07 Oktyabr 2023 10:40
561
CƏMİYYƏT
A- A+
Böyük qayıdış proqramı sürətlə icra olunur

Böyük qayıdış proqramı sürətlə icra olunur

 

Növbəti 3 ildə 100 mindən çox keçmiş məcburi köçkün yurduna qayıdacaq

 

Milli Ordumuzun rəşadət və şücaəti sayəsində cəmi 44 günlük qısa zaman kəsimində 30 illik Vətən nisgilimizə son qoyuldu. Böyük zəfərdən qısa müddət keçməsinə baxmayaraq, düşmənin viran qoyduğu yurdlarımız sürətlə bərpa olunur, xarabazarlığa çevrilmiş ev-eşiklərimiz yeniləri ilə əvəz edilir.
Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin nəticəsidir ki, Böyük qayıdış proqramı sürətlə icra olunur. İndiyədək ağalılıların, talışlıların, füzulililər və laçınlıların bəzilərinin yurdlarına köçü həyata keçirilib. Növbəti mərhələlərdə digər şəhər və rayonlarımız da əzəli sahiblərinə qovuşacaqlar.
Otuz il ərzində haqları tapdanmış, ermənilər tərəfindən başlarına min bir faciə gətirilmiş, torpaqlarından didərgin salınmış soydaşlarımız Müzəffər Ali Baş Komandanımızın bərpa etdiyi ərazi bütövlüyü sayəsində tədricən öz el-obalarına qayıdırlar. 

 

Bu günədək 2 min 297 keçmiş məcburi köçkünün həsrətinə son qoyulub

 

Böyük qayıdış hazırda dövlət siyasətimizin əsas prioritetlərindəndir. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri aparılır, "ağıllı kənd", "ağıllı şəhər" layihələri həyata keçirilir. Yeni avtomobil yolları qurulur, dəmir yolu sistemi yaradılır, hava limanları inşa edilir.
Böyük köçün baş tutduğu ərazilərdə məşğulluq siyasətinə də yüksək dəstək verilir. Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı, yeni məşğulluq növlərinin yaradılması da dövlət tərəfindən hazırlanan planın bir hissəsidir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün nəzərdə tutulmuş torpaqların reabilitasiyası üzrə tədbirlərə artıq başlanılıb. Artıq 7 min hektar sahədə dənli bitkilərin əkilməsi də həyata keçirilib.
İşğaldan azad edilmiş şəhər və rayonlarda ən böyük problem isə ərazilərin minalanmasıdır. Bu isə böyük səylər tələb edir. Torpaqların böyük bir qisminin minalardan təmizlənməsi isə gələcəkdə yüz min hektarlarla ərazinin əhalinin istifadəsinə verilməsinə şərait yaradacaq.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" mərhələ-mərhələ icra olunur.
Proqram çərçivəsində indiyədək 133 ailə (649 nəfərə) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 247 ailə (956 nəfər) Laçın şəhərinə, 144 ailə (514 nəfər) Füzuli şəhərinə, 20 ailə (88 nəfər) Laçın rayonunun Zabux kəndinə köçürülüb. Bu günədək 2 min 297 keçmiş məcburi köçkünün həsrət və nisgilinə son qoyulub. 2026-ci ilədək Qarabağ və Şərqi Zəngəzura 140 min nəfərin məskunlaşması nəzərdə tutulur. 

 

İlin sonunadək doğma yurda qayıdanların sayı 5500-ə çatacaq

 

Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Böyük qayıdış proqramı və onun icrası çərçivəsində keçmiş məcburi köçkünlər üçün sıfırdan yeni şəhər və kəndlər inşa etməklə, burada müasir texnologiyalar tətbiq etməklə ən yaxşı şərait yaradıldığını bildirib: "Bu gün 8 şəhər və 92 kəndin baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir".
Ali Baş Komandan İlham Əliyev bildirib ki, önümüzdəki aylarda bu say daha da artacaq:  "Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq".
Demək olar ki, işğaldan azad olunmuş ərazilərə qayıdan ailələrin sevinclərini görürük. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə, insanların əksəriyyəti dədə-baba yurdlarına geri qayıtmaq arzusundadırlar. Hətta azad olunmuş ərazilərə qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Xalqımızın bu sevincinin, qürurunun və güvəninin səbəbkarı isə Müzəffər Ali Baş Komandanın iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaətidir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!