31 Oktyabr 2023 10:20
16030
SİYASƏT
A- A+
Böyük qayıdış gerçəkliyi

Böyük qayıdış gerçəkliyi

 

Qarabağ və Şərqi Zəngəzurda qurulan abad həyat İlham Əliyevin 20 illik əzmkar fəaliyyətinin misilsiz təcəssümüdür  

 

"Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir".
Düz 20 il əvvəlin bu günü - 2003-cü il oktyabrın 31-də Prezident İlham Əliyev Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq torpaqlarımızı azad edəcəyinə, dədə-baba yurdlarından zorla didərgin salınan insanlarımızın vətən həsrətinə son qoyulacağına, Azərbaycan bayrağını yurdumuzun bütün zirvələrində, kəndlərində, qəsəbələrində, şəhərlərində dalğalandıracağına and içmişdi. 
Budur, artıq Azərbaycan xalqı olaraq Prezident İlham Əliyevin vaxtilə verdiyi sözün möhtəşəm şəkildə yerinə yetirilməsinin təntənəli qürurunu yaşayırıq. 
Ötən illər ərzində apardığı mükəmməl hərtərəfli siyasəti ilə Azərbaycanı dünyanın zəngin və qüdrətli ölkələrindən birinə çevirən İlham Əliyev 2020-ci ildə cəmi 44 günə torpaqlarımızı işğaldan azad edərək düşməni əbədi məhvə məhkum etdi. 
2023-cü il sentyabrın 19-20-də "dəmir yumruğ"a bircə həmlə bəs etdi ki, suverenliyimiz bərpa olunsun, Xankəndidə bayrağımız dalğalandırılsın. 
Təbii ki, bütün bu möhtəşəm zəfərlərin fonunda ay-ulduzlu, üçrəngli müqəddəs bayraqlarımızla bəzədilmiş qayıdış karvanlarının Qarabağ və Şərqi Zəngəzura üz tutmaları isə bir başqa coşqu, ayrı bir qürurdur bizim üçün...

 

"Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz..."

 

2020-ci il noyabrın 11-də - Şuşa zəfərimizin üzərindən cəmi bir neçə gün keçdikdən sonra, Prezident İlham Əliyev yüz minlərlə vətən həsrətli insanımıza tezliklə yurd-yuvalarına qovuşdurulacaqlarının xoş xəbərini verdi. 
Dövlət başçısının bu müjdəsinin üzərindən çox keçmədən, 2022-ci il iyulun 19-dan etibarən Böyük Qayıdış Konsepsiyası uğurla həyata keçirilməyə başlandı. Artıq indiyə qədər mərhələli şəkildə Zəngilanın Ağalı, Tərtərin Talış,  Laçının Sus kəndlərinə, eləcə də Laçın və Füzuli şəhərlərinə üç mindən çox sakin qaytarılıb və onlar doğma yurdda sevinclə yeni həyata qədəm qoyublar. Birbaşa dövlət başçısı İlham Əliyevin nəzarəti altında Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən mühüm işlər isə onu göstərir ki, çox tezliklə bu sevinci bütün keçmiş məcburi köçkünlər yaşayacaqlar.  
Lakin bu xoşbəxt günlərə çatana qədər həmin keçmiş məcburi köçkünlər o qədər zülm, zillət, əzab çəkmişdilər ki...
1990-cı illərin əvvəllərində məcburən vaqonlara, çadır düşərgələrinə, yataqxanalara sığınan insanlar yeməyə çörək, içməyə su, geyinməyə paltar tapmırdılar. Bu insanların mənəvi əzabları isə sözlə belə ifadə ediləsi deyildi: onlar el-obalarından ayrı düşmüş, ruh düşkünlüyünə qapılmış, yaşama dair bütün inamlarını itirmək astanasına gəlmişdilər...
 

Bütün çadır şəhərcikləri ləğv olundu

 

1990-cı illərin əvvəllərində yenicə müstəqilliyini qazanan Azərbaycanda hökm sürən hakimiyyət böhranı, antimilli qüvvələrin dövlət vəzifələrini zorla qəsb edərək Vətəni iştahlarının qurbanına çevirmələri torpaqlarımızda hər zaman gözü olan təcavüzkar Ermənistana fürsət yaratdı ki, ərazilərimizi işğal etsin. Nəticədə yüz minlərlə vətəndaşımız el-obasından zorla didərgin düşərək respublikamızın ayrı-ayrı rayonlarında məskunlaşmalı oldu. Həmin dövrdə ölkədə, ümumiyyətlə, bütün insanların yaşam vəziyyəti gərgin idi, lakin xüsusilə keçmiş məcburi köçkünlər daha ağır sınaqlarla üz-üzə qalmışdılar. 
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütövlükdə ölkəmizin, millətimizin qurtuluşu olmaqla yanaşı, keçmiş məcburi  köçkünlərimizin də həyata tutunmalarına, inamlarının özlərinə qayıtmasına rəvac verdi. Keçmiş məcburi köçkünlər hər zaman Ulu Öndər Heydər Əliyevi öz yanlarında gördülər, böyük şəxsiyyətin dayağını, dəstəyini, diqqətini, qayğısını üzərlərində hiss etdilər. Ümummilli Liderin bu insanların vəziyyətlərinin yaxşılaşdırılması, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün atdığı mühüm addımlardan biri isə ilk növbədə çadır şəhərciklərinin ləğvinə başlanması oldu.
2003-cü il prezident seçkiləri ərəfəsində İlham Əliyevin proqramının tərkib hissəsi də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli idi. 
Həmin vaxt beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyinin qalmayacağı barədə söz verən İlham Əliyev cəmi 4 il ərzində qarşısına qoyduğu bu hədəfə nail oldu. 
2020-ci ilə qədər ölkədə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salındı, ötən müddət ərzində Azərbaycanda 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olundu, həmçinin onların digər problemləri də ardıcıl şəkildə öz həllini tapdı.

 

Qayıdış sevincinin göz yaşları

 

2020-ci il mayın 28-də - Müstəqillik Günündə Bakının Qaradağ rayonunda 1336 məcburi köçkün ailəsi üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı çıxışında Prezident İlham Əliyev həm də bu fikirləri bəyan etmişdi: "Bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq".
Doğrudan da, bu kompleks keçmiş məcburi köçkünlər üçün salınmış sonuncu müvəqqəti yaşayış kompleksi oldu... 
Çünki 44 günlük Vətən müharibəsindən sonra bu insanlarımız tamamilə yeni və sevinclə bol mərhələyə qədəm qoydular.
Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda böyük layihələr həyata keçirən, müasir infrastruktur quran, yeni "ağıllı şəhər və kəndlər" quran Azərbaycan dövləti qısa zamanda Böyük qayıdışa start verdi.  
Bir qərinəlik ayrılığın daşını ataraq, dədə-baba torpaqlarına ilk qovuşanlar isə Zəngilanın Ağalı kəndinin sakinləri oldular. Ardınca talışlılar, laçınlılar, füzulililər də  sevinclə el-obalarına döndülər. Yurda köç karvanları davam edir... 
Ən ümdəsi Qarabağ və Şərqi Zəngəzuru heç zaman görməyən yeni nəsillər - körpələr, uşaqlar dədə-baba torpaqlarına daha dərin köklərlə sarılmağa qayıdırlar. 
Bir vaxtlar ağlaya-ağlaya yurdlarından zorla didərgin salınan insanlarımız indi Zəfər qürurunun, Qayıdış sevincinin göz yaşları ilə əzəli yurdlarında əbədi yaşamağa dönürlər...

 

"Mənim gözlərimin önündə onlar idi"

 

"...Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!" 
44 günlük Vətən müharibəsini şanlı zəfərlə başa çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev müsahibələrinin birində keçmiş məcburi köçkünlərimizlə bağlı fikirlərini kövrələrək bu ifadələrlə dilə gətirmişdi. Bu fikirlər həm də dövlət başçısı İlham Əliyevin ötən 20 illik fəaliyyəti dövründə qarşısına qoyduğu hədəflərin aydın təzahürü, mükəmməl strategiya ilə bu məqsədlərə nail olmasının sevincli, qürurlu təcəssümü idi. 
Bəli, Qalib lider İlham Əliyev söz verdiyi kimi, torpaqlarımızı işğaldan qurtarıb, suverenliyimizi bərpa edib, Qarabağ və Şərqi Zəngəzura həyatı qaytararaq keçmiş məcburi köçkünlərimizin yurd həsrətinə son verib, bir sözlə, milli maraqlarımızın təmini istiqamətində ard-arda qürurverici qələbələr qazanaraq Vətən qarşısındakı müqəddəs borcunu layiqincə ödəyib.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!