11 Mart 2022 01:36
1497
Mədəniyyət
A- A+
Bədii əsər, təbii oyun və peşəkarların səhnəsi

Bədii əsər, təbii oyun və peşəkarların səhnəsi

 

Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi “köhnə” tamaşalara yeni həyat bəxş edir

 

Mədəniyyət və incəsənət tariximizi vərəqləsək, aydın olar ki, XIX əsrin sonu, iyirminci yüzilliyin əvvəllərində teatrın ən çox fəaliyyət göstərdiyi mərkəzlərdən biri Şuşa idi. 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişidirilib: Şuşa Dövlət Musiqili Dram Teatrı olub və ona dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb.

Təəssüf ki, teatr 1949-cu ilin əvvəllərində müəyyən səbəblərdən fəaliyyətini dayandırmağa məcbur olub. Lakin şuşalı həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında səhnə fəaliyyətlərini davam etdiriblər.

Hələ 1848-ci ildə Şuşada iki böyük tamaşa: mərkəzi-teatr və sirk mövcud idi.

Azərbaycan səhnə sənətinə Yusif bəy Məlikhaqnəzərov, Ə.Haqverdiyev, Z.Hacıbəyov, S.S.Axundov, Ü.Hacıbəyov, F.Köçərli, B.Bədəlbəyov, S.Vəlibəyov, Cabbar Qaryağdıoğlu, Haşım bəy Vəzirov kimi dramaturq, bəstəkar, aktyor və təşkilatçılar bəxş etmiş Şuşa teatrı diqqəti daim cəlb edib.

1871-ci ildə Şuşadakı köhnə klub binası yenidən təmir edilərək istifadəyə verilib və burada yerli həvəskarlar tamaşalar göstərməyə başlayıblar.

Xatirələrə əsasən demək olar ki, 1890-cı il aprel ayının 22-də Şuşa Realnı Məktəbində keçirilmiş musiqi səhərciyi güclü təsirə malik olub.

1891-ci ildə Şuşada bəyzadə İ.Xandəmirov yeni teatr binası inşa etdirib. 1880-1900-cü illər arasında Şuşada yerli ziyalıların, xaricdə təhsil alan tələbələrin, müəllim və şagirdlərin iştirakı ilə M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli-şah”, “Lənkəran xanının vəziri”, “Xırs quldurbasan”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, N.Vəzirovun “Daldan atılan daş topuğa dəyər”, “Ev tərbiyəsinin bir şəkli”, R.Əfəndiyevin “Saqqalın kəraməti”, H.Vəzirovun “Qocalıqda yorğalıq” və s. əsərlər tamaşaya qoyulub.

Şuşada ilk dəfə opera səpkisində “Məcnun Leylinin qəbri üstündə” səhnəciyi göstərilib. Cabbar Qaryağdıoğlu Məcnun rolunu oynayıb, gələcəyin dahi bəstəkarı Üzeyir bəy Hacıbəyli isə bu tamaşada xorda oxuyub.

1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin - “Hacı Qara”, “Müsyo Jordan və Dərviş Məstəli şah”, “Xırs quldurbasan” tamaşalarında oynayan Şuşanın gənc müəllimlərindən ibarət həvəskar artistləri Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” pyesinin tamaşasını göstərib, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə veriblər.

“Dağılan tifaq” faciəsinin Şuşadakı ilk tamaşasının ilk iştirakçılarından biri olan bəstəkar Zülfüqar Hacıbəyov danışırmış ki, Ə.Haqverdiyevə Şuşada “Şəbehkərdan” adı qoymuşdular. İlk Şərq konserti də Şuşada Ə.Haqverdiyevin rəhbərliyi ilə 1896-cı ilin yayında təşkil olunub.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov mətbuata açıqlamasında bildirir ki, Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 may 1990-cı il tarixli qərarı ilə Mədəniyyət Nazirliyi tərəfindən bərpa edilib. 1992-ci il mayın 8-də Şuşanın Ermənistan tərəfindən işğalı ilə əlaqədar teatr Bakıya köçməyə məcbur olub. Kollektiv 1992-2005-ci illər ərzində Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb. Sonralar paytaxtdakı “Savalan” kinoteatrının binasına köçürülüb. Bakıda ilk tamaşası 13 fevral 1993-cü ildə keçirilib ki, bu da Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” musiqili əsəri olub.

Yarandığı ilk gündən teatr öz repertuarını dünya dramaturgiyasının ən yaxşı nümunələri ilə yanaşı, klassik və müasir Azərbaycan ədəbiyyatı ilə də zənginləşdirib. Burada hazırlanan bir çox maraqlı tamaşa ilə kollektiv teatrsevərlərin dərin rəğbətini qazanıb. Əvvəllər “Mono tamaşalar”, “Eksperimental tamaşalar”, “Milli klassika və teatr”, 2000-ci ildə “Festivallar festivalı” respublika teatr festivallarının iştirakçısı olub, 2002-ci ildə Üzeyir bəy Hacıbəylinin “Əyri oturaq, düz danışaq” tamaşasına görə “Qızıl dərviş” mükafatına layiq görülüb.

2021-ci ilin oktyabr ayının 9-da özünün 148-ci teatr mövsümünə start verən bu sənət ocağı uşaqlar üçün həmin gün X.Əlibəylinin “Dovşanın ad günü” tamaşasının premyerası, A.Məmmədovun “Dəli Domrul” ilə sevimli tamaşaçıların görüşünə gəlib. Həmçinin M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, C.Məmmədquluzadənin “Anamın kitabı” da növbəti dəfə tamaşaçıların dərin rəğbətini qazanıb. Göstərilən tamaşaların sırasında C.Cabbarlının “Solğun çiçəklər”, A.Şaiqin “Danışan gəlincik”, Ağəddin Babayevin “Nağıllar aləmində”, Şərq nağılları əsasında hazırlanmış “Əlibaba və qırx quldur” da olub.

Teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov bildirir ki, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş, Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” ədəbi-bədii kompozisiyasını bərpadan sonra yeni repertuarına əlavə edən kollektiv eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmkarlığı, Azərbaycan Ordusunun rəşadəti, “Dəmir yumruğ”u sayəsində əldə olunan şanlı qələbəmizin birinci ildönümü ilə əlaqədar “Qarabağ - Azərbaycandır!” adlı konsert proqramı ilə də tamaşaçı görüşünə gəlib.

Teatrın kollektivi “Şuşa ili”ndə daha böyük uğurlara imza atılacağına böyük ümidlər bəsləyir. Əlbəttə, taleyinə məcburi köçkünlük yazılan teatrların sırasında bu kollektivin də bəxtinə düşən çətinliklər, problemlər az olmayıb. Sənət aşiqlərinin toplaşdığı teatrın özünün yaşadıqları da sanki bir “tamaşadır”.

Şuşaya dönəcəyi günü səbirsizliklə gözləyən bu kollektiv doğma yurdlarının azadlığa qovuşmasının sevincini bölüşməkdədir. Onların da Şuşanın əvvəlki növrağına qovuşacağına az qalıb...

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!