01 İyun 2022 01:27
1723
Mədəniyyət
A- A+
Bir uşaq bir ailənin ümidi, bir millətin gələcəyidir

Bir uşaq bir ailənin ümidi, bir millətin gələcəyidir

 

Uşaq bir dünya sevinc, xoşbəxtlik, evlərdə nur, ürəklərdə fərəh deməkdir. Bir ailənin ümidi, bir millətin gələcəyidir... Bu gün Beynəlxalq Uşaq Günüdür. Günəş gözlü körpələrin, saf ürəkli, gül qoxulu mələklərin günüdür.

Dünyanın hər yerində 1 İyun 1950-ci ildən BMT Assambleyasının qəbul etdiyi qərara əsasən, Beynəlxalq Uşaq Günü kimi qeyd edilir. Nə yazıq ki, bir zamanlar dünyaya körpə kimi gəlib, sonradan insanlığa, bəşəriyyətə meydan oxuyan məkrli siyasətçilərin ambisiyaları ucbatından dünyanın hər yerində uşaqlar gülə bilmirlər, qan gölündə boğulurlar. Həm də yalnız üzlərindəki təbəssümü, gözlərindəki sevinci, arzularını yox, sağlamlıqlarını, ümidlərini, ömürlərini itirirlər. Bu gün Suriyada, İraqda, digər münaqişə bölgələrində körpələrin sabahları qaranlığa açılır. Onların sevincləri alınır, həyatları məhv edilir... Hələ anlamadıqları, dərk etmədikləri dünyalarına son qoyulur. Sevgi, sevinc əvəzinə sinələrində dərd böyüdürlər....

 Biz bu yolu keçdiyimizə, bu ağrıları həyatımızda yaşadığımıza görə həmin dərdlərə daha çox yanırıq. Bu acını Ermənistandan, dədə-baba yurdlarımızdan didərgin salınanda yaşamışıq... Xocalının qarlı qışında, Şuşadan didərgin salınanda, Kəlbəcərin keçilməz qarlı aşırımlarından keçib gələndə bu faciənin şahidi olmuşuq. Xain qonşularımızın məkrli niyyətlərini ana bətnindəykən hiss edən körpələrimiz başımıza gələn müsibətləri duyub, yumruqları düyünlənmiş formada doğulurdular. Ürəklərində qisas, qəzəb böyüdürdü körpələrimiz. Bu həmin körpə yumruqları idi ki, böyüyüb bir olub, 44 günlük Vətən müharibəsində "Dəmir yumruğ"a çevrilib xalqımıza qələbə qazandırdı. Tanrıya şükürlər olsun ki, indi yurdun başı üzərində sülh göyərçinləri uçur. Şuşada yenidən arzular, ümidlər doğulur. Körpələrəmizin xoşbəxt gələcəyi naminə indi həmin torpaqlarda uşaq bağçaları, məktəblər, ailə, uşaq sağlamlıq mərkəzləri tikilir. İndi dağlarımızda silah səsi yox, musiqi sədası eşidilir.

Nə xoş ki, siyasətimiz sülh, əməlimiz salehdir. Bu, babalardan miras qalıb bizə. Ulu Öndərdən yadigardır bu sevgi bizlərə. Ölkəmizdə dinindən, milliyyətindən asılı olmayaraq heç bir vətəndaşa fərq qoyulmadığı, arzularının həyata keçməsi, fikirlərini sərbəst ifadə edib, müstəqil fəaliyyət göstərmələri üçün hər cür dövlət dəstəyi göstərildiyi kimi, uşaqlara da böyük qayğı göstərilir. Onların azad, problemsiz, xoşbəxt böyümələri üçün hər cür şərait yaradılır və gündən-günə bu diqqət daha da artır. Gələcəyimizin sağlam, təminatlı, qayğısız və əsl vətəndaş kimi böyüməsi üçün yeni əyləncə mərkəzləri, körpələr evləri, uşaq bağçaları, tibb müəssisələri tikilib istifadəyə verilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əlyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın hər il Beynəlxaq Uşaq Günü valideyn himayəsindən məhrum olmuş, fiziki qüsurlu uşaqlara baş çəkib onları öz hədiyyələri ilə sevindirməsi, qayğıları ilə məsud etmələri ənənə şəklini alıb. Xalqımızın sevimlisi Mehriban xanımın hər bir xəstə, imkansız uşağa fərdi yanaşaraq dövlətin və fondun hesabına onların müalicələrini təşkil edib sağlam həyata qayıtmalarına illərdir ki, şahidlik edirik.

Yürüdülən sülh siyasətinin şəfqətindən yalnız ölkəmizin balaca vətəndaşları deyil, dünya adlı böyük evimizin sakinləri də pay ala bilirlər. Suriyadan, İraqdan, Ukraynadan gətirilmiş, hər iki valideynini itirmiş, qayğıya möhtac olan uşaqlar dövlətin nəzarəti altında reabilitasiya keçərək, sevgi və isti ocaqla təmin edilir, normal yaşamaları üçün lazımi şərait yaradılır.

Uşaqların xoşbəxt, qayğısız yaşadığı dövlət ən qüdrətli dövlətdir. Çalışaq ki, göylərdə ölüm saçan silahlar deyil, sülh göyərçinləri uçsun. Ölüm saçan silahların səsini yox, körpə gülüşünün şaqraq sədası eşidilsin. Təkcə ilin bir günü yox, bütün günlərimizi gələcəyimizə, uşaqlara həsr edək. Dünyamızı qoruyaq, uşaqları sevək.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!