22 Iyun 2022 03:50
462
ELANLAR

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti Rusiyaya daha bir istiqamət üzrə uçuşları bərpa edir

 

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti iyul ayında Bakıdan Moskva ətrafı "Jukovski" hava limanına uçuşları bərpa edir.

"Buta Airways" aviaşirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, 1 iyul tarixindən etibarən bu istiqamətə və geriyə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək.

Qeyd edək ki, "Buta Airways" aviaşirkətinin Bakıdan Rusiyanın şəhərlərinə bərpa olunmuş uçuşlarının siyahısına Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) və Ufa (cümə axşamı və bazar günləri) şəhərləri daxildir.

"Buta Airways" aviaşirkətinin Rusiyaya planlaşdırılan bütün reyslərinə biletlər aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, həmçinin aviaşirkətin rəsmi www.butaairways.az saytında satışdadır.

Rusiyaya səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq olar:

https://www.butaairways.az/az/covid/russia

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:

https://www.butaairways.az/az/covid/azerbaijan.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video