12 Yanvar 2021 01:06
1674
CƏMİYYƏT
A- A+
Bir məktəbin üç şəhid məzunu

Bir məktəbin üç şəhid məzunu

 

44 günlük Vətən müharibəsi qələbə ilə  sona çatdı.  Azadlıq meydanında dekabrın 10-da təntənəli şəkildə  Zəfər paradı keçirildi. Qürurlandıq, böyük sevinc hissi yaşadıq...  Xalqımıza və müzəffər Milli Ordumuza Qələbə necə də gözəl yaraşırmış! Arxada qalan cəmi 44 gün ərzində nəinki biz, dünya bu müharibədə kimin nəyə qadir olduğunun şahidinə çevrildi.

Məğlubiyyətə uğrayan təcavüzkar Ermənistan ağ bayraq qaldıraraq, Müzəffər Ordumuzun, onun Ali Baş Komandanı İlham Əliyevin   “dəmir yumruq” siyasəti, diplomatik qələbəsi qarşısında diz çökdü, noyabrın 10-da təslim aktına - kapitulyasiya sənədinə qol  çəkdi.

Qarabağda 30 il ərzində daş üstə daş qoymayan, terrorçuluq, talançılıq, barbarlıqla məşğul olan daşnak silahlı quldurlarını cəsur döyüşçülərimiz tarixi ərazilərimizdən “iti qovan”kimi qovdular. Düşmən neçə-neçə ağır hərbi texnikasını da döyüş meydanlarında qoyub qaçdı. Ələ keçirilən qənimət - hərbi texnikanın bəziləri Bakıda, Azadlıq meydanında dünyaya nümayiş etdirildi.

Bütün bunlar, əlbəttə, xalqımızın, rəşadətli ordumuzun, xüsusən də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsinə, Qarabağın işğaldan azad edilməsinə illərlə hazırlığının nəticəsidir.

Müharibəni Qələbə ilə başa vurduqdan sonra bu yolda canlarından keçən Vətən oğullarının şəhidlik zirvəsinə yüksələnlərinin adları açıqlandı. Düşmən tərəfinin itkisindən xeyli az olsalar da, onların hər biri xalqımızın və dövlətimizin igid, mərd övladı kimi heç zaman unudulmayacaq. Həmin 3 min nəfərə yaxın şəhidimizin arasında Bakı şəhəri, Nərimanov rayonundakı E.Əliyev adına 93 nömrəli tam orta məktəbin üç məzununun da adlarının olması pedaqoji kollektivimizdə nə qədər kədər hisslərilə qarşılansa da, qürur yerimizə çevrildilər. Ona görə də adları və igidlikləri heç zaman yaddaşımızdan çıxmayacaq hər üç qəhrəmanımızın döyüş yolu, onların şəhidlik zirvəsi şagirdlərimizə örnək dərsi kimi təbliğ və tədris olunacaq. Qəhrəmanlarımızın şərəfinə ayrıca “Şəhidlik zirvəsi” adlı guşə yaratmaqla xatirələri daim əziz tutulacaq.

Babək Bəxtiyar oğlu Allahverdiyev 30 may 1979-cu ildə Naxçıvanda anadan olub. 1986-cı ildə Bakı şəhəri, Nərimanov rayonunun 93 nömrəli məktəbində  birinci sinfə gedib. 1993-1996-cı illərdə C.Naxçıvanski adına Hərbi Məktəbdə təhsil alıb. Həmin il  Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə - Ali Hərbi Akademiyaya qəbul olub. 2000-ci ildə həmin məktəbin məzunu  kimi Azərbaycan Respublikasının Dövlət Quru Qoşunlarında xidmətə başlayıb.

2014-cü ildə ailə həyatı quran Babək iki oğul atasıdır. 2020-ci il sentyabrın 27-də Ermənistanın yenidən hücumu nəticəsində başlayan Vətən müharibəsində iştirak edən baş leytenant Babək Allahverdiyev kəşfiyyat komandiri kimi  Füzuli və Qubadlı istiqamətlərində gedən ağır hərbi əməliyyatların iştirakçısı olub.  Döyüşə-döyüşə Şuşaya ilk girənlərdən biridir. Şuşaya canı-qanı ilə yol açan Babək elə həmin zirvədə də şəhadətə yüksəlib.

Bakı şəhərindəki İkinci Fəxri xiyabanda canından artıq sevdiyi, uğrunda şəhid olduğu torpağa tapşırılan qəhrəmanımıza Allahdan rəhmət diləyirik!

Məktəbimizin şəhidlərindən biri də 1997-ci il iyun ayının 29-da Bakıda anadan olan Bayramov Cavid Azər oğludur. Məktəbimizin məzunu olduqdan sonra Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsinə daxil olmuşdu. Hər bir gənc kimi, onun da arzuları, ayrıca bir dünyası var idi. Hələ orta məktəbdə oxuyarkən sinif yoldaşları ilə gələcək həyat yollarından söz düşəndə Xankəndiyə, Şuşaya yol çəkəcəyini bildirirmiş. Bunün üçün də məhz peşə seçəndə nəqliyyat fakültəsində oxumağa üstünlük vermişdi.

Cavid Bayramov da Vətən müharibəsi başlayanda cəbhəyə könüllü gedənlərdən biri oldu. O, Vətənin dar günlərində rahatlıq tapa bilmirdi. Az qala hər gün hərbi çağırış məntəqəsinə gedir, onu döyüşən ordunun sıralarına yollamağı tələb edirdi. Və getdi də...

Döyüş yolları da ömrü kimi qısa olan Cavid Bayramov 2020-ci il oktyabrın 8-də Füzuli və Hadrud uğrunda gedən əməliyyatlarda Vətənə sevgisini nümayiş etdirərək, igidliklə vuruşdu. Döyüş dostlarına yardım əli uzadan igidimiz özünü düşünmədi. Yolu zirvəyə idi - şəhidlik məqamına. Onu bu yoldan kimsə qaytara bilməzdi. Elə ona görə də getdi, özündən sonraya qalan əziz və şirin xatirələrdə yaşamaq, əbədiyyətə, ölümsüzlüyə qovuşmaq üçün...

1999-cu il oktyabrın 30-da Qobustan rayonunda anadan olan Əhmədov Mehrac İntiqam oğlunun şəhidlik zirvəsinə gedən yol  isə bir  qədər fərqlidir. 2017-ci ildə  bizim məktəbin məzunu olub. Atası İntiqam  deyir ki, Mehrac onlar üçün möcüzə doğulub, ailənin sonbeşiyi kimi. Onun dünyaya gəlməsi üçün qurbanlar deyilib. Yeddi yaşına kimi qurbanları  kəsilib. Əl üstündə, göz bəbəyi kimi böyüdüblər onu. Orta məktəbi bitirən kimi hərbi xidmətə yollanıb. Əsgərlikdə ilyarım topçu kimi qulluq göstərib, sağ-salamat da geri dönüb.

2020-ci ilin sentyabr ayının 25-də Mehrac yenidən döyüşən ordunun sıralarına qatılıb.  Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Yaralı əsgər dostlarını döyüş  meydanından çıxararkən özü də o zirvəyə ucalıb.

Nur üzlü şəhidimizin arzuları çox olub. Mehracın yaxşı əl qabiliyyəti vardı. Bir-birindən zövqlə düzəldilmiş əşyaları indi ondan qalan əziz yadigarlar kimi qorunur. Əsgərliyə getməmişdən “Neptun” marketlər şəbəkəsində çalışırmış. Müharibədən sağ-salamat qayıdıb istədiyi qıza nişan aparmaq haqqında düşünəndə anasına deyib ki, “tələsməyin...”

Kollektivimizin təsəllisi  odur ki, hər üç məzunumuzun qəhrəmanlığı unudulmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla hər üç  məzunumuz  -  baş leytenant Babək Bəxtiyar oğlu Allahverdiyev, əsgərlərdən Cavid Azər oğlu Bayramov və Mehrac İntiqam oğlu Əhmədov  da “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

Onu da qeyd edək ki, şəhidlərimizin müqəddəs savaşları və döyüş yolları haqqında kitab çapa hazırlayırıq.

 

Xalidə İBRAHİMOVA,

Bakı şəhəri, Nərimanov rayon E.Əliyev adına 93 nömrəli tam orta məktəbin direktoru

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!