27 May 2023 14:08
392
Təhsil
A- A+

BDU əməkdaşı Avropa Birliyinin qrant müsabiqəsinin qalibi olub

 

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşı Günel Əliyeva “ITCs Conference Grant” (“Inclusive Target Countries”) qrant müsabiqəsinin qalibi olub.

Günel Əliyeva İtaliyanın Roma şəhərində Milli Nüvə Fizikası İnstitutunda ənənəvi təşkil olunan “Nanoscience&Nanotechnology 2023” konfransında iştirak edəcək.

Günel Əliyeva konfransda “Qeyri-kovalent qarşılıqlı təsirlərə əsaslanan Şiff əsasları ilə qrafen oksid nanolaylarının səthi funksionallaşdırılması” (“Surface functionalization of graphene oxide nanolayers with Schiff bases based on non-covalent interactions”) adlı məruzə edəcək.

Məruzəyə təqdim edilən tədqiqat işində qrafen oksidin sintezi və müasir fiziki-kimyəvi tədqiqat üsulları vasitəsilə tədqiqindən bəhs olunur.

Müsabiqə Avropa Birliyi tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology (COST)) proqramının “Məsaməli yarımkeçiricilər və oksidlər üzrə tədqiqat, innovasiya və məhsul inkişafı şəbəkəsi (NETPORE)” (Action CA20026) adlı layihəsi çərçivəsində həyata keçirilir.

 

İ.ƏLİYEVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video