27 Oktyabr 2023 10:40
507
CƏMİYYƏT
A- A+
Bir ailədən beş döyüşçü - 2 şəhid, 3 qazi…

Bir ailədən beş döyüşçü - 2 şəhid, 3 qazi…

 

"Birinci Qarabağ müharibəsində savaşanda Faiqin 18 yaşı var idi. O zaman Azərbaycan Milli Ordusunun sıralarında əsgər idi. Özündən böyük qardaşı Həsən Qorxmaz kimi tanınan Həsənqulu Qasımov Birinci Qarabağ müharibəsində şəhid olduqdan sonra onun qisasını almaq üçün hərbçi olmağa qərar verdi. Vətən müharibəsində Həsənqulunun qisasını almağı bacardı, lakin özü də şəhadətə yüksəldi…"
Bunu AZƏRTAC-a müsahibəsində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Faiq Qasımovun bacısı Ruqiyyə Qasımova deyib.
O, fikirlərinə belə davam edib: "Əslən Qubadlı rayonundanıq. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları başlananda qardaşlarım da digər Vətən övladları kimi döyüşə atıldılar. Faiq 1991-ci ildə döyüşmək istəsə də, yaşı çatmadığından icazə verilmədi. Yalnız 1992-ci ildə 18 yaşı tamam olandan sonra Azərbaycan Ordusunun əsgəri kimi ərazi bütövlüyümüz uğrunda savaşa qoşuldu. O zaman digər qardaşım leytenant Həsənqulu Qasımov da rota komandiri kimi müharibədə iştirak edirdi. Ona şücaətinə görə "Qorxmaz" ləqəbi verilmişdi, Həsən Qorxmaz kimi tanınırdı. Həsənqulu Qubadlıda şəhid olandan sonra Faiq onun qisasını alacağını əhd etmişdi. Buna görə də hərbçi olmağı qərara aldı. Faiq Vətən müharibəsinə qədər 30 ilə yaxın müddət idi Azərbaycan Ordusunda xidmət edirdi. Şəhid general-mayor Polad Həşimovla birlikdə hərbi məktəbi bitirənlərdəndir. O, 2016-cı il Aprel döyüşlərində öz dəstəsi ilə Ohanyan səddini ilk dəfə yarıb keçənlərdən idi. Tovuz döyüşlərində Polad Həşimovun şəhid olması Faiqi çox sarsıtmışdı. Alacağı qisasın üstünə sanki biri də əlavə olunmuşdu. Vətən müharibəsi başlananda döyüşlərə Füzuli rayonu istiqamətindən qoşulan Faiq sentyabrın 27-dən 28-nə keçən gecə elə həmin rayon uğrunda aparılan hərbi əməliyyatlarda şəhid oldu. Faiq Həsənqulunun yanına üzüağ getdi. Onun qisasını ala bildi, lakin çox təəssüf ki, Qələbəni, Qubadlının azad olduğunu görmək ona nəsib olmadı. Faiq özü başladığı işi özü də bitirdi…
Digər qardaşım Əhliyyət Qasımov Birinci Qarabağ müharibəsi qazisi idi. Əhliyyət polis idi, 1994-cü ildə Horadiz əməliyyatı zamanı ağır yaralanmışdı, hətta böyrəklərindən birini itirmişdi. Ondan sonra sağlamlığı bərpa olmadı, 1998-ci ildə dünyasını dəyişdi. Çox təəssüf edirəm ki, hər üç qardaşım uğrunda canlarını, sağlamlıqlarını verdikləri torpaqların düşmən tapdağından xilas olunduğunu görə bilmədilər.
Şəhidin qardaşı, Birinci Qarabağ qazisi Gəray Qasımov ailədə altı qardaşdan beşinin ərazi bütövlüyümüz uğrunda savaşdığını qeyd edib: "Atamız 45 yaşında dünyasını dəyişdi, qardaşlardan böyüyü mən idim. Onları özüm böyütdüm, özüm də əllərimlə torpağa verdim. Birinci Qarabağ müharibəsi savaşında iştirak etmişəm. Həlledici savaşda döyüşmək nəsib olmasa da, Faiq hər birimizin əvəzinə mübarizə apardı. Mən fəxr edirəm ki, Qubadlının Qayalı kəndində bir ailənin beş döyüşçü üzvündən biriyəm. Elə qardaşları itirmək ağır olsa da, azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması, həmin torpaqların sakinlərinin yavaş-yavaş yurd-yuvalarına dönməsi ilə təsəlli tapıram. Doğma Qubadlımıza, Qayalı kəndinə dönəndə qardaşlarımın ruhu dinclik tapacaq".
Qeyd edək ki, polkovnik-leytenant Faiq Qasımov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

Türkiyə və Niger arasında yeni əməkdaşlıq anlaşmaları imzalanıb

19:46
05 İyun

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb 

19:44
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!