12 Yanvar 2024 09:51
2528
CƏMİYYƏT
A- A+
Bu ildən Azərbaycanda alimentin minimum miqdarı nə qədər müəyyənləşdirilib? – ŞƏRH

Bu ildən Azərbaycanda alimentin minimum miqdarı nə qədər müəyyənləşdirilib? – ŞƏRH

 

Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, uşaqları saxlamaq valideynlərin həm borcu, həm də hüququdur. Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına aid olan ailə münasibətlərinin yaranması və möhkəmlənməsi, onlara xitam verilməsinin prinsipləri, ailə münasibətləri hüquq və vəzifələri və dövlət orqanlarının bu sahədə vəzifələri Ailə Məcəlləsi ilə tənzimlənir. Həmin məcəlləyə əsasən hər bir uşaq ailədə yaşamaq, tərbiyə almaq, valideynlərini tanımaq, onların qayğısından yararlanmaq hüququna malikdir. Nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər uşaqların saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən məbləğdə vəsait ödəməyə borcludurlar. Ödənilən həmin vəsait aliment adlanır.


Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Elkin Kərimli AZƏRTAC-a açıqlamasında deyib ki, valideynlər alimenti könüllü olaraq ödəmək istədikdə Ailə Məcəlləsində göstərildiyi kimi yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər bu vəzifələrini iştirakçılarının könüllü yerinə yetirmədikdə uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Qanunvericiliyə əsasən məhkəmə qaydasında aliment tutulmasının iki qaydası müəyyənləşdirilib. Əgər aliment ödəyicisi hər hansı sahədə işləyirsə, bu zaman onun aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, yox əgər iş yeri yoxdursa və tərəflər razılığa gəlirsə, sabit pul məbləğində pul vəsaitinin tutulması nəzərdə tutulur.

Bu ildən etibarən Azərbaycanda alimentin minimum məbləği qaldırılıb

Bildirim ki, bu ildən etibarən Azərbaycanda alimentin minimum məbləği və ya miqdarı 220 manatdan 235 manata qaldırılıb. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Bu qanun 2024-cü il yanvarın 1-də qüvvəyə minib. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın qanunvericiliklə müəyyənləşdirilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Qeyd edək ki, Ailə Məcəlləsinin tələblərinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, iki uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, üç və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.

Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər

Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Yəni, bir uşağın saxlanması üçün hazırda minimum məbləğ 235 manat təşkil edir. Buna görə də əvvəlki illərdə 235 manatdan az məbləğdə müəyyən edilən aliment məbləğinin artırılması ilə bağlı maraqlı şəxslər məhkəməyə müraciət edə bilər. Məhkəmə işin hallarını və tərəflərin maddi vəziyyətini nəzərə alaraq uşağın saxlanması üçün müəyyən edilən aliment məbləğinin 235 manata qədər artırılması barədə qətnamə qəbul edə bilər.

Başqa sözlə, ümumiyyətlə, məbləğ artımı Azərbaycan Prezidentin müvafiq Sərəncamına əsasən bu il yanvarın 1-dən sonra aliment məbləğinə aiddir. Yəni yanvarın 1-dən indiyədək aliment məbləğinin artırılması ilə bağlı iddia qaldıran şəxslər üçün həmin məbləğ 235 manatdan hesablanacaq. Əvvəlki illərdə alimenti ödəyən şəxslər də Ailə Məcəlləsinə uyğun olaraq yanvarın 1-dən onun artırılmasına dair iddia qaldırıb bu məbləği artıra bilərlər. Yəni aliment məbləği boşanmanın və ya nikahın hansı ildə pozulmasından asılı deyildir.

Alimentin sabit məbləğdə tutulması məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür

Alimentin sabit məbləğdə tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Məhkəmə tərəfindən ailələrin maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla alimentin miqdarı artırıla və ya azaldıla bilər. Aliment ödəməli olan valideynin heç yerdə işləməməsi və ya rəsmi qazancının olmaması onu aliment ödəməkdən azad etmir.

Yəni, alimentlə bağlı qərar çıxıbsa, ər və ya arvad onun azaldılması ilə bağlı iddia ilə məhkəməyə müraciət edə bilər. Əgər sabit maaş məbləği müəyyən olunursa və rəsmi iş yeri varsa, ər onunla bağlı arayış təqdim edirsə, o təqdirdə aliment maaşın bir hissəsindən ödənişin olmasını müəyyən olunmasını tələb edə bilər. Yəni burada nüanslar çoxdur.

Qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.5-ci maddəsinə əsasən alimentlər də gəlir vergisindən azaddır. Alimenti ödəyən şəxs yox, onu alan şəxs həmin aliment məbləği qədər gəlir vergisindən azaddır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!