24 Avqust 2015 04:08
501
Səhiyyə
A- A+
Britaniyalı alimlər: autizm əlamətləri çox olan insanlar qeyri-standart ideyalar irəli sürməyə qadir olur

Britaniyalı alimlər: autizm əlamətləri çox olan insanlar qeyri-standart ideyalar irəli sürməyə qadir olur

Müasir tədqiqatlar təsdiq edir ki, autizm müəyyən genetik mutasiyalarla izah edilə bilər. Çox ehtimal ki, bu əlamətlər uşağa öz atasından irsən keçir. Bununla bərabər, autizm əlamətləri çox olan insanlar qeyri-standart ideyalar irəli sürməyə qadir olur. Belə insanların təfəkkürü eyni bir məsələnin çoxsaylı həllərini axtarmağa yönəlir.

AZƏRTAC “The Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Şərqi İngiltərə Universitetindən və Şotlandiyanın Stirlinq Universitetindən olan psixoloqlar bu nəticəyə gəliblər.

Tədqiqatda autizmə həsr edilmiş saytların 312 istifadəçisi və onların qohumları iştirak edirdi. Alimlər bu insanların təfəkkürünün divergensiyalı olub-olmadığını yoxlamaq üçün onlara təklif ediblər ki, kərpicdən və dəftərxana sancağından istifadə edilməsinin mümkün üsullarını təsvir etsinlər. Bundan sonra psixoloqlar cavabların sayını hesablayıb onların kreativlik dərəcəsini qiymətləndiriblər.

Eksperimentdə iştirak edənlərin hər biri öz ad-soyadlarını göstərmədən onlarda autizm əlamətləri olmasını təyin edən sual kitabçasını doldurmaqla silsilə yaradıcı testlərdən keçmişlər. Tədqiqatın 75 iştirakçısına “Autist spektrin pozulması” diaqnozu qoyulub, qalan iştirakçılara bu cür diaqnoz qoyulmayıb, lakin sınaqlarda iştirak edənlərin bəzilərində oxşar pozuntu əlamətləri və davranışda oxşarlıq aşkar edilib.

Məlum olub ki, eyni məsələnin dörd və daha artıq qeyri-standart həllini təklif edən şəxslərin autizm əlamətləri yüksək səviyyədədir.

Britaniyalı alimlər vurğulayıblar ki, onlar müvafiq diaqnoz qoyulmuş konkret insanları bilərəkdən müayinə etməyiblər, çünki bu cür diaqnoz qoymaq, hətta autizmin ayrı-ayrı əlamətləri olduğu halda da heç də həmişə mümkün deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!