29 Aprel 2024 15:49
204
DÜNYA
A- A+

Keniyada bəndin dağılması nəticəsində 42 nəfər həyatını itirib  

 

Keniyanın mərkəzində yerləşən Nakuru dairəsində bəndin dağılması nəticəsində ən azı 42 nəfər həlak olub.

AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, bu barədə dairənin qubernatoru Suzan Kixika məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində itkin düşənlər var. Yerli hakimiyyət orqanları bəndin dağılmasına iki aydır davam edən güclü yağışların səbəb olduğunu güman edirlər.

Leysan yağışları nəticəsində baş verən daşqın və torpaq sürüşmələri indiyədək Keniyada 118 nəfərin həyatına son qoyub. Bir çox avtomobil yolları su altında qalıb, 130 mindən çox insan evini tərk etməyə məcbur olub.

Mart ayından bəri yağan aramsız yağışlar Şərqi Afrikanın digər ölkələrinə də zərər vurub. Belə ki, qonşu Tanzaniyada daşqın və torpaq sürüşmələri nəticəsində 155 nəfər ölüb. Uqanda və Burundidə isə ciddi dağıntılar qeydə alınıb. Sinoptiklər qitənin şərqində davam edən güclü yağışların “El Ninyo” iqlim fenomeni ilə bağlı olduğunu hesab edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video