01 Avqust 2022 11:48
793
CƏMİYYƏT
A- A+
Böyük Qayıdışın ilk ünvanı – Ağalıdan reportaj 

Böyük Qayıdışın ilk ünvanı – Ağalıdan reportaj 

Xalqımız 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra daha bir tarixi hadisənin - əzəli yurd yerlərimizə Böyük Qayıdışın sevincini yaşayır. 30 ilə yaxın köçkünlük həyatından sonra doğma torpaqlara qayıdışın ilk qaranquşları isə Ağalı kəndinin sakinləridir. Artıq “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. 201 nəfərdən ibarən 41 ailə 29 illik həsrətdən sonra öz doğma yurdlarına qovuşublar.

Müasir şəhərsalma standartlarının tətbiq olunduğu “ağıllı kənd”

Ağalıya qədəm qoyarkən müasir şəhərsalma standartlarının tətbiq olunması diqqəti çəkir. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Ümumilikdə, “Ağıllı kənd” layihəsi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri kimi komponentlər üzrə icra edilib. Ərazidə 200 fərdi yaşayış evi, 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən əldə olunacaq.

Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri təsis olunub. Bunlardan məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. Məsələn, kənd sakinlərinin “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq. “Ağıllı kənd” əhalisinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə, o cümlədən dövlət xidmətlərinə rahat çıxışı olacaq.

Ağalı kəndində "Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi tikilib. Burada aptek, mağaza, kafe, Azercell xidməti də fəaliyyət göstərir. Kənddə yaradılacaq “Ağıllı kənd” təsərrüfatı idarəetmə sistemində ən müasir texnoloji yeniliklər tətbiq olunacaq.

Ağalıda yeni həyat başlayıb

Kəndə girəndə ilk rast gəldiyimiz küçədə gülə-gülə velosiped sürən uşaqlar oldu. Bizə əl edib salamladılar. Kənd meydanında sakinlərin bəziləri oturacaqlarda oturub söhbət edir, bəziləri kafedə çay içir, müharibədən əvvəl kənddə keçirdikləri xoşbəxt günləri yada salır, 30 illik məcburi köçkünlükdən və gələcək planlarından danışırdılar. Kəndin küçələri ilə gəzərkən evlərdən, həyətlərdən uşaq, gülüş səsləri eşidir, doğma yurdlarına dönmüş Ağalı sakinlərinin çöhrələrindəki xoşbəxtliyin şahidi oluruq. Uzun illərin həsrətindən sonra doğma torpaqlarına qovuşmuş sakinlər həyətlərini belləyir, ağacları suvarır, gül-çiçək əkirlər. Rast gəldiyimiz hər bir insan bizimlə gülər üzlə salamlaşır, sanki sevinclərini bölüşməyə can atırdılar.

Ağalı sakini: arzularımız, xəyallarımız gerçəkləşib, doğma yurdumuza qayıtmışıq

Həyətlərin birinin yanından ötərkən ev sahiblərinin gül-çiçək əkdiklərini gördük. Elə ilk müsahibim də onlar oldular. Ailə başçısı Nuşirəvan Həsənov söhbət zamanı bildirdi ki, köçkünlük illərində Bakı şəhəri Sabunçu rayonunda yataqxana binasında yaşayıblar. İndi isə ən böyük arzuları gerçəkləşib. Bundan sonrakı həyatlarını illərdir həsrətində olduqları doğma kəndlərində keçirəcəklər: “Ağalı kəndində anadan olmuşam, bu kənddə böyümüşəm. Buranın hər qarışında xoş xatirələrim var. Uşaqlığım, gəncliyim burada keçib. Şükürlər olsun Allaha ki, indi öz kəndimizə qayıtmışam. 30 ildir doğma kəndimizi xatirimizdə yaşadır, bir gün də olsun unutmurduq. Yolu, kolu, ağacları, dərəsi, təpəsi... hamısı yadımdadır. 30 ildir yurdumun xəyalları ilə yaşamışam. İndi arzularımız, xəyallarımız gerçəkləşib, doğma yurdumuza qayıtmışıq, öz elimizdə, öz evimizdəyik. Bundan böyük xoşbəxtlik olar? Həyətimizə gətirdiyimiz gülləri əkirik. Payızda isə meyvə ağacları da əkəcəyik”.

Ağalıdan göz yaşı içində çıxmışdıq, sevinc göz yaşları ilə qayıtdıq

Qədir Məmmədov da həyət qapısının yanında abadlıq işləri ilə məşğul idi. Beş nəfər ailə üzvü ilə birlikdə Ağalıya qayıdan Qədir kişi dördotaqlı evlə təmin olunub. Bizi evə, çay süfrəsinə dəvət etdi. İşdən ayırmamaq üçün razılaşmadıq. Elə ayaq üstə bir neçə kəlmə söhbət etdik. “Kənddən çıxanda 27 yaşım var idi. İndi 57 yaşımda kəndimizə qayıtmışıq. Ağalıdan göz yaşı içində çıxmışdıq, sevinc göz yaşları ilə qayıtdıq kəndimizə. Ötən dövrdə Mərdəkanda məskunlaşmışdıq. 30 ilə yaxındır doğma yurd həsrəti ilə yaşayırdıq. Düzdür, Mərdəkan da bizim Vətənimizdir. Ancaq insanın doğulduğu, uşaqlığının, gəncliyinin keçdiyi, məktəbə getdiyi ata yurdunun yerini heç bir yer verə bilməz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimiz, dövlətimiz var olsun”.

Doğma yurdun havasını udub, suyunu içmək xoşbəxtliyi

Bəli, Ağalı sakinləri bu gün doğma yurda qayıdışın sevincini yaşayırlar. Növbəti müsahibim Yeganə Əhmədova söhbət zamanı kövrələrək sevincini belə ifadə etdi: “Kəndə çatanda illərdir həsrətində olduğum yurdumun havasını uddum, suyundan içdim. Sevincimizin həddi-hüdudu yoxdur. Kəndimizə 5 nəfər ailə üzvümlə qayıtmışıq. Artıq dördotaqlı yaraşıqlı evimiz var. Prezidentimizin, şanlı Ordumuzun, şəhidlərimizin, qazilərimizin sayəsində doğma yurdumuza qovuşduq. Allah bütün məcburi köçkünlərə bizim kimi yurdlarına, kəndlərinə qayıtmağı nəsib eləsin”.

Ağalıda “Azercell Telekom” MMC-nin rəsmi satış və xidmət məntəqəsində də olduq. “Azercell” təmsilçisi Emil Yaqublu bildirdi ki, müasir avadanlıqlarla təmin olunmuş məntəqədə şirkətin digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər abunəçi əməliyyatlar icra olunur. Digər bölgələrdə fəaliyyət göstərən diler mağazalarda olduğu kimi burada da bir sıra cihazlar (MiFi, USB modem və sair), müxtəlif aksessuarlar əldə etmək, mobil telefonları kredit və nağd şəkildə satın almaq mümkündür. Kəndə gələn Ağalı sakinlərinə “Azercell” tərəfindən xüsusi hədiyyələr də təqdim olunur.

Artıq axşam düşür, geri qayıtmalıyıq. Doğma yurdlarımıza gerçəkləşdirilən möhtəşəm qayıdışın ilk ünvanı olan Ağalı kəndindən sevinc və fərəh hissi ilə ayrılırıq. Əminik ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun digər şəhər və kəndləri də tezliklə Ağalı kimi yenidən qurulacaq, bu yerlərin əzəli sahibləri də doğma yurdlarına qayıdaraq, xoşbəxt yaşayacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!