20 Aprel 2025 09:10
715
Mədəniyyət
A- A+
Bəşəriyyətin "yaşıl enerji"yə keçidinə dəyərli töhfə

Bəşəriyyətin "yaşıl enerji"yə keçidinə dəyərli töhfə


M.Ş.Vazeh adına Mərkəzi Kitabxanın "Kitabxanaya kitab hədiyyə edirik" layihəsi çərçivəsində UNESCO-nun eksperti, Rusiya Prezident Akademiyasının professoru Nizami Məmmədov və AMEA-nın müxbir üzvü, professor Sevda Məmmədəliyeva müəllifləri olduqları "Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid" adlı yeni kitabı kitabxanaya hədiyyə ediblər.

Əsas mövzusu günümüzün qlobal ekoloji problemlərinin araşdırılması və həlli olan kitab ölkəmizdə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bir töhfədir.  

12 bölmədən ibarət olan kitabda müəlliflər bəşəriyyətin ekoloji cəhətdən təhlükəsiz inkişafa keçid yolunda olmasından ətraflı bəhs edirlər və dövlətimizin enerji siyasətində etdiyi dəyişiklikləri yüksək qiymətləndirirlər. Üç dildə (Azərbaycan, ingilis, rus) nəfis şəkildə nəşr olunan kitab müasir dövrdə mühüm məlumatların toplandığı qiymətli vəsait, olduqca dəyərli bir töhfədir. 

Kitabda daha çox iqlim dəyişmələrinin qlobal ekoloji və sosial-iqtisadi nəticələrinə, bəşəriyyətin "yaşıl energetika"ya keçidinin iqlim əsaslarına diqqət yetirilir, iqlim dəyişmələrinin idarə olunmasının mövcud səviyyəsi və bu sahədə beynəlxalq razılaşmaların rolu qiymətləndirilir, meşələrin qorunması, yeni yaşıllıq sahələrinin salınması, dünya okeanının çirklənməsinin qarşısının alınması kimi iqlim tənzimləmə mexanizmlərinin dəstəklənməsinin zəruriliyindən danışılır. Qlobal məsələyə bu cür əsaslı yanaşma "yaşıl energetika"ya keçidin təbii-tarixi bir proses olduğunu düşünməyə geniş imkan verir.

Təbiidir ki, əhalinin və müxtəlif ehtiyacların artması, iqtisadiyyatın geniş inkişafı, elmi və texniki yeniliklərin nizamsız tətbiqi insanlar üçün həyati vacib kimyəvi və bioloji parametrlərin pozulması ilə nəticələnir. Əsaslandırılmış proqnozlara görə, bu vəziyyətdən ən optimal çıxış yolu ekoloji sivilizasiyanın formalaşmasına gətirib çıxaracaq insan fəaliyyətinin müxtəlif sahələrində ekoloji inqilab ola bilər. Hansı zaman olursa- olsun, insan təbiətin çağırışlarını dinləməyə məcburdur. Müasir dövrdə iqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı müzakirələr kulminasiya nöqtəsinə çatmışdır. Geniş müzakirələrdən də aydın olur ki, iqlim dəyişikliyi təkcə qlobal və kompleks problem deyil, həm də həlli bəşəriyyətin sağ qalmasını və sonrakı mövcudluğunu şərtləndirən problemdir. Uzun müddət belə davam edərsə, nəticələr bəşəriyyət və insanlıq üçün fəlakətli ola bilər. 

İqlim dəyişikliyinin səbəbləri ilə bağlı əsasən iki fikir mövcuddur. Birinciyə görə, iqlim dəyişikliyi əsasən vulkanik fəaliyyət, günəş aktivliyinin artıb-azalması və digər təbii amillərlə bağlıdır. İkinciyə görə, iqlim dəyişikliyi texnogen amillər - karbohidrogenlərin yanma həcminin artması, meşə sahəsinin və okean suyunun azalması ilə bağlıdır.

Planetin mümkün istiləşməsi nəticəsində atmosferə karbon qazından əlavə, milyardlarla ton başqa birləşmələr də atılır ki, bunlar da Yer kürəsinin istiləşməsinə gətirib çıxarır. "Yaşıl enerji"nin inkişaf etdirilməsi bu vəziyyəti kökündən dəyişə bilər. Çünki geosiyasi maraqların əsasları fərqli olur. 

Azərbaycan haqlı olaraq "yaşıl enerji" sahəsində lider dövlətlər sırasında olduğunu iddia edir. Respublikamız günəşli və küləkli ölkədir. Bu, "yaşıl hidrogen" əldə etmək üçün unikal bir imkandır. Ölkəmizin əhəmiyyətli hidro və geotermal ehtiyatları da var.

2020-ci ilin əvvəlindən Azərbaycanda külək və günəş-elektrik stansiyalarının genişmiqyaslı tikintisinə başlanılıb. 2021-ci ildə energetikanın inkişafı ilə bağlı Milli Məclisdə bir sıra qanunlar qəbul edilib. Bu qanunlar "yaşıl enerji"nin intensiv inkişafı üçün sosial, iqtisadi və siyasi şərtlər yaradıb. "Yaşıl enerji" təbii qaz və neftə qənaət etmək, böyük həcmdə elektrik enerjisi ixrac etmək üçün əlverişli imkandır. Bundan başqa, o, yeni texnoloji istiqamətlər və müvafiq iş yerləri yaratmaq üçün də şərait yaradır.

"Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid" kitabında Azərbaycan neft elmini dünya miqyasında təmsil edən akademik Yusif Məmmədəliyevin "yaşıl energetika"nın inkişafına verdiyi töhfələr də xüsusi olaraq vurğulanır.

Oxucuların böyük maraqla qarşıladıqları kitab müəlliflər tərəfindən həm Bakıda fəaliyyət göstərən, həm də Gəncə, Şirvan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Daşkəsən, Samux, Göygöl, Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana sistemlərinə, Naftalan şəhər Mərkəzi Kitabxanasına, respublikanın bütün ali məktəb, bir sıra kollec, gimnaziya və orta məktəb kitabxanalarına da  hədiyyə olunmuşdur.

Yaxın vaxtlarda M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın təşəbbüsü ilə kitabın geniş müzakirəsinin keçirilməsi nəzərdə tutulub. 


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!