15 Mart 2025 08:15
518
SİYASƏT
A- A+
Beynəlxalq dialoqa töhfə

Beynəlxalq dialoqa töhfə


Forum Azərbaycanın etibarlı tərəfdaş, sülh naminə təşəbbüslərə evsahibliyi edən ölkə kimi dünyada rolunu gücləndirəcək


Azərbaycanın evsahibliyi etdiyi növbəti beynəlxalq tədbir bu gün başa çatır. Bakı bu dəfə də dünyanı narahat edən qlobal mövzuların müzakirə edildiyi məkana çevrildi. 

Bakı Dövlət Universitetinin kafedra müdiri Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildriib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda martın 13-15-də keçirilən XII Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyət tərəfindən olduqca nüfuzlu bir tədbir kimi qəbul edilir. Budəfəki tədbirdə dünyanın bir sıra ölkələrinin prezidentləri, baş nazirləri, parlamentariləri, eləcə də sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. "Forumun mövzusu son dövrlər dünyada aktual olan bir  məsələyə - "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi"nə həsr olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyada qlobal problemlərin həlli yollarının araşdırılması və bu barədə beynəlxalq ictimaiyyəti məlumatlandıran çox vacib təsisata çevrilib. Məhz bu səbəbdən mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumuna maraq hər il artmaqdadır. Ölkəmizin bu cür nüfuzlu tədbirlərə evsahibliyi etməsi və iştirakçılarının saylarının ildən-ilə artması Azərbaycana olan böyük etimadın, Prezident İlham Əliyevin siyasətinə verilən yüksək qiymət və dəstəyin nümunəsidir. Budəfəki forumda da dünyanın müxtəlif regionlarından 400-ə qədər nüfuzlu siyasi xadim, 50-dən çox fəaliyyətdə olan və sabiq prezident, baş nazir, eləcə də BMT-nin struktur rəhbərləri, nüfuzlu alimlər və ekspertlər iştirak edirlər", - deyə o əlavə edib.

Ekspert qeyd edib ki, XII Qlobal Bakı Forumunda dünyanı narahat edən problemlər, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, eləcə də postmünaqişə dövründə bərpa-quruculuq işləri kimi vacib mövzular müzakirə olundu. Eyni zamanda "Sülhə gedən yol", "Yeni dünya nizamında orta güclər" mövzularında panellərlə yanaşı, Yaxın Şərq, Ukrayna-Aİ məsələlərinə həsr olunmuş sessiyalar da keçirilir. Ümumilikdə forumda bir çox sahələri əhatə edən qlobal əhəmiyyətli məsələlər də müzakirə edilir.

K.Əliyeva bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan bu gün dünyada ən stabil və təhlükəsiz bir dövlətə çevrilib: "Bu gün ölkəmizdəki ictimai-siyasi stabillik, dinamik iqtisadi artım, uğurlu və balanslaşdırılmış xarici siyasət, sosial rifah səviyyəsinin yüksəlməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın dünyada nüfuzu getdikcə artmaqla yanaşı, ölkəmiz sivilizasiyalararası dialoq və qlobal əməkdaşlığın platformasına çevrilib.

Onun sözlərinə görə, dünyanın bir sıra regionlarından iştirakçıların bu foruma qatılması tədbirin genişmiqyaslı təsirini və beynəlxalq arenada əhəmiyyətini, Azərbaycanın beynəlxalq dialoqa verdiyi töhfələri və multilaterializmə sadiqliyini bir daha nümayiş etdirir. Forum Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və stabillik naminə təşəbbüslərə evsahibliyi edən bir ölkə kimi rolunu gücləndirəcək. Bu gün Azərbaycan həm də multikultural ölkə kimi tanınır. Bu baxımdan Azərbaycanda olan mövcud vəziyyət dünya dövlətlərinə örnəkdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Multikulturalizm Azərbaycanın dövlət siyasətidir". Forumda multikultural dəyərlərin təbliği də öz əksini tapdı. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış etdi, dünyanın diqqəti qlobal problemlərin həll edilməsinə yönəldi.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!