14 İyul 2023 10:35
762
İQTİSADİYYAT
A- A+
Bir cənub diyarında

Bir cənub diyarında

 

Artıq Masallını da turizm bölgəsi hesab etmək olar 

 

Bütövlükdə cənub bölgəsində, o sıradan Masallıda turizm obyektləri, istirahət mərkəzləri, müalicə ocaqları çoxdur. Hər il nəinki ölkəmizin müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən minlərlə turist istirahət və ya müalicə üçün bu yerlərə gəlir. 
Masallının turizm obyektləri, əsasən, rayon mərkəzinin cənub-qərbində, Qəriblər kəndi istiqamətində, nadir meşə ağaclarının yaşıllıqlarından don geymiş silsilə  dağların qoynunda yerləşir. Qəriblər kəndini keçən kimi yolun hər iki tərəfində "Gölüstü", "Viləş", "Gülüstan", "Baba bulağı", "Ailə sevinci", "İstisu", "Zirvə", "Beş qardaş", "Turist", "Cənnət bağı", "Hotel", "Masallı", "Dəmirağacı" kimi istirahət məkanlarının, sanatoriyaların bir-birindən yaraşıqlı və fərqli hotel və kottecləri diqqəti cəlb edir. Həm də bu tikililər memarlıq cəhətdən göz oxşayır, insanda müsbət emosiya doğurur. 
Masallının "İstisu"yu rayon mərkəzindən 13 kilometr aralıda, dəniz səviyyəsindın 160 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sağ sahilində yerləşir. Qədim zamanlardan yerli əhali, ətraf rayonlardan olan insanlar bura bir çox xəstəliklərin müalicəsi üçün üz tutmuş və şəfa tapmışlar. İllər keçdikcə Masallı suyunun şöhrəti daha şox yayılmış, kənar və uzaq yerlərdən də adamlar sağlamlıqlarını bərpa etmək üçün onun isti qoynuna sığınmışlar. Bu suyunun tərkibində hidrogen-sulfid, natrium-xlor, kalsium, maqnezium-hidrokarbonat və hər litrdə 30 milliqram olmaqla yod vardır. İsti su yerin 90 - 250 kilometr dərinliyindən 60 dərəcə temperaturda çıxır. 
1960-cı illərin əvvəllərində məşhur həkim, alim, şair, bəstəkar Mir Kazım Aslanlı (Sərəng) elmi yolla sübut etmişdir ki, sözügedən isti su ilə revmatizm, dəri, böyrək və sidik yolları, radikulit, prostat, hipertoniya, qaraciyər və öd yolları, qadın və kişi sonsuzluğu, mədə-bağırsaq və s. xəstəlikləri sağaltmaq mümkündür. Mir Kazım Aslanlının bu tədqiqatı o vaxtlar böyük maraq doğurmuş, dövlət səviyyəsində diqqəti cəlb etmişdir. Sovet İttifaqının ayrı-ayrı yerlərindən bura - İstisu şəfa ocağına 12 alim dəvət olunmuşdur. Onlar burada tədqiqat işləri aparmış, azərbaycanlı alimin fikirlərini təsdiq etmişlər. Beləliklə, 1971-ci ildə İstisu şəfa ocağına ümumittifaq müalicəvi kurort-sanatoriyası statusu verilmişdir. 
Amma şəfa ocağının əsl inkişafı ölkəmiz müstəqilliyə qovuşandan sonra başladı. Burada "İstisu" Sanatoriyası yaradıldı. 1998-ci ildə Masallıdan olan iş adamı İdırım Allahyarov obyekti özəlləşdirdi. Elə o vaxtdan da burada genişmiqyaslı bərpa və quruculuq işləri başlamışdır. İndi bu müalicə ocağında Avropa standartlarına uyğun müalicəvi vannalar, istirahət üçün kotteclər, 160 yerlik hotel, digər obyektlər fəaliyyət göstərir. "İstisu"ya gələnlər xüsusi həkim nəzarətindədirlər. Onların ekoloji cəhətdən təmiz kənd məhsulları ilə qidalanması gündəlik olaraq diqqət mərkəzində saxlanılır. Bundan başqa, burada dincələnlər üçün atla gəzinti təşkil edilir. Həmçinin Viləş çayında çimərlik, sanatoriya ərazisində idman qurğuları ilə təchiz edilmiş meydança mövcuddur. Turistlər üçün qonşu Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarına səfərlərin təşkili də unudulmayıb. 
İndi yayın orta ayıdır. Hər kəs istirahət etmək, sağlamlığını bərpa etmək üçün seçdiyi yerə üz tutur. Masallının "İstisu" sağlamlıq ocağı da hazırda əvvəlki aylarla müqayisədə daha çox qələbəlikdir. İstirahətə gələnlərin bir neçəsi ilə söhbət etdik. Tamella Abbasova:  
- Bakıda yaşayıram. Artıq 20 ildir "İstisu"ya gəlirəm, vannalar, masaj səhhətimə müsbət təsir göstərir. Belimdəki, dizlərimdəki, çiyinlərimdəki ağrılar çəkilib gedir. Buranı qohumlarıma, tanış-bilişlərimə də məsləhət görürəm. Tovuzdan olan qohumlarım indicə telefonla zəng edib dedilər ki, 5 nəfərlə gəlirlər. 
Tamella xanımın dediklərini eşidən Mirhaşım Ağalarov da söhbətə qoşuldu: 
- Mən Neftçaladan gəlmişəm. Xanımın dedikləri düzdür. "İstisu" adama sanki can verir. Ağrıların çəkilib getdikcə özünü quş kimi hiss edirsən. Sanatoriyada bütün işlər yaxşı təşkil olunub. Sağ olsunlar, hər gün bir neçə dəfə təzyiqimi yoxlayıb, vannaların necə təsir göstərdiyini müəyyənləşdirirlər, tövsiyələrini verirlər. Qidalanmağımızdan, istirahətimizdən də şikayətimiz yoxdur. 
"Viləş" isə Masallının nümunəvi istirahət mərkəzlərindən sayılır. Mərkəzin icraçı direktoru Novruz Seyfullayevin dediklərindən məlum olur ki, "Viləş" 2011-ci ildən fəaliyyətə başlayıb. Keçən il burada 5 min nəfərdən çox adam istirahət edib. İstirahət mərkəzində hər cür şəraiti olan 50 otaqlı mehmanxana, 10 kottec, şadlıq evi, uşaqlar və böyüklər üçün hovuzlar, idman qurğuları ilə təchiz edilmiş meydança və s. vardır. "Viləş" həmişə çal-çağırlı olur. Bakıdan, digər yerlərdən tez-tez müğənnilər dəvət edilir, konsertlər təşkil olunur. 
Bakı şəhər sakini Ülviyyə Heydərli burada yaradılan şəraitdən razılıq etdi:
 - Bir həftədir ailə üzvlərimizlə burada dincəlirik. Hər şey yüksək səviyyədədir. Burada istirahət rejimi elə təşkil olunub ki, günün necə gəlib keçdiyini hiss etmirsən. Biz hər il istirahət zamanı "Viləş"ə üstünlük veririk. 
Masallı ilə yanaşı, cənub bölgəsinin Lənkəran, Astara, Lerik rayonlarında da nümunəvi istirahət mərkəzlərimiz çoxdur. Mavigözlü Xəzərin qumlu sahilləri, diş göynədən buz bulaqları, aynasında zümrüd meşələri əks etdirən dumduru gölləri, yamyaşıl ormanları, tarixi yerləri sanki adama "mən vətən torpağıyam, uzağa niyə gedirsən, gəl məni gör, tanı, qoynumda dincəl" - deyir. 

Seyran CAVADOV, 
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında

02:18
18 İyun

Məhəmməd Süleyman Əl-Casirin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

02:18
18 İyun

Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib

22:19
17 İyun

Kainatda təkik?

21:37
17 İyun

Davamlı bakteriyalara qarşı yeni antibiotik metodu hazırlanıb

21:13
17 İyun

İran və Qətər elektrik şəbəkələrini birləşdirir  

21:09
17 İyun

Ekvadorda 10 regionda fövqəladə vəziyyət elan edilib

20:58
17 İyun

İ. Fedotov: Messi meydandan qovulmalı idi

20:46
17 İyun

 İspaniyada 16 ton Dünya Kuboku formaları müsadirə edilib

20:42
17 İyun

 A. Səmədov: Ronaldo kimi oyunçu həmişə faydalıdır 

20:41
17 İyun

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib  

20:32
17 İyun

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

20:28
17 İyun

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

20:13
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO  

20:09
17 İyun

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

20:09
17 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub  

20:03
17 İyun

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

19:56
17 İyun

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

19:52
17 İyun

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!