27 Fevral 2026 17:19
170
CƏMİYYƏT
A- A+
Böyük Qayıdış: Kəlbəcər şəhərinə növbəti köç olub

Böyük Qayıdış: Kəlbəcər şəhərinə növbəti köç olub


İşğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Fevralın 27-də “Böyük Qayıdış” Proqramı çərçivəsində yenidən qurulan Kəlbəcər şəhərinə sayca 5-ci köç olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsinə sakinlərin köçürülməsi ilə bağlı təşkil olunan mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Ailə başçılarına mənzillərin açarları təqdim olunub. Ailələr sevinc hissi ilə yeni mənzillərində yerləşiblər. Həmin mənzillər fasiləsiz su, elektrik enerjisi, istilik, yüksəksürətli internet xətləri ilə təmin edilib.

Kəlbəcər şəhərinə növbəti köç karvanı ilə 27 ailə, ümumilikdə, 118 nəfər köçürülüb. Onların arasında şəhid ailəsi üzvü, müharibə əlili və müharibə veteranları da yer alır. Bununla da şəhərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 135 ailənin qayıdışı təmin edilib.

Köçürülən əhali müxtəlif yaş kateqoriyalarını əhatə edir. Əmək qabiliyyətli şəxslər əsasən dövlət və özəl sektorda müxtəlif istiqamətlər üzrə əmək fəaliyyəti ilə məşğul olur, bir sıra dövlət qurumlarında, xidmət, infrastruktur və istehsal sahələrində çalışırlar.

Kəlbəcər şəhərinə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir. Dayanıqlı məskunlaşmanın təmin olunması və sosial infrastrukturun inkişafı istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

Böyük Qayıdış: Kəlbəcər şəhərinə növbəti köç olub

17:19
27 Fevral

SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb  

17:18
27 Fevral

Agentlik sədri: Turizm sahəsinin muzdlu əmək bazarında payı 5 il ərzində 1,5 faizdən 4,6 faizə yüksəlib  

17:17
27 Fevral

Efiopiyanın Baş nazirinin şərəfinə rəsmi nahar FOTO YENİLƏNİB 

17:16
27 Fevral

Çempionlar Liqası: “Qalatasaray” 1/8 finalda “Liverpul”a rəqib olub

17:15
27 Fevral

Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb YENİLƏNİB  

17:14
27 Fevral

AQTA sədri Şamaxıda vətəndaşların müraciətlərini dinləyib  

16:23
27 Fevral

Martın 3-də ilin ilk Ay tutulması olacaq

16:23
27 Fevral

Tarixi ədalətin rəmzi  

16:03
27 Fevral

Bu gün Almaniyada ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılıb  

16:02
27 Fevral

Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub FOTOLAR YENİLƏNİB

15:55
27 Fevral

Horovlu kəndi doğma sakinlərini qarşılayır: 40 ailə yeni evlərinə qovuşdu - YENİLƏNİB  

15:53
27 Fevral

Əfqanıstan Pakistandakı nüvə obyektini vurduğunu iddia edib

15:08
27 Fevral

Ukrayna müdafiə naziri: Antiballistik raket istehsalı üzrə konsorsiumlar müzakirə edilir

15:01
27 Fevral

Fevral ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

14:57
27 Fevral

Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:48
27 Fevral

Hakan Fidan Əfqanıstan-Pakistan münaqişəsi ilə bağlı vəziyyəti müzakirə edib  

14:41
27 Fevral

Aleksandr Oxrimenko: Xocalıda baş verənlər dinc əhaliyə qarşı törədilmiş açıq soyqırımıdır

14:40
27 Fevral

Azərbaycanın UEFA reytinqi son illərin ən yüksək göstəricisinə çatıb  

14:37
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!