15 Aprel 2023 01:28
810
İQTİSADİYYAT
A- A+
Bu gün BTC regionun neft ixracı arteriyasıdır

Bu gün BTC regionun neft ixracı arteriyasıdır

 

20 il əvvəl isə torpağa kəmərin ilk boruları düzülürdü

 

Regionun neft ixracı arteriyası - Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri 17 ilə yaxındır təhlükəsiz, ahəngdar surətdə fəaliyyət göstərir. 20 il əvvəl isə Səngəçaldan başlayaraq Umbakı dağlarına doğru qazılmağa başlayan xəndəklərə onun ilk boruları düzülürdü. Kəmərin təməli 2002-ci il sentyabrın 18-də qoyulsa da, geniş hazırlıq tədbirlərindən sonra fiziki tikinti işlərinə növbəti ilin aprelində start verilmişdi.
BTC Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir və Ulu Öndərin adını şərəflə daşıyır. Bu layihənin uğur salnaməsi Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. BTC çox sınaqlardan keçib. Məlum olduğu kimi, istər ölkəmizin daxilində, istərsə də xaricdə bir sıra qüvvələr müxtəlif əsassız bəhanələrlə onun çəkilişinə mane olmağa cəhd göstərirdilər. Lakin Ulu Öndərin səyləri və dünyadakı siyasi nüfuzu sayəsində maneələrin hamısı dəf olundu. İnşaat işləri ümumilikdə bir neçə il davam etdi. Belə ki, xəttin Azərbaycan hissəsində tikinti işləri 2004-cü ilin sentyabrında sona çatdı. Həmin ilin oktyabrında isə kəmərin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsinə həsr olunmuş "Qızıl qaynaq" mərasimi keçirildi. 2005-ci ilin mayında BTC-nin Azərbaycan, oktyabrında Gürcüstan hissəsi istifadəyə verildi. Kəmər tam bir sistem kimi 2006-cı ilin iyul ayında istismara daxil oldu. BTC-nin Ceyhan terminalına çatdırdığı xam neftlə ilk tanker isə 2006-cı il iyunun 4-də yüklənmişdi. O vaxt təqribən 600 min barel "Azəri-Çıraq-Günəşli" nefti "British Hawthorn" tankerinə vurularaq Ceyhandan dünya bazarlarına göndərilmişdi.
Uzunluğu 1768 kilometr olan BTC Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün çəkilib. Kəmər Azərbaycanda 443, Gürcüstanda 249, Türkiyədə 1076 kilometr məsafə qət edir. Ölkəmizdə 13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarından keçir. Gürcüstanda 7 bölgənin - Qardabani, Marneuli, Tetritskaro, Tsalka, Borjomi, Axaltsixe və Agideni rayonlarının ərazisi boyu uzanır. Xəttin Türkiyədə keçdiyi 9 rayon isə Ərdahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Kayseri, Qəhrəman Maraş, Osmaniyə və Adanadır.
BTC-nin gündəlik ötürücülük gücü 2009-cu ilin yazınadək bir milyon barel idi, həmin vaxtdan indiyədək isə 1,2 milyon barel təşkil edir. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq onun borularının diametri 46, 42 və 34 düymdür. Üç tranzit ölkə ərazisində kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Baş nasos stansiyası Səngəçal terminalında yerləşir. Ölkəmizdəki daha bir stansiya Yevlax rayonu ərazisindədir. Növbəti iki stansiya Gürcüstanda və dördü Türkiyədə fəaliyyət göstərir. 
BTC öz marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr yüksəkliyə qalxır. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir. Kəmər eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla, 1500-dən artıq su hövzəsi ilə kəsişir. 
Kəmərin çəkilişi üçün 220 min boru hissəsi qaynaqla bir-birinə calanıb. Tikintinin ən qızğın dövründə işə 22 min insan cəlb edilib. Bunların 80 faizə qədəri inşaat işləri gedən ərazilərin öz sakinləri olub. Kəmərin araya-ərsəyə gəlməsi üçün 110 milyondan artıq adam-saat sərf edilib. Daha bir maraqlı fakt: tikintiyə xidmət edən maşınlarla ümumi uzunluğu 200 milyon kilometrdən artıq olan yol keçilib. Bu isə Yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir.
Beləliklə, BTC dünya miqyasında dövrümüzün ən böyük və ən mürəkkəb mühəndis-texniki qurğularından biri hesab edilir. 2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev BTC barədə demişdir: "2002-ci ildə biz artıq "Azəri-Çıraq" yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir".
Hazırda BTC, əsasən, "Azəri-Çıraq-Günəşli"nin neftini və "Şahdəniz"in kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur. Artıq BTC-yə "Tengiz" yatağından hasil edilən neftin vurulmasına da başlanıb. Bu ay kəmər həmin yataqdan 125 min ton neft nəql edəcək. Qazaxıstanın magistral neft kəmərinin milli operatoru olan "KazTransOil" şirkəti xəbər verir ki, magistral neft kəməri ilə BTC istiqamətində növbəti neft partiyasını göndərib. Şirkət Aktau limanında "Prezident Heydər Əliyev" tankerinə 9959 ton "Tengiz" nefti yükləyib.
Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və "KazMunayQaz" şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.
İstismara verildiyi vaxtdan 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Xatırladaq ki, BTC Ko.-nun səhmdarları bp (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir.
BTC tikinti mərhələsindən başlayaraq regiona əhəmiyyətli faydalar gətirib və müsbət dəyişikliklərə yol açıb. Layihə başlandığı vaxtdan kəmərin marşrutu boyunca yüzlərlə icma ilə sıx əməkdaşlıq şəraitində çoxsaylı sosial təşəbbüs həyata keçirilib və bu fəaliyyət davamlı xarakter daşıyır. Kəmər Bosfordan yan keçməklə, onsuz da yüksək hərəkət sıxlığı olan boğazlar vasitəsilə neftin nəqlinin və bununla bağlı ekoloji risklərin azaldılmasına xidmət edir. BTC-ni səssiz kəmər də adlandırırlar. Çünki boruları torpaq altında basdırılıb, bu isə müasir dövrdə karbohidrogenlərin nəqlinin ən təhlükəsiz yolu sayılır. BTC öz möhkəmliyini və təhlükəsizliyini bu il Türkiyədə zəlzələ baş verərkən bir daha nümayiş etdirdi. Belə ki, kəmərin yüksək keyfiyyətlə istehsal olunmuş və etibarlı örtüklənmiş borularına heç bir ziyan dəymədi.
 
Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!