 Dekabr

Müstəqillik tariximizin ən böyük amnistiyası

08:00
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!