Bank kreditlərinin faizlərində də güzəştlər olsun
Dövlət başçısı sadə adamların maraqlarını müdafiə edəndə insanlarda dövlətə inam daha da güclənir. Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin çıxışı hamının ürəyindən xəbər verdi. İlbəil artan uğurlarla yanaşı, dövlət başçısı nöqsanlardan, həlli vacib problemlərdən danışdı, konkret tövsiyə və tapşırıqlar verdi.
Dövlət başçısının banklar haqqında dediyi sözlər də ürəyimizdən xəbər verdi. Azərbaycanın dövlət büdcəsindən banklara güzəştli şərtlərlə vəsait ayrılır ki, onlar bunu sahibkarlara versinlər.
Doğrudur, banklar kreditlər verir. Ancaq elə şərtlər qoyulur ki, yerlərdə əhalinin narazılığına, narahatlığına səbəb olur. Kredit alanlar istər-istəməz banklardan asılı vəziyyətə düşürlər. İmtiyazlı ailələr bu gərginliyi daha çox hiss edir. Dövlət başçısı əlillərə, şəhid ailələrinə hər cür qayğı və kömək göstərir. Onlara mənzil, torpaq sahəsi, maşın verilir. Mən də Milli Qəhrəmanın atası kimi bu qayğı və diqqətdən heç vaxt kənarda qalmamışam. Lakin bu cür qayğı və köməyi bankların kredit siyasətində hiss etmirəm.
Torpaqla, təsərrüfatla bağlı adamam. İstəyirəm ki, fermer təsərrüfatı yaradım. Müəyyən vəsaitin alınması üçün banklara müraciət edəndə elə şərtlər irəli sürürlər ki, mən də bunların öhdəsindən gələ bilmirəm. Yaxşı olar ki, müharibə əlilləri, şəhid ailələri, habelə digər imtiyazlı qruplara fermer təsərrüfatlarının yaradılması üçün ayrılan vəsaitin faizləri yenidən nəzərdən keçirilsin, müəyyən güzəştlər tətbiq edilsin. Kredit götürən bankın girovuna çevrilməsin, rahat işləyib, borcunu ödəyə bilsin. Əslind, biznesin sərt tələbləri qarşısında müəyyən güzəştlərin mövcud olması normaldır. İnanırıq ki, banklar dövlət başçısının haqlı tənqidindən nəticə çıxarıb müştərilərini sevindirəcəklər.
Xaləddin HAQVERDİYEV,
Samux rayonu,
Əhmədbəyli kəndi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar
29 Aprel
“Azərişıq” ASC-nin sədri Qazaxda vətəndaşlarla görüşüb
29 Aprel
Heydər Əliyev Fondu və Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında gələcək əm...
29 Aprel
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu
29 Aprel
Geomaqnit sahəsi qeyri-stabil olacaq
29 Aprel
“Google Play Market”də yeni funksiya istifadəyə verilir
29 Aprel
Çağrı mərkəzlərində süni zəka dövrü başlayır
29 Aprel
Jerar Depardye Parisdə saxlanılıb
29 Aprel
Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib
29 Aprel
Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilm...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!