07 Aprel 2023 12:53
4131
Səhiyyə
A- A+
Canımızı çox seviriksə...

Canımızı çox seviriksə...

 

Hamı canını çox sevir, lakin onun sağlamlığı qayğısına qalmağı həyat normasına çevirməyi heç də hamı bacarmır. Halbuki sağlamlıq bu dünyada heç nə ilə əvəz edilməsi mümkün olmayan ən böyük nemətdir.

Körpə vaxtı lazımınca ana südü ilə, böyüyəndə orqanik qidalarla qidalanmırıq, səhərlər idman hərəkətləri etmirik, bulaq suyu içmirik, dəniz sahilində quma girmirik, dağ havası udmuruq, palçıq vannası qəbul etmirik. Bitki çayı içmirik, pəhriz saxlamırıq, at minmirik, velosiped sürmürük, sonra da ağrı-acıdan şikayətlənməyə başlayırıq. Əlbəttə, bunların eləsi var ki, hansısa zəhmət, maddiyyat tələb edir, amma eləsi də var ki, ətrafımızda, əlimizin altındadır. Onu etmək hər kəs üçün əlçatandır...

Ana təbiətdə bitən hər gül, çiçək, ağac və meyvə min bir dərdin dərmanıdır. Dərman bizim ətrafımızda ola-ola təəssüf ki, çox vaxt onu əczaxanalarda axtarırıq. Bəzən bir bitki uzun illər kütləvi ölüm hallarına səbəb olmuş xəstəliyin çarəsi olur. Çoxlu tələfat və itkilərə səbəb olmuş malyariya xəstəliyinin şəfası kinə ağacının yarpağında imiş. Yaxud soyuqdəymə və zökəmdə cökə yarpaqları, qripdə evkalipt yarpağı, öd kisəsinin fəaliyyətini nizama salmaqda solmazçiçəyi, qankəsicilik xüsusiyyətinə görə gicitkən və qıtıqotu bəzi kimyəvi dərmanlardan daha güclü təsirə malikdir.

Ayrı-ayrı bitkilərin faydası və təbabətdə istifadəsi haqqında çox eşidirik. Araşdırmalar göstərir ki, orqanizm üçün ən faydalı bitkilərdən biri də ispanaqdır. Bəzi bölgələrdə bu bitkini el arasında şomu adlandırırlar. AZƏRTAC bildirir ki, Amerika Qida Ehtiyatları Universitetində tədqiqatçı Norman Uolkerin bu sahədə apardığı araşdırmalar xüsusilə böyük maraq doğurur. Alim 83 meyvə-tərəvəzdən insan orqanizmi üçün çox əhəmiyyətli olan reseptlər hazırlayıb. Həmin reseptlərin böyük bir qismində ispanaqdan müalicə vasitəsi kimi istifadə edilir. Onun tədqiqatına əsasən, 89 xəstəlikdə ispanaq birinci, 18 xəstəlikdə ikinci, 3 xəstəlikdə üçüncü dərəcəli dərman rolu oynayır. Onu çiy halda qəbul etmək orqanizm üçün xüsusilə xeyirlidir. İspanağı qaynadıb bişirəndə zülallar və digər elementlərlə zəngin olan bitkinin tərkibindəki maddələr qeyri-üzvi turşulara, o cümlədən oksalat turşusuna, yəni turşəngə çevrilir. Həmin turşular isə sonradan böyrəkdə və öd kisəsində daş yaranmasına səbəb olur. Bitkinin şirəsi təzə halda xərçəng xəstəliyi zamanı da istifadə oluna bilər.

Uolkerin təklif etdiyi ən sadə reseptlərdən biri belədir: 290 qram kök şirəsinin 170 qram ispanaq şirəsi ilə qarışdıraraq gün ərzində içilməsi orqanizmdə olan əksər xəstəliklərin müalicəsində müstəsna rol oynayır.

Təkcə ispanaq deyil, kök, çuğundur və nar şirəsi qəbul etmək də olduqca böyük müalicəvi əhəmiyyət daşıyır. Xüsusilə kök şirəsinin uşaqlara verilməsi çox vacibdir.

Bu, məşhur tədqiqatçı alimin təklif etdiyi çoxsaylı reseptlərdən, müalicə üsullarından biridir. Canını çox sevən hər kəsin ona əməl etməyinin faydası var. Əgər canımızı çox seviriksə, nəinki ona, digər həkim, təbib və loğmanların məsləhətlərinə əməl etmək tövsiyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!