17 Aprel 2021 00:25
11929
Mədəniyyət
A- A+
Bayat qalası

Bayat qalası

 

Qalalar məskəni kimi adı tarixə düşən Qarabağ.  Bilinmir həm yaşın sənin, həm də nələr çəkib başın sənin...

Qarabağ xanlığının ilk paytaxtı olan Bayat. Bünövrən 1748-ci il yanvar ayının 2-də Pənahəli xan Cavanşir tərəfindən qoyulub, həmin il noyabr ayının 22-də başa çatdırılıb...

 Qısa müddət ərzində sürətlə inşa edilən qalanın ətrafına bişmiş kərpicdən möhkəm hasar çəkilmiş, dörd tərəfdən xəndəklə əhatə olunmuş, məscid, hamam, divanxana, imarətlər tikilmişdi. Xan ailəsini, qohum-əqrabasını, yaxın adamlarını, el ağsaqqallarını, sayılıb-seçilənləri bura  toplamış, ətraf vilayətlərdən, xüsusilə də Təbriz və Ərdəbildən sənətkarları öz ailələri ilə birlikdə gətirib, qalada məskunlaşdırmışdı.

Bayat Pənahəli xan Cavanşir üçün bir istehkama çevrilmiş, həm sığınacaq, həm səngər, həm qərargah, həm də qala olmuşdu. 1748-ci ilin yazında Şəki hakimi Hacı Çələbi xan Car-Balakəndən, Şirvandan, Dərbənddən güclü qoşun yığaraq hələ tikintisi tam başa çatdırılmamış Bayat qalası üzərinə hücum edib. Birləşmiş qoşunların qarşısında tab gətirə bilməyən Pənahəli xan Cavanşir qalanı tərk etməyə məcbur olub. Çox çəkmədən xan əlavə qüvvə toplayıb, paytaxtını geri alıb. Məşhur Bayat döyüşü də həmin vaxt baş verib.

 Bayatın necə salınması, el-oba məskəninə çevrilməsi də maraqlıdır. Tarixi mənbələr göstərir ki, Qarabağın bu qədim qalasında əvvəllər yaşayış köçəri xarakteri daşıyıb. Sonradan kənd formasına düşüb, camaat isə əkinçiliklə məşğul olub.

Ulu Qarabağın tarixini araşdıranların verdiyi məlumatlara əsasən, bəylərbəyliyin tərkibində Bayat adlı nahiyyə, mərkəzi isə Bayat kəndi olub. On səkkizinci yüzillikdə Bayatda 8 dəyirman işləyib. Kəndin əhalisi arpa, buğda, darı və çəltik əkirmiş.  Burada ipəkçilik də geniş inkişaf etmişdi.

1723-cü ildə Osmanlı ordusunun Qarabağa yürüşü zamanı kənd camaatı Arazı keçib Güney Azərbaycana gedir. Osmanlıların hakimiyyəti zamanı kənddə dövlətə vergi ödəyən 30 ailə qalıb. Osmanlıları Qarabağdan çıxarmış Nadir şah Qırxlı-Avşar Bayat kəndinin əhalisini geri qaytarıb. Həmin illərdə Bayat kəndinin yiyəsi Məhəmmədxan sultan olub.

XVIII yüzilliyin birinci yarısında dövran sürmüş Pənahəli bəy Bayat kəndinin torpaq və rəiyyətlərinin yiyəsi idi. Pənahəli xan Sarıcalı-Cavanşir xanlığını quranda Bayat kəndini adaşından pulla satın alaraq burada qala tikmək fikrinə düşüb.

Xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: “Məşvərətdən sonra indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilib”.

Bayat kəndi Qarabağ xanlığının ilk paytaxtıdır. Pənahəli xan Bayat qalasına sığınıb daxili və xarici yağılara qarşı vuruşmuşdu. Aran Qarabağdakı bu istehkam strateji cəhətdən o qədər də əlverişli və etibarlı yerdə deyildi. Ona görə də Pənahəli xan Cavanşir hündür və əlçatmaz bir ərazidə başqa  qalanın tikintisinə başlayıb və 1748-ci ilin sonlarında Şahbulaq qalasını sürətlə inşa edərək paytaxtını Bayatdan ora köçürüb...

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!