28 Noyabr 2023 09:15
467
SİYASƏT
A- A+
Beynəlxalq təşəbbüslərə Azərbaycanın töhfəsi

Beynəlxalq təşəbbüslərə Azərbaycanın töhfəsi

 

Dünyanın mötəbər beynəlxalq qurumlarında uğurla təmsil olunan, qlobal çağırışlara fəal şəkildə qoşulan Azərbaycan, irəli sürdüyü əhəmiyyətli təşəbbüsləri ilə, həm də ümumilikdə region və Mərkəzi Asiya ölkələrinin dayanıqlı iqtisadi inkişafına töhfələr verir. 
Ötən həftə Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsinə evsahibliyi etməsi, SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Bakıda Zirvə görüşünün keçirilməsi də bu baxımdan əlamətdar oldu. 
Noyabrın 24-də Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın, Özbəkistanın dövlət başçılarının, Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, eləcə də Körfəz Əməkdaşlıq Şurasının baş katibinin iştirakı ilə Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev söylədi ki, bu il SPECA-nın 25-ci ildönümüdür və hazırda Azərbaycan SPECA-ya sədrlik edir: "İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir". 

 

Unikal coğrafi mövqe

 

1998-ci ildə BMT tərəfindən Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platforma olaraq yaradılan SPECA proqramına Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan üzv dövlətlərdir. 
Zirvə görüşündə dövlət başçısı İlham Əliyev qeyd etdi ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliklərinin problemlərlə, çağırışlarla bol ilk illərini yaşayırdılar. Lakin indi əsas çağırışlar arxada qalıb biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik: "Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur". 
Üzv dövlət olaraq, xüsusilə Azərbaycan ötən illərdə böyük inkişaf yolu keçib. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır.
Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.
Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Şərqlə qərbin, eləcə də şimal ilə cənubun kəsişməsində yerləşmək kimi unikal coğrafi məkana malik olması Azərbaycana əlverişli tranzit imkanları yaradır. 

 

Müəllifi İlham Əliyevdir 

 

SPECA-nın ən fəal üzvlərindən olan Azərbaycan dövlət siyasətində proqrama üzv olan ölkələrlə hərtərəfli əməkdaşlığa xüsusi önəm verir, bu istiqamətdə əməli fəaliyyət göstərir.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşündəki çıxışlarında üzv ölkələrin dövlət başçıları da məhz bu məqamı xüsusi vurğuladılar, Prezident İlham Əliyevin proqrama mühüm töhfələrindən bəhs etdilər. 
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə sədrlik dövründə bir çox məsələlərin müsbət həllinə nail ola bildiyi üçün minnətdarlığını ifadə edərək vurğuladı: "Şəxsən Siz, hörmətli İlham Heydər oğlu, ən azından SPECA-nın istiqamətində iki əsas sıçrayışa müəllif oldunuz. Birincisi, SPECA-nın son 25 illik tarixi dövründə onun ilk dəfə səviyyəsini iştirakçı ölkələrin dövlət başçıları səviyyəsinə qaldırdınız. İkincisi, uzun müddət idi ki, bu Etimad Fondunun yaradılması alınmırdı, Siz öz sədrlik ilinizdə bu məsələnin müsbət həllinə nail ola bildiniz".
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşünün üzv ölkələr üçün əhəmiyyətinə toxunaraq dedi ki, müasir ticarət və logistika mərkəzləri, xüsusi iqtisadi zonalar sərhəd yerlərində tikilməkdədir: "Bu baxımdan biz hörmətli İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş Azərbaycan rayonlarında tarixi ədalətin bərpa olunmasını yüksək dəyərləndirir və Azərbaycanın bu yerlərdə gördüyü inanılmaz quruculuq işini qeyd etmək istəyirik. Əslində, əminəm ki, müsbət və perspektivli dəyişikliklər yeni imkanlar açacaq və regional əməkdaşlıq inkişaf edəcək".
Ümumiyyətlə, Zirvə görüşündəki üzv ölkələrin, eləcə də fəxri qonaqların çıxışlarından da aydın görünürdü ki, bu dövlətlərin hər biri Azərbaycanı hərtərəfli əməkdaşlıq apara  biləcəkləri etibarlı tərəfdaş hesab edirlər və Azərbaycanın SPECA-dakı aparıcı rolunu təqdirlə etiraf edirlər. 

 

Qlobal dialoqların baş tutduğu vacib platforma

 

SPECA-nın Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi qəbul olunub. Bəyannamədə Şərq-Qərb Trans-Xəzər Orta dəhlizinin SPECA-nın iştirakçı ölkələri ilə Asiya və Avropanın müxtəlif regionlarıyla, onun hüdudlarından kənarda daha səmərəli və dayanıqlı əlaqələrdən biri kimi əhəmiyyətinin və ölkələri dəhlizin potensialından qitələrarası nəqliyyat əməliyyatları üçün istifadə etməyə çağırmaq kimi vacib məqamlar da əksini tapıb. 
Ərazilərini işğaldan azad edərək və suverenliyini tam təmin edərək mühüm tarixi zəfərlərə imza atan Azərbaycanın Cənubi Qafqazın lider olkəsi olaraq əldə etdiyi siyasi, iqtisadi, hərbi zəfərlər beynəlxalq əməkdaşlığa da geniş üfüqlər açıb.
Prezident İlham Əliyevin siyasi liderlik qabiliyyəti, yürütdüyü məqsədyönlü siyasət sayəsində dünyanın sayılıb-seçilən ölkəsinə çevrilən Azərbaycan, həm də qlobal dialoqların baş tutduğu vacib platformaya çevrilib.
Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşünün keçirilməsi də buna bariz nümunədir.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!