09 Oktyabr 2012 01:10
515
Səfərlər
A- A+
Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanışlıq

Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanışlıq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, parkda tikinti işlərinə bu ilin martında başlanılmış, iyunda başa çatdırılmışdır. Ən yüksək standartlar səviyyəsində salınan parkın ərazisi iki hektardır. Parkda tikilmiş yay konsert səhnəsində açıq havada rayon əhəmiyyətli müxtəlif tədbirlər və mədəni proqramlar təşkil olunacaqdır.

Parkın ərazisindəki uşaq incəsənət məktəbinin fasadı yenidən qurulmuş, binanın qarşısında tanınmış musiqiçilərin heykəlləri qoyulmuşdur.

Prezident İlham Əliyev parkda yeni ucaldılmış dövlət bayrağına baxdı. Bayraq dirəyinin hündürlüyü 85 metrdir. Bu da dövlət bayrağının şəhərin hər yerindən görünməsinə şərait yaradır.

Ən müasir işıqlandırma sisteminin quraşdırıldığı parkda yeni fəvvarə inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmış, dekorativ ağac və bəzək kolları əkilmişdir. Burada bulaq kompleksləri yaradılmışdır. Parkda quraşdırılmış böyük monitorda kütləvi-mədəni tədbirlər zamanı müxtəlif videogörüntüləri izləmək mümkün olacaqdır.

Mərkəzi istirahət parkının ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, rəsm qalereyasının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və şəhər bələdiyyəsinin binalarının fasadlarında yenidənqurma işləri aparılmışdır. Parkda istirahət guşələri yaradılmış, 40-dan çox müasir oturacaq qoyulmuşdur.

Dövlət başçısına məlumat verildi ki, ətrafdakı binalarda əsaslı təmir işləri aparılmışdır. Parkın ətrafı milli memarlıq üslubunda tikilmiş 800 metr uzunluğunda hasarla əhatələnmişdir. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılmışdır.

Prezident İlham Əliyev burada yeni salınacaq Heydər Əliyev parkının layihə sənədləri ilə bağlı stendlərə baxdı.

Bildirildi ki, yaxın vaxtlarda şəhərin Heydər Əliyev prospektində, Tərtər çayının sahilində tikiləcək park 16 hektar ərazini əhatə edəcəkdir. Burada ulu öndər Heydər Əliyevin büstü qoyulacaqdır. Yeni parkda müasir fəvvarələr, əyləncə meydançaları yaradılacaq, yay konsert zalı və müxtəlif iaşə obyektləri tikiləcəkdir. Parkda istirahət üçün yüksək şərait yaradılacaqdır.

Sonra dövlət başçısına 24 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun göstəriciləri barədə məlumat verildi.

Vurğulandı ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq indi rayonda əsas diqqət kənd yollarının abadlaşdırılmasına yönəldilmişdir. Azərbaycan Prezidentinin 2011-ci il 18 iyul tarixli sərəncamı ilə bu yolun tikintisinə ötən ilin dövlət büdcəsində kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılmışdır. Yolun tikintisinə ötən ilin sentyabrında başlanılmış və müasir tələblərə uyğun olaraq başa çatdırılmışdır. Avtomobil yolunun ümumi uzunluğu 22 kilometr, eni çiyin hissələri ilə birlikdə 10 metrdir. Bu yolun istifadəyə verilməsi ilə Alpout və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi üç dəfə qısalmışdır.

Azərbaycan Prezidentinə yeni istifadəyə verilmiş "Qarabağ" Aqrar Sənaye Kompleksinin Bərdə ət emalı fabriki və soyuducu anbar kompleksi barədə də məlumat verildi.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq rayonun Mehdili kəndi ərazisində tərkibində illik istehsal gücü 5,4 min ton olan ət emalı fabriki və 5 min tonluq soyuducu anbar olan aqrar sənaye kompleksinin ümumi dəyəri 6,5 milyon manatdır. Bu layihəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4,5 milyon manat güzəştli kredit verilmişdir. Fabrikdə ilkin olaraq Bərdə və ətraf rayonlardan mal-qaranın alınması, sanitar-gigiyenik normalara əməl edilməklə kəsilməsi, doğranması və 10 çeşiddə qablaşdırılaraq istehlakçılara təqdim edilməsi mümkün olacaqdır. Soyuducu anbar kompleksi müəssisənin öz məhsulları ilə yanaşı, Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların istehsal etdikləri meyvə-tərəvəz, ət və süd məhsullarının uzun müddət itkisiz saxlanmasına imkan yaradacaqdır. Ət emalı fabrikinin xammal bazasının yaradılması məqsədi ilə 3 min başlıq ətlik və südlük istiqamətli heyvandarlıq komplekslərinin tikinti işlərinə başlanılmışdır. Bu layihələrin maliyyələşdirilməsinə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 milyon manatadək güzəştli kredit ayrılmışdır. Layihələrin icrası nəticəsində 250 nəfər işlə təmin olunmuşdur.

Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!