11 İyul 2025 12:35
536
DÜNYA
A- A+
BMT yaşlı insanların iqlim sağlamlığı ilə bağlı həyəcan təbili çalır  

BMT yaşlı insanların iqlim sağlamlığı ilə bağlı həyəcan təbili çalır  

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) cümə axşamı özünün “Sərhədlər – 2025” adlı hesabatında xəbərdarlıq edib ki, iqlim dəyişikliyinin sürətlənməsi fonunda yaşlı insanlar həddindən artıq istilərlə bağlı sağlamlıq riskləri ilə üzləşirlər.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, yeni hesabatda temperaturun yüksəlməsi, buzlaqların əriməsi və daşqınların həm insanları, həm də ekosistemləri artan gərginlik altına salması vurğulayır. UNEP-in icraçı direktoru İnqer Andersen bildirib: “İsti hava dalğaları daşqınlar və buz örtüyünün daralması ilə birlikdə iqlim dəyişikliyinin ən tez-tez və ölümcül təzahürlərindən biridir. Biz bu təsirlərin, xüsusən də cəmiyyətin ən həssas təbəqələri, o cümlədən yaşlı insanlar üçün yaratdığı risklərə hazır olmalıyıq”.

Hesabatda 1990-cı illərdən bəri 65 yaşdan yuxarı insanlar arasında istiliklə bağlı ölümlərin, xüsusilə yaşlı əhalinin şəhər yerlərində cəmləşdiyi aşağı və orta gəlirli ölkələrdə 85 faiz artdığı müəyyən edilib. Çoxları pisləşən hava keyfiyyəti və sahil daşqınlarına məruz qalır, xroniki xəstəliklər və məhdud hərəkətlilik onların həssaslığını artırır.

UNEO bu problemləri həll etmək üçün daha yaşıl, əlçatan şəhərləri, mükəmməl fəlakət planlamasını və iqlim məlumatlarına çıxışın yaxşılaşdırılmasını tövsiyə edib. Hesabatda, həmçinin İnsan Hüquqları Şurasının qocaların hüquqlarına dair qanuni qüvvəyə malik sənədin hazırlanması istiqamətində son addımı da qeyd olunub.

İstilikdən əlavə, hesabatda buzlaqların əriməsinin antimikrob müqavimət riskini artıraraq qədim mikrobları oyada biləcəyi barədə xəbərdarlıq edilib. Qlobal temperatur 2°C-dən çox artarsa, bu, kriyosferi - buzlaqları, buz təbəqələrini və əbədi donu kəskin şəkildə azalda və yüz milyonlarla insanı risk altında qoya bilər.

Hesabatda diqqətə çatdırılır ki, daşqın həm də çöküntüdə basdırılan zəhərli kimyəvi maddələr, o cümlədən qida zəncirlərinə yenidən daxil ola biləcək qadağan olunmuş əlavələrlə bağlı yeni təhlükə yaradır. UNEP daha güclü monitorinq, təbiətə əsaslanan daşqınlardan qorunma və yenilənmiş drenaj sistemlərinə ehtiyacın artdığını da qeyd edib. O, həmçinin çay ekosistemlərini bərpa etmək və təhlükəsizlik təhdidlərini azaltmaq üçün köhnəlmiş strukturları, xüsusən su bəndlərini əvəzləməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!