21 Oktyabr 2026 12:22
215
DÜNYA
A- A+
BMT: Qlobal istiləşmə əsrin sonunadək 2,8 dərəcəyə çata bilər

BMT: Qlobal istiləşmə əsrin sonunadək 2,8 dərəcəyə çata bilər


BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hesabatına görə, mövcud tendensiyalar davam edərsə, əsrin sonunadək Yer kürəsində qlobal istiləşmə sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2,8 dərəcəyə çata bilər.

AZƏRTAC xəbər verir ki, hesabatda beynəlxalq səviyyədə razılaşdırılmış 1,5 dərəcəlik həddin artıq növbəti onillikdə aşılması ehtimalının yüksək olduğu bildirilir. Bu hədəfin aşılmasını mümkün qədər aşağı səviyyədə saxlanmasını nəzərdə tutan ssenariyə görə, qlobal istiləşmənin maksimum həddi əsrin ortalarında 1,7-1,8 dərəcə təşkil edə bilər. Ssenarinin reallaşması üçün qlobal istixana qazı emissiyaları 2030-cu ilədək 18 faiz, 2035-ci ilədək isə 45 faiz azaldılmalıdır. Bununla yanaşı, əsr ərzində atmosferdən karbon qazının çıxarılması tədbirləri də genişləndirilməlidir.

Bununla belə, builki proqnoz ötənilki hesabatla müqayisədə müəyyən yaxşılaşma göstərir. Dövlətlər milli iqlim planlarında götürdükləri bütün öhdəlikləri yerinə yetirsələr, əsrin sonunadək istiləşmə 2,3-2,5 dərəcə səviyyəsində qala bilər. Ötən il bu ssenari üzrə 2,6-2,8 dərəcə istiləşmə proqnozlaşdırılırdı. UNEP yaxşılaşmanın 0,1 dərəcəlik hissəsinin hesablama metodundakı dəyişikliklərlə bağlı olduğunu qeyd edir. ABŞ-nin Paris İqlim Sazişindən çıxması isə proqnoza mənfi təsir göstərir.

Bərpaolunan enerji sahəsində irəliləyişlər və iqlim siyasəti müxtəlif ölkə və sektorlarda emissiyaların real azalmasına imkan verib. Lakin qlobal istiləşməni məhdudlaşdırmaq hədəflərinə çatmaq üçün bu səylər dünya miqyasında əhəmiyyətli dərəcədə genişləndirilməlidir.

BMT-nin Baş katibi Antonio Quterreş əldə olunan irəliləyişi müsbət, lakin yetərsiz adlandırıb və mövcud planların dünyanı hələ də “iqlim fəlakəti” istiqamətinə apardığını vurğulayıb.

2024-cü il müşahidələr tarixində ən isti il olub və qlobal temperatur artımı həmin il 1,5 dərəcə həddini keçib. Bununla belə, Paris Sazişindəki hədəfin rəsmi olaraq aşılması uzunmüddətli orta göstərici əsasında müəyyən edilir. Hesabatın müəllifləri emissiyaların sürətlə azaldılmasının həddin aşılmasını gecikdirə biləcəyini, lakin bunun qarşısını tamamilə almağın artıq çətin olduğunu bildirirlər. Ümidverici məqam isə odur ki, Paris Sazişinin qəbulundan sonra istiləşmə proqnozunun 3-3,5 dərəcədən aşağı düşməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanın sülhdən başqa alternativi yoxdur  

14:14
21 Oktyabr

Fransada dərinləşən xaos Makronun “əsəri”dir  

13:36
21 Oktyabr

Bahar Muradova: Uşaqların rəqəmsal təhlükəsizliyi məsələsində ailənin rolu əvəzolunmazdır  

13:31
21 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə daha 105 sakin üçün kiçik təsərrüfatlar qurulub

13:28
21 Oktyabr

Samir Məmmədov: 16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesabların yaradılması qadağan ediləcək  

13:03
21 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq 

12:39
21 Oktyabr

BMT: Qlobal istiləşmə əsrin sonunadək 2,8 dərəcəyə çata bilər

12:22
21 Oktyabr

DSMF 9 ayda 1,1 milyondan çox şəxsə 1,7 milyard manata yaxın müavinət və təqaüd ödəyib

12:15
21 Oktyabr

Xalq təbabətində yüksək arterial təzyiq zamanı hansı bitkilərdən istifadə olunur?  

11:55
21 Oktyabr

Əli Əhmədov: Prezident çıxışında Azərbaycanın gələcəyinin təminatı baxımından mühüm mesajlar verib  

11:34
21 Oktyabr

Ülvi Mehdiyev: 52 ölkə “ASAN xidmət” təcrübəsini öyrənir

11:32
21 Oktyabr

ABŞ Prezidentinin xüsusi elçisi Sankt-Peterburqda səfərdədir

11:28
21 Oktyabr

Ötən gün 46 cinayətin açılması təmin olunub

11:13
21 Oktyabr

Dövlət Xidmətinin rəhbər heyəti Masallıda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınma mərasimində iştirak edib  

11:03
21 Oktyabr

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb VİDEO

10:54
21 Oktyabr

Kiyevə dronlarla hücum edilib, ölənlər var  

10:43
21 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:41
21 Oktyabr

Azərbaycan nefti 119 dollardan baha satılır

10:40
21 Oktyabr

Birjalarda neft bahalaşıb

10:39
21 Oktyabr

Zəngilanda 215 milyon kVts "yaşıl enerji" istehsal edilib

10:30
21 Oktyabr

Mingəçevirdə Energetiklər Günü qeyd olunub

10:25
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!