09 Avqust 2026 11:05
198
CƏMİYYƏT
A- A+
Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Hər il avqustun 9-u Beynəlxalq Yerli Xalqlar Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu gün 1994-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının A/RES/49/214 saylı qətnaməsi ilə təsis edilib. Məhz həmin gün, 1992-ci ildə İnsan Hüquqlarının Təşviqi və Müdafiəsi üzrə Alt Komissiyanın Yerli Xalqlar üzrə İşçi Qrupunun ilk iclası keçirilib. Həmin iclasda qeyd olunurdu:

“Yerli xalqların mədəniyyətlərinin zənginliyinə və onların dünya xalqları ailəsinə verdikləri xüsusi töhfəyə ehtiramımızı bildiririk. Eyni zamanda, bir çox yerli xalqların üzləşdiyi böyük çətinlikləri – qəbuledilməz səviyyədə yoxsulluq və xəstəlik hallarından tutmuş mülkiyyətdən məhrum edilməyə, ayrı-seçkiliyə və fundamental insan hüquqlarının inkar edilməsinə qədər olan problemləri xatırlayırıq”.

1995-ci ildən qeyd olunmağa başlayan Beynəlxalq Yerli Xalqlar Gününün ilk onilliyi bütün dünyada yerli xalqların səsinin daha aydın eşidilməsinə və onların problemlərinə diqqətin artırılmasına kömək edib.

2004-cü ildə BMT Baş Assambleyası 2005–2014-cü illəri əhatə edən Beynəlxalq Yerli Xalqlar Gününün İkinci Beynəlxalq Onilliyini “Fəaliyyət və ləyaqət naminə onillik” devizi ilə elan edib. Onilliyin məqsədi yalnız yerli xalqların hüquqlarının müdafiəsinə və onların torpaqları, dilləri, dolanışıq mənbələri və mədəniyyətləri ilə bağlı vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərə diqqət yetirmək deyil, həmçinin təhsil, səhiyyə, insan hüquqları, ətraf mühit, sosial və iqtisadi inkişaf kimi sahələrdə qarşılaşdıqları problemlərin həllində beynəlxalq əməkdaşlığı daha da gücləndirmək olub.

2015-ci ildə yerli xalqların hüquqlarının təşviqi üzrə bütün BMT sistemi üçün Fəaliyyət Planı hazırlanıb. Planın məqsədi BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsində müəyyən edilmiş məqsədlərə nail olmaq üçün əlaqələndirilmiş yanaşmanın təmin edilməsi, o cümlədən təşkilata üzv dövlətlərə və yerli əhaliyə dəstəyin gücləndirilməsidir.

Yerli Xalqların Hüquqları haqqında Bəyannamə 2007-ci il sentyabrın 13-də qəbul edilib. Bəyannaməyə əsasən, hər hansı xalqın yerli xalq kimi müəyyənləşdirilməsinin əsas meyarı onun özünü yerli xalq hesab etməsidir. Yerli xalqlar öz adət və ənənələrinə uyğun olaraq özlərini və ya etnik mənsubiyyətlərini müəyyən etmək hüququna malikdirlər.

Bəyannamə, həmçinin yerli xalqların əsas insan hüquqlarını və fundamental azadlıqlarını tanıyır. Bunlara azadlıq və bərabərlik hüququ; siyasi statuslarını sərbəst müəyyən etmək və iqtisadi, sosial və mədəni inkişaflarını həyata keçirmək hüququ; mədəni ənənə və adətlərini qorumaq və dirçəltmək hüququ; öz təhsil sistemlərini yaratmaq və onlara nəzarət etmək hüququ; hüquqlarına, həyatlarına və talelərinə təsir göstərə biləcək məsələlərlə bağlı bütün səviyyələrdə qərar qəbuletmə proseslərində iştirak etmək hüququ; torpaqlara, ərazilərə və resurslara sahib olmaq hüququ, habelə mövcudluq və inkişaflarını təmin edən vasitələrdən istifadə etmək hüququ daxildir.

Hazırda dünyada yerli xalqların nümayəndələrinin ümumi sayı təxminən 476 milyon nəfərdir. Onlar 90 ölkədə yaşayır, çoxsaylı dilləri və mədəniyyətləri təmsil edirlər. Yerli xalqlar dünya əhalisinin cəmi 6 faizini təşkil etsələr də, planetin ən yoxsul əhalisinin 15 faizi onların payına düşür. Çünki onlar hələ də çoxsaylı problemlərlə üzləşir, hüquqları tez-tez pozulur. Məhz ictimaiyyətin və müxtəlif səviyyələrdə hakimiyyət orqanlarının diqqətini bu məsələlərə cəlb etmək, eləcə də bütün dünyada yerli xalqların problemlərinin həlli istiqamətində səyləri səfərbər etmək məqsədilə bu beynəlxalq gün təsis edilib.

Baş Assambleya yerli xalqların hüquqlarına həsr olunmuş 71/178 saylı qətnaməsində 2019-cu ili Yerli Xalqların Dilləri üzrə Beynəlxalq İl elan edib. Məqsəd yerli dillərin itirilməsi ilə bağlı kəskin problemə və bu dillərin qorunub saxlanılması, dirçəldilməsi və təşviq edilməsinin, həmçinin milli və beynəlxalq səviyyədə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyinə diqqət çəkmək olub.

COVID-19 pandemiyası mövcud bərabərsizliyin bir çox formalarını üzə çıxarıb və daha da dərinləşdirib. Pandemiya onsuz da yoxsulluq, xəstəliklər, ayrı-seçkilik, institusional qeyri-sabitlik və ya maliyyə təminatsızlığından əziyyət çəkən əhali qruplarına qeyri-mütənasib dərəcədə mənfi təsir göstərib. Yerli xalqlara münasibətdə bu fərq daha aydın görünür. Bir çox cəmiyyətlərdə sosial müqavilənin, ən azı, yenidən nəzərdən keçirilməsinə ehtiyac var.

Sosial müqavilə cəmiyyətin sosial və iqtisadi faydalar əldə etmək məqsədilə əməkdaşlıq etmək üçün bağladığı qeyri-rəsmi razılaşmadır. Bir çox ölkələrdə yerli xalqlar öz torpaqlarından qovulduğu, onların mədəniyyət və dilləri aşağılandığı, insanlar siyasi və iqtisadi fəaliyyətdən kənarlaşdırıldığı üçün onlar əvvəldən sosial müqaviləyə daxil edilməyiblər. Sosial müqavilə dominant əhali qrupları arasında bağlanıb.

2022-ci ildə yerli xalqların mədəniyyəti tarixində yeni mühüm mərhələ – Yerli Xalqların Dilləri üzrə Onillik başlayıb. 2020-ci ilin fevralında UNESCO tərəfindən təşkil olunan “Yerli xalqların dilləri naminə fəaliyyət onilliyinin həyata keçirilməsi” adlı yüksəksəviyyəli tədbirin iştirakçıları – 50 ölkədən 500-dən çox nazir, yerli xalqların liderləri, tədqiqatçılar, dövlət və özəl sektorun tərəfdaşları, eləcə də digər maraqlı tərəflər və ekspertlər həmin Onillik üçün strateji yol xəritəsi dərc ediblər. Yol xəritəsində yerli xalqların dillərinin daşıyıcılarının səlahiyyət və imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

11:31
09 Avqust

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

11:23
09 Avqust

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

11:14
09 Avqust

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

11:13
09 Avqust

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur

11:08
09 Avqust

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

11:05
09 Avqust

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

10:59
09 Avqust

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

10:52
09 Avqust

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

22:44
08 Avqust

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

22:10
08 Avqust

MDU və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

22:00
08 Avqust

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

21:45
08 Avqust

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

21:30
08 Avqust

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

21:15
08 Avqust

Vaşinqton görüşü regionda inkişaf və tərəqqiyə yol açıb 

21:00
08 Avqust

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli

20:30
08 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!