Bərəkətə biganə yanaşmayın
Yaşadığımız dövr qarşılaşdığımız hər hadisəyə bizdən daha diqqətli olmağı tələb edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra respublikamız öz inkişaf yolu ilə gedir. Tikilən xəstəxanalar, olimpiya mərkəzləri, istirahət ocaqları, ümumiyyətlə, hər nə varsa insanların yaxşı və sağlam yaşamasına xidmət edir.
Artıq Sumqayıt da inkişaf dinamikasına görə təkcə ölkəmizdə deyil, Cənubi Qafqazın öndə gedən şəhərlərindəndir. Şəhəri bir neçə həftəliyə tərk edib qayıdanda çox şeyin yaxşılığa doğru dəyişdiyinin şahidi olursan.
Amma gözəlliklər içində çatışmazlıqlarla da üzləşirik. Azərbaycanlı ailələrdə çörəyə böyük önəm verilməsi, hətta ona and içilməsi hamıya yaxşı məlumdur. Son illər çörək zavodunun məmulatları öz keyfiyyəti ilə əvvəlki illərdəkindən fərqlənir. Mağazalarda təmizliyə, sanitariya qaydalarına riayət edilir. Bütün bunlar çox yaxşıdır.
Lakin bəzən içərinin bəzəyi çölün düzənini tamamlaya bilmir. Dəfələrlə müşahidə etdikdən sonra axırda sizə məktub yazmaq qərarına gəldim. Çörək maşını ilə gətirilən çörəyi (əvvəllər minik maşınlarında da gətirirdilər, artıq belə hallar aradan qaldırılıb) xüsusi taxta yeşiklərdə daşıyaraq mağazada işləyən adama təhvil verirlər. Cəmi bir neçə dəqiqə sonra həmin yeşikləri camaatın gediş-gəliş yerində cərgələndiyinin şahidi oluruq. Əvvəllər elə bilirdim ki, yəqin yadlarından çıxıb. Amma hər dəfə belə halla qarşılaşanda artıq buna biganəlik, bərəkətə etinasızlıq kimi baxırıq. Dəfələrlə sakinlər həmin taxta yeşikləri mağazadan çöldə, camaatın ayaqları altında görəndə əsəbiləşib başqa yerdən alış-veriş ediblər.
Məgər bu yeşiklərə daha çörək yığılmayacaq? Yığılacaqsa, niyə sanitar-gigiyena qaydalarına əməl olunmur? Axı ayaq altında qalanda onlara toz-torpaq, infeksiya daşıyıcıları, mikrob-bakteriyalar çökür.
Əziz çörəkçilər, gördüyünüz işi minnətdarlıqla sona çatdırsanız, pis olar?
Mehparə HACIƏHMƏDOVA,
Sumqayıt
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keniyada bəndin dağılması nəticəsində 42 nəfər həyatını itirib
29 Aprel
Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfrans...
29 Aprel
Geomaqnit sahəsinin qeyri-stabil olacağı gözlənilir
29 Aprel
ANAMA: Ötən həftə 1245 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
29 Aprel
DSX: Mina partlayışı nəticəsində xəsarət almış hərbçiyə zəruri tibbi yardım göstərilib ...
29 Aprel
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” – konfrans ...
29 Aprel
İstanbulun Taksim meydanında 1 May nümayişi keçirilməsi qadağan edilib
29 Aprel
Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri: Azərbaycanla birgə əməkdaşlıqda maraqlıyıq ...
29 Aprel
Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb...
29 Aprel
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!