08 İyul 2025 19:46
596
CƏMİYYƏT
A- A+
BMMT-yə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb  

BMMT-yə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb  

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Aleksandr Kurenkov, Fələstin Dövləti Mülki Müdafiə İdarəsinin baş direktoru Əkrəm Tavabta, İordaniya Haşimilər Krallığı İrbid Mülki Müdafiə İdarəsinin direktoru Yusif Əhməd Salem Əl-Şakatreh, Küveyt Dövləti Yanğınsöndürmə Xidmətinin rəis müavini Məhəmməd Əli Əl-Qətani, Bəhreyn Krallığının Mülki müdafiə üzrə baş direktoru Əli Məhəmməd Casim Yusuf Əl-Kəbaisi və Səudiyyə Ərəbistanı Krallığının Mülki müdafiə üzrə baş direktoru Humud Süleyman Əlfərac ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, K. Heydərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mülki müdafiə və əhalinin fövqəladə hallardan qorunması sahəsində həyata keçirilən kompleks tədbirlərdən danışıb, Azərbaycan dövlətinin əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə hər zaman xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Nazir fövqəladə halların sərhəd tanımaması və ildən-ilə artan risklər fonunda fəlakətlərə qarşı ölkələrin birgə və əlaqələndirilmiş fəaliyyətlərinin vacib olduğunu qeyd edib. Bu mənada BMMT-nin dünya ölkələrinin səylərinin birləşdirilməsi baxımından mərkəzi rolu vurğulanıb, ölkəmizdə keçirilən təşkilatın İcraiyyə Şurasının 58-ci sessiyasının faydalı olacağına əminlik ifadə edilib.

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürlərini bildirən qonaqlar Bakıda keçirilən BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

Görüşlərdə uyğun qurumlar arasında əlaqələrin hazırkı vəziyyəti və inkişafı perspektivlərindən danışılıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub. Tərəflər əminlik ifadə ediblər ki, Bakıda keçirilən sessiya, ikitərəfli görüşlər və aparılan müzakirələr istər BMMT çərçivəsində, istərsə də ikitərəfli əsasda ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələri yeni müstəviyə çıxaracaq.

Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!