12 Noyabr 2024 15:20
463
İQTİSADİYYAT
A- A+
“Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB

“Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB

COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Layihə 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə bp arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.

Təməlqoyma mərasimində layihə üzrə “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi və “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi” imzalanıb.

Sonra isə simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. İmzalama prosesinə SOCAR və Azərbaycan İnvestisiya Şirkəti də qoşulub. “Şəfəq” GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.

Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Nəticədə terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpaolunan enerjidən istifadə ediləcək və bp-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək verəcək. Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya səylərinə mühüm töhfə verəcək.

“Şəfəq” Günəş Elektrik Stansiyasının səhmdarları bp, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olmaqla, layihəyə təxminən 200 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulur.


10.42

Energetika Nazirliyinin COP29 çərçivəsində keçirəcəyi tədbirlərin siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu gün keçiriləcək görüş zamanı nazirlər səviyyəsində aparılacaq müzakirələrdə bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi müzakirə ediləcək.

Eyni zamanda, bp ilə Cəbrayıl rayonunda 240 meqavat gücündəki “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişə uyğun olaraq Nazirlərin 9-cu iclasının keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan məişət avadanlıqlarının və mərkəzləşdirilmiş kondisioner sistemlərinə illik texniki xidmətlərin satın alınması məqsədilə müsabiqə elan edir

01:21
13 Dekabr

ADA Universiteti Qazax Mərkəzində Ümummilli Liderin xatirəsi yad edilib  

23:29
12 Dekabr

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

23:27
12 Dekabr

SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

23:25
12 Dekabr

İtaliya qəzeti Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib  

23:23
12 Dekabr

Makron cümə günü Fransanın baş nazirini təyin etməyi planlaşdırır

23:21
12 Dekabr

18 yaşlı Qukeş Dommaracu şahmat üzrə 18-ci dünya çempionudur 

22:56
12 Dekabr

“Time” jurnalı Donald Trampı 2024-cü ilin adamı seçib

22:27
12 Dekabr

Europol: RKK Avropada narkotik və insan alveri ilə məşğuldur

21:36
12 Dekabr

Bu gün Avropa Liqasında VI turun oyunları keçiriləcək

21:13
12 Dekabr

Türkiyənin İqdır şəhərində Heydər Əliyevin xatirəsi anılıb

20:09
12 Dekabr

Xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb

19:37
12 Dekabr

Qərbi Azərbaycan İcmasının ilk xarici ofisi qardaş Türkiyədə açılıb

19:14
12 Dekabr

Ağdamda Ulu Öndərin xatirəsi ehtiramla yad edilib

19:11
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub

18:55
12 Dekabr

Praqada Ulu Öndərin xatirəsi anılıb

18:43
12 Dekabr

Qərb bölgəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub

18:41
12 Dekabr

Naxçıvanda Ümummilli Liderin xatirəsinə ağacəkmə aksiyası keçirilib

18:39
12 Dekabr

Kişineuda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

18:13
12 Dekabr

DSX-nin Aparatında Ulu Öndərin xatirəsi anılıb

17:56
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:55
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!