Bundestaqın sədri: Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikası Bundestaqının sədri Barbel Bas ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bundestaqın sədri ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib. O, bu səfərin ikitərəfli əlaqələrin daha da genişlənməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib.
Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi diqqətə çatdırılıb, bu dövrdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Bundestaqın spikeri hazırda ölkəsinin enerji təchizatında yaranmış problemlərlə bağlı fikirlərini bölüşüb. O, bu çərçivədə Almaniyanın bərpaolunan enerjiyə göstərdiyi diqqət, bu sahədə çalışan şirkətlər, Bundestaqın bu mövzu ilə məşğul olan parlamentariləri haqqında danışıb. Barbel Bas Azərbaycanın da bərpaolunan enerji sahəsində müvafiq qurumları ilə əlaqələrin yaradılması barədə fikirlərini diqqətə çatdırıb.
Azərbaycan və Almaniyanın dost və tərəfdaş ölkələr olduğunu qeyd edən Sahibə Qafarova ölkəmizin Almaniya ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühiti, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, ölkəmizin müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu, bərpaolunan enerji üzrə icra olunan layihələr haqqında məlumat verilib. Qeyd olunub ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
Humanitar sahədə də əlaqələrin önəminə diqqət çəkilib, Azərbaycanda mövcud olan tolerantlıq mühiti vurğulanıb, ölkəmizdə alman mühacirlərin tarixi irsinin dövlət səviyyəsində qorunduğu bildirilib.
Qanunverici orqanlar arasında əməkdaşlıq məsələlərinə də toxunan Milli Məclisin sədri ölkələrimizin əməkdaşlığının inkişafında parlamentlərin birgə işinin gücləndirilməsi vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə təmasların və qarşılıqlı səfərlərin önəmi qeyd edilib.
Sahibə Qafarova görüşdə regiondakı mövcud vəziyyət, Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalının doğurduğu nəticələr barədə geniş məlumat verib.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə olmadığını diqqətə çatdıran Milli Məclisin sədri ölkəmizin sülh sazişinin imzalanması üzrə danışıqları davam etdirməyə hazır olduğunu bildirib.
Bundestaqın sədri Almaniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, regionda sülhün təmin olunmasının, sülh müqaviləsinin imzalanması üzrə danışıqların davam etdirilməsinin önəmini vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Görüşün sonunda S.Qafarova Almaniya Bundestaqının sədrinə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı təqdim edib.
Sonra Azərbaycanın parlament nümayəndə heyətinin üzvləri Almaniya Bundestaqının binası ilə tanış olublar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Cüdoçularımız tatamiyə çıxırlar
27 Iyul
Boksçular mübarizəyə sabah qoşulacaqlar
27 Iyul
"Bu, biabırçı seqreqasiya aktıdır"
27 Iyul
Casusluq ittihamı ilə qovuldu
27 Iyul
Avarçəkənimizin rəqibləri məlum oldu
27 Iyul
Lahıc - zamanların qovuşduğu məkan
27 Iyul
Azərbaycanın idxal-ixrac əməliyyatlarında saldo müsbət olaraq qalır
27 Iyul
"Paris-2024": Şikayət ardınca şikayət gəlir
27 Iyul
Kənd turizmi insanlar üçün çox sərfəlidir
27 Iyul
Azərbaycana gələn turistlərin sayı artır
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!