04 Fevral 2025 08:30
1964
Səhiyyə
A- A+
Bəşəriyyətin bəlası

Bəşəriyyətin bəlası


Bədənin, demək olar ki, hər bir orqanında anormal hüceyrələrin nəzarətsiz böyüməsi ilə başlayan xərçəng xəstəliyi tarixin ən qədim xəstəliklərindən hesab edilir. Araşdırmalara görə, xərçəngə dair ilk dəlil 1,7 milyon il əvvələ aid fosillərdə tapılıb.

Fərqli toxumalarına görə adlandırılan 200-dən çox xərçəng növü müəyyən edilsə də, onların rastgəlmə tezliyi insandan insana dəyişir. Statistikaya əsasən, hər il dünyada təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulur. Mütəxəssislər zamanında qarşısı alınmazsa, 2050-ci ilə qədər bu rəqəmin 35 milyona çatacağını proqnozlaşdırırlar.

Xərçəng haqqında məlumatlılığın artırılması, profilaktikası, aşkar edilməsi və müalicəsinin təbliği məqsədilə 2005-ci ildən başlayaraq, hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. 


Digər ölkələrlə müqayisədə Azərbaycanda xərçəng xəstəsi çox azdır


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin sözlərinə görə, toxumaların hüceyrəvi elementlərinin sürətlə çoxalması ilə xarakterizə olunan, orqanizmin tənzimləyici təsiri ilə məhdudlaşmayan patoloji proses olan xərçəng xəstəliyinin yaranma səbəbi hələ də tam məlum deyil: "Genetik meyil, tütün və spirt istifadəsi, radiasiya, kanserogen və kimyəvi maddələr, müxtəlif viruslar, pis qidalanma vərdişləri və hava çirkliliyi xərçəng xəstələrinin artmasına əsas verən ehtimallardır. Bu sadaladıqlarımızın hamısı bizdən asılı olmaya bilər. Lakin biz öz üzərimizə düşəni edib, gündəlik vərdişlərimizi dəyişdirə bilərik. Xüsusilə yuxu rejiminə, qida rasionuna və aktiv həyat tərzinə diqqət etməliyik. Ərzaq məhsullarından istifadə edərkən onların təbii, orqanik olmasına çalışmalıyıq. Hər bir insan gün ərzində 3 dəfə qidalanmalıdır. Son qida qəbulu isə axşam saat 7-dən gec olmamalıdır".

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayında artım müşahidə edildiyini deyən həkim-onkoloq bunun səbəbini demoqrafik göstəricilərlə izah edib: "Bu artım digər ölkələrlə müqayisə etdikdə ölkəmizdə çox azdır. Statistikaya əsasən, əhalimizin sayı 10 milyonu ötüb. Buna görə də yalnız onkoloji deyil, ümumiyyətlə, bütün xəstəliklərə yaxalananların sayının artması normal haldır. Bu gün 69425 nəfər onkoloji xəstə qeydiyyatdadır. Bu xəstələrdən 25235 nəfəri 5 il və yuxarı yaşayanlardır. Onların arasında xərçəng diaqnozu ilə 15 il, 25 il ömür sürənlər də az deyil". 


Xərçəng həyatın sonu deyil


Hər bir onkoloji xəstəliyin növündən asılı olaraq lokal simptomlarının olduğunu qeyd edən Azad Kərimli bildirib ki, xəstəliyin əlamətləri özünü büruzə verməmiş müayinələrdən keçmək lazımdır: "Kişilər arasında daha çox ağciyər traxeya və prostat vəzisinin, qadınlar arasında isə uşaqlıq boynu və süd vəzisinin xərçənginə rast gəlinir. Süd vəzisi xərçənginə vaxtında diaqnoz qoymaq üçün 35 yaşdan yuxarı qadınlar hər il mamoqrafiyadan keçməlidirlər. 40-45 yaşdan yuxarı kişilər isə hər il rentgen müayinəsindən keçməli, uroloqa müraciət etməli və qan testləri verməlidirlər Təəssüf ki, xəstələr, adətən, xəstəlik şiddətlənəndə və III-IV mərhələyə keçəndə ondan xəbər tuturlar".

Əhali arasında bu xəstəliklə bağlı ciddi qorxu və təşvişin olduğunu söyləyən həkim-onkoloq deyib ki, xərçəng də digər xəstəliklər kimi sağalmaq qabiliyyətinə malikdir: "Bu xəstəlik bir çox onkoloji xəstənin düşündüyü kimi, həyatın sonu deyil. Əgər xəstəlik erkən mərhələdə aşkar edilsə, düzgün diaqnoz qoyulsa və müvafiq müalicə taktikası seçilsə, bunun digər xəstəliklərdən, demək olar ki, fərqi yoxdur və o, tam sağalma qabiliyyətinə malikdir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə onkoloji xəstələrin müalicəsi ən müasir avadanlıqlarla aparılır". 

İnsanların maarifləndirilməsi və düzgün həyat tərzinin təbliği bir çox xəstəliklərdə olduğu kimi, xərçənglə mübarizədə də önəmlidir. Bunun üçün mütəxəssislərin tövsiyələrini dinləmək, vaxtlı-vaxtında müayinə olunmaq, xəstəliyə tutulduqda isə psixoloji sağlamlığı qorumaq lazımdır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!