17 Fevral 2025 19:34
502
İQTİSADİYYAT
A- A+
Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb

Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb


Bu ilin yanvar ayı ərzində yük və sərnişin daşımaları əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 5,5 faiz və 7,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki,nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 18,4 milyon ton yük daşınıb. Yüklərin 4,5 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,2 faizi hava, 55,7 faizi avtomobil nəqliyyatı, 31,4 faizi isə boru kəməri ilə nəql edilib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 74,8 faiz təşkil edib. 2025-ci ilin yanvar ayında nəqliyyatçılar 157,2 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,9 faizi avtomobil nəqliyyatından, 11,4 faizi metrodan, qalan hissəsi isə digər nəqliyyat növlərindən istifadə edib. Dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında 1,5 milyon ton yük, 713,7 min sərnişin daşınıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 9,6 faiz, sərnişin daşınmasında isə 14,6 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 436 vaqon yüklənib, 421 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,3 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 824,1 min ton təşkil etmiş və əvvəlki ilin yanvar ayına nisbətən 31,2 faiz artıb. Yüklərin 43,5 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 1471,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1137,9 min tonunu və ya 77,3 faizini tranzit yüklər təşkil edib. 2025-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 53,6 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin yanvar ayına nisbətən 42,1 faiz artaraq 2,7 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 10,2 milyon ton yük, 138,2 milyon sərnişin daşınıb və əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 9,8 faiz və 8,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,7 faizi avtobus, 4,3 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 10,5 faiz, sərnişin dövriyyəsi isə 9,8 faiz atıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4,2 faiz artaraq 18,0 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 303,0 min və ya 13,1 faiz çox sərnişin daşınmış, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 7,7 faiz artaraq 33,7 min ton olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!