21 Oktyabr 2026 13:31
227
CƏMİYYƏT
A- A+
Bahar Muradova: Uşaqların rəqəmsal təhlükəsizliyi məsələsində ailənin rolu əvəzolunmazdır  

Bahar Muradova: Uşaqların rəqəmsal təhlükəsizliyi məsələsində ailənin rolu əvəzolunmazdır  


Bu gün ailədən söz açanda, ilk növbədə, milli kimliyimizdən, cəmiyyətimizin ahəngindən və gələcəyimizi necə qurmalı olduğumuzdan danışmalıyıq. Qarşımızda duran əsas vəzifə isə bu mənəvi birliyi qorumaqla yanaşı, ailə institutunun qarşısında dayanan yeni çağırışlara da adekvat cavab verməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun təşkilatçılğı ilə keçirilən I Ailə Forumunda səsləndirib.

Onun sözlərinə görə, məhz buna görə bugünkü forumun seçilmiş mövzusu da kifayət qədər aktualdır. Hazırda elə bir dövrdə yaşayırıq ki, müasir texnologiyalar ünsiyyətimizi, işimizi, təhsil imkanlarımızı və gündəlik həyatımızı çox böyük sürətlə dəyişməkdədir. Bu dəyişikliklər ilk növbədə ailə münasibətlərinə, valideynlik məsuliyyətinə, uşaqların inkişafına və insanların sosial rifahına birbaşa təsir göstərir.

"Müasir texnologiyalar bizi yaxınlaşdırmaqla yanaşı, bəzən aramızdakı canlı ünsiyyətin zəifləməsinə, görünməz divarların yaranmasına səbəb olur. Süni intellekt isə seçimlərimizə və məlumatı qavramağımıza təsir edən tamamilə fərqli reallıqdır. Ona görə də bugünkü müzakirədə əsas məqsədimiz texnoloji yeniliklərə ailələrimizin həyat tərzini və gələcək inkişafını əhatə edən kompleks sosial proses kimi yanaşmaq, onların ailənin möhkəmliyinə və gələcək nəsillərə potensial təsirlərini düzgün istiqamətə yönəltmək barədə danışmaqdır. Xüsusilə uşaqların rəqəmsal təhlükəsizliyi məsələsində ailənin rolu birmənalı olaraq əvəzolunmazdır", - deyə B.Muradova əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanın sülhdən başqa alternativi yoxdur  

14:14
21 Oktyabr

Fransada dərinləşən xaos Makronun “əsəri”dir  

13:36
21 Oktyabr

Bahar Muradova: Uşaqların rəqəmsal təhlükəsizliyi məsələsində ailənin rolu əvəzolunmazdır  

13:31
21 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə daha 105 sakin üçün kiçik təsərrüfatlar qurulub

13:28
21 Oktyabr

Samir Məmmədov: 16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesabların yaradılması qadağan ediləcək  

13:03
21 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq 

12:39
21 Oktyabr

BMT: Qlobal istiləşmə əsrin sonunadək 2,8 dərəcəyə çata bilər

12:22
21 Oktyabr

DSMF 9 ayda 1,1 milyondan çox şəxsə 1,7 milyard manata yaxın müavinət və təqaüd ödəyib

12:15
21 Oktyabr

Xalq təbabətində yüksək arterial təzyiq zamanı hansı bitkilərdən istifadə olunur?  

11:55
21 Oktyabr

Əli Əhmədov: Prezident çıxışında Azərbaycanın gələcəyinin təminatı baxımından mühüm mesajlar verib  

11:34
21 Oktyabr

Ülvi Mehdiyev: 52 ölkə “ASAN xidmət” təcrübəsini öyrənir

11:32
21 Oktyabr

ABŞ Prezidentinin xüsusi elçisi Sankt-Peterburqda səfərdədir

11:28
21 Oktyabr

Ötən gün 46 cinayətin açılması təmin olunub

11:13
21 Oktyabr

Dövlət Xidmətinin rəhbər heyəti Masallıda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınma mərasimində iştirak edib  

11:03
21 Oktyabr

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb VİDEO

10:54
21 Oktyabr

Kiyevə dronlarla hücum edilib, ölənlər var  

10:43
21 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:41
21 Oktyabr

Azərbaycan nefti 119 dollardan baha satılır

10:40
21 Oktyabr

Birjalarda neft bahalaşıb

10:39
21 Oktyabr

Zəngilanda 215 milyon kVts "yaşıl enerji" istehsal edilib

10:30
21 Oktyabr

Mingəçevirdə Energetiklər Günü qeyd olunub

10:25
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!