Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti dövlət qurumlarını mövcud və yarana biləcək təhlükələrdən qorumaq
məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqləri davam
etdirir.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət qurumlarının
əməkdaşları üçün həyata keçirilən “Kibergigiyena layihəsi”nə, “İnformasiya
təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də
həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, cari ilin
birinci yarımili ərzində 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena
qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevriliblər.
Qeyd etmək lazımdır ki, hakerlərin hədəfinə çevrilən dövlət qulluqçularının
16 faiz admin səlahiyyətli əməkdaşlar olub ki, bu da ciddi narahatlıq
doğurmaqla yanaşı, həmin dövlət qurumlarında daxili informasiya
təhlükəsizliyinə nəzarətin kifayət qədər olmadığını və bu sahədə zəruri
addımların atılmadığını göstərir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti tərəfindən həmin dövlət qurumlarına müvafiq tədbirlərin
görülməsi üçün məlumat verilib.
Bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə,
fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker
hücumlarının qurbanına çevrilirlər. Belə vətəndaşlar haker hücumlarının
qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi
olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin,
şifrə) və fərdi məlumatlarının da hakerlərin əlinə keçməsinə şərait yaradırlar.
2025-ci ilin birinci yarımilində hakerlərin qurbanına çevrilmiş dövlət xidməti
istifadəçiləri olan vətəndaşların sayı 6164 olub.
|
№
|
Elektron Xidmət Təminatçısı
|
Vətəndaş
|
|
1
|
Dövlət İmtahan Mərkəzi
|
2406
|
|
2
|
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
|
2101
|
|
3
|
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
|
692
|
|
4
|
Daxili İşlər Nazirliyi
|
341
|
|
5
|
Dövlət Miqrasiya Xidməti
|
216
|
|
6
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
109
|
|
7
|
Səhiyyə Nazirliyi
|
100
|
|
8
|
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi
|
60
|
|
9
|
Xarici İşlər Nazirliyi
|
30
|
|
10
|
Dövlət Gömrük Komitəsi
|
24
|
|
11
|
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
24
|
|
12
|
Dövlət Statistika Komitəsi
|
20
|
|
13
|
Maliyyə Nazirliyi
|
17
|
|
14
|
Ədliyyə Nazirliyi
|
8
|
|
15
|
Məhkəmə-Hüquq Şurası Məhkəmə Portalı
|
4
|
|
16
|
Elmin İnkişafı Fondu
|
4
|
|
17
|
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
|
2
|
|
18
|
Auditorlar Palatası
|
1
|
|
19
|
Elm və Təhsil Nazirliyi
|
1
|
|
20
|
Azərbaycan Standartlaşdırma İnstitutu
|
1
|
|
21
|
AzərEnerji ASC
|
1
|
|
22
|
Dövlət Reklam Agentliyi
|
1
|
|
23
|
Milli Depozit Mərkəzi
|
1
|
|
*
|
HAKERLƏRİN QURBANINA ÇEVRİLMİŞ DÖVLƏT XİDMƏTLƏRİNDƏN İSTİFADƏ
EDƏN VƏTƏNDAŞLARIN SAYI
|
6164
|
“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan
kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın
gücləndirilməsi məqsədilə dövlət qurumlarına daxili informasiya
təhlükəsizliyinə nəzarəti gücləndirməyin, mərkəzləşdirilmiş antivirus sisteminə
qoşulmağın vacibliyini bir daha xatırladır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, eyni zamanda,
vətəndaşlara fərdi qaydada antiviruslardan istifadə etməyi, o cümlədən
kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi, saxta
domenlər barədə məlumatları “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə
edir”,- deyə Dövlət Xidmətinin məlumatında qeyd olunub.