14 Yanvar 2022 20:07
471
İQTİSADİYYAT
A- A+

“Buta Airways” aviaşirkəti bütün reyslərdə aviabiletlərin qiymətini 29 avroya endirib

 

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti qiyməti 29 avrodan başlayan “Büdcə” tarifi ilə aviabilet əldə etmək imkanını bərpa edib.

Aviaşirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu tarif koronavirus pandemiyasının aktiv fazasında müvəqqəti olaraq mövcud deyildi.

“Büdcə” tarifi üzrə aviabiletləri əvvəlki kimi yalnız aviaşirkətin “www.butaairways.az” rəsmi saytından əldə etmək olar. Bu tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmayıb. Lakin hava limanında uçuşa qeydiyyat aviadaşıyıcının digər tariflərində olduğu kimi pulsuz həyata keçiriləcək. Təyyarənin salonunda yer seçimi aviaşirkətin hər üç tarifində ödənişli xidmət kimi təklif olunur.

“Büdcə” tarifi “Buta Airways” aviaşirkətinin bütün xüsusi reyslərində qüvvədədir. Aviaşirkətin marşrut şəbəkəsinə İstanbul, Alanya, İzmir, Ankara, Moskva (“Jukovski” hava limanı), Ufa, Kazan, Həştərxan, Kiyev, Tbilisi, Ər-Riyad, Dammam kimi istiqamətlər daxildir.

“Büdcə” tarifi çərçivəsində ölçüləri 30x35x10 santimetrdən artıq olmayan şəxsi əşyalar üçün kiçik çanta və ya kamera çantası və portativ kompüter çantasının (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir), üst geyimi, palto və ya plaş, portpleddə kostyumun (yalnız təyinatı üzrə istifadə edilməlidir), gül dəstəsinin (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır), uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabasının (hava gəmisinin baqaj bölməsində daşınır), fiziki imkanları məhdud olan sərnişinlər üçün qatlanan kreslo-arabanın (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsanın, çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materialların təyyarənin salonunda pulsuz daşınmasına icazə verilir.

Həmçinin aviadaşıyıcının xüsusi reyslərində “Büdcə” tarifindən başqa, müvafiq olaraq 10 kiloqram və 23 kiloqram qeydiyyatdan keçirilən baqajın daşınması daxil olmaqla, “Standart” və “Super” tarifləri üzrə aviabiletlər əldə etmək imkanı təklif olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video