04 İyun 2025 08:15
1467
SİYASƏT
A- A+
Birlik və əməkdaşlıq türk dünyasını daha da gücləndirir

Birlik və əməkdaşlıq türk dünyasını daha da gücləndirir


Türk xalqları milli kökləri, ortaq dəyərləri, mədəniyyəti, dili, dini ilə bir-birinə sıx bağlıdır.  Dünyanın harasında yaşamalarından asılı olmayaraq, hər bir türk övladı bu bağlılığı hiss edir. Odur ki, bir-birimizin nə sevincinə, nə də kədərinə biganə qala bilirik.

Türk dövlətlərinin birində xoş hadisələr baş verəndə digərləri də sevinir, fəlakət üz verəndə isə narahatlıq doğurur. Bunu son illər baş verən hadisələrdə bir daha gördük. Azərbaycan 2020-ci ildə Vətən müharibəsində tarixi qələbə qazananda, 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatı keçirərək suverenliyini tam bərpa edəndə bizim sevincimizə, qürurumuza ilk növbədə bütün türk dünyası şərik oldu. Yaxud Türkiyədə meşə yanğınları başlayanda və onlar getdikcə ciddi təhlükəyə çevriləndə, eləcə də dəhşətli zəlzələ baş verəndə türkiyəli qardaşlarımız ilk dəqiqələrdən xalqlarımız arasında mənəvi bağlılığı gördülər. O günlər təbii fəlakətlərin ağrı-acısını, itkilərini yaşayan, evindən, isti ocağından məhrum olan qardaş-bacılarımıza yalnız maddi yardım göstərməklə kifayətlənmədik. Türk dövlətləri sırasında önəmli mövqeyi olan Azərbaycanın peşəkar xilasediciləri özlərini anında fəlakət baş vermiş yerlərə yetirdilər və sonadək əllərindən gələni əsirgəmədilər.

Təqdirəlayiqdir ki, türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq gündən-günə inkişaf edir. Bu, çoxşaxəli əlaqələr Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə müsbət təsir göstərir, onun daha da güclənməsinə rəvac verir.  Yeri gəlmişkən xatırladaq ki, təşkilat 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşündə imzalanmış Naxçıvan sazişinə əsasən yaradılıb. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş bu beynəlxalq təşkilatın yaradılmasında məqsəd türk dövlətləri arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsidir. Sevindiricidir ki, təşkilatın yaradılmasından ötən illər ərzində bu böyük məqsəd yolunda inamla və uğurla irəliləyən üzv ölkələr siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya, kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı genişləndiriblər. Həmçinin bu gün zəngin maddi və mənəvi irsimizin tədqiqində və təbliğində TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi qurumların rolu da xüsusi vurğulanmalıdır.

Türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2024-cü il fevralın 14-də Prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində türk dünyası ilə əməkdaşlığın əhəmiyyətini belə qeyd etmişdir: "Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik". Dövlət başçısı daha sonra bildirdi ki, TDT-yə üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir: "Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

Ölkəmiz Türk Dövlətləri Təşkilatının fəal və təşəbbüskar üzvüdür. Türk dünyasının birliyi, həmrəyliyi, sıx birləşməsi, siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi istiqamətində Azərbaycanın atdığı addımlar türk dövlətləri tərəfindən yüksək dəyərləndirilir. 

Azərbaycanın təşəbbüsü ilə ötən il Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşü türk dünyasının birliyinin güclənməsində əhəmiyyətli addım kimi tarixə yazıldı: "Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir". Dövlətimziin başçısı İlham Əliyev bu sözləri mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatı dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşündə çıxışında demişdir. Daha sonra bildirmişdir ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə qoyub. Həmçinin qeyd etmişdir ki, bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur: "Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!