İstanbulun Taksim meydanında 1 May nümayişi keçirilməsi qadağan edilib
Türkiyənin hakimiyyət orqanları İstanbulun mərkəzindəki Taksim meydanında 1 May nümayişinin keçirilməsini qadağan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya jurnalistlərə deyib.
“Bu günədək “Əmək və Həmrəylik Günü” münasibətilə ölkənin 55 vilayətində 103 tədbirin keçirilməsi üzrə müraciətlərin hamısı təmin edilib. 2023-cü ildə 17,5 milyon turisti qəbul edəcək İstanbul şəhəri istisnadır. O, ölkəmizin təhsil, mədəniyyət, incəsənət, ticarət və sənaye mərkəzidir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, bəzi terror təşkilatları son bir həftə ərzində sosial şəbəkələrdə tərəfdarlarını Taksimdəki nümayişdə iştirak etməyə çağırıb.
Əli Yerlikaya, eyni zamanda bildirib ki, mayın 1-də Taksimdə tədbirlər keçirmək üçün müraciət edən həmkarlar ittifaqı nümayəndələri orada Türkiyə Cümhuriyyətinin şərəfinə ucaldılmış abidənin önünə gül dəstələri qoya və bəyanatla çıxış edə bilərlər. Lakin meydanda və onun yaxınlığında digər tədbirlərin keçirilməsi qadağan olunub.
İstanbulda “Əmək və Həmrəylik Günü” ilə bağlı tədbirlər üçün 40 yer ayrıldığını qeyd edən nazir şəhərdə təhlükəsizliyin təmin olunmasına 42 mindən çox polis əməkdaşının cəlb edildiyini deyib.
Xatırladaq ki, İstanbulun Taksim meydanında ilk kütləvi 1 May yürüşü 1976-cı ildə həmkarlar ittifaqları tərəfindən təşkil edilmişdi. Bir il sonra orada keçirilən tədbir zamanı baş verən toqquşmalar nəticəsində 40-a yaxın insan həlak olmuş, 200-dən çox insan yaralanmışdı. Son illər Taksimdə 1 May nümayişlərinin keçirilməsinə icazə verilmir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Biznesin müflisləşməsi” üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair yeni tə...
15 May
Parisdə “COP29 - BEA enerji keçidi yüksək səviyyəli dialoq” mövzusunda konfrans keçirilib ...
15 May
Azərbaycanla Belarus arasında dövlət satınalmaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzaki...
15 May
Türkiyə Prezidenti Ankarada səfərdə olan Ukrayna Ali Radasının sədrini qəbul edib
15 May
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib ...
15 May
Prezident Ərdoğan: Mənfi təsirlərə baxmayaraq ötən il Türkiyə ixracatı rekord qırıb
15 May
Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi ekvivalenti sistemi ilə bağlı ilkin razılıq əldə o...
15 May
Bolqarıstan mətbuatı: İşğal nəticəsində Azərbaycana 50 milyard dollardan çox ziyan vurulub ...
15 May
COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü iqlim dəyişmələri problemlərinin həllində si...
15 May
UNICEF-lə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
15 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!