28 Avqust 2022 00:58
1946
Elm və texnika
A- A+
Balıq kürüsü süfrələrdə

Balıq kürüsü süfrələrdə

 

Balıq kürüsü uzun illər boyu bahalı, insanların süfrələrindən əskik olmayan bir qida olub. Kürü əsasən dişi nərə balığının kürüsündən hazırlanır. Nərə balıqlarına isə adətən Xəzər və Qara dənizdə, Sakit Okeanın Şimal-Qərb və Şimali Atlantik okeanının bəzi hissələrində rast gəlinir. Amerika və Avropanın böyük göllərində və çaylarında da yayılıb. Nərə duzlu su hövzələrində yaşayan balıq olmasına baxmayaraq, kürüsünü şirin sularda tökür. 
Kürü haqqında ilk məlumatlar yunan alimi Aristotelə aiddir. Eramızdan əvvəl IV əsrdə Aristotel qeydlərində bu ləzzətli qidanı çiçəklər arasında ziyafətlərdə təqdim olunan nərə balığının yumurtaları kimi təsvir edib. 
Orta əsrlərdəki ingilis kralları nərə balıqlarını öz istehlakları üçün qoruyub saxlamağa çalışıblar, hətta onları "kral balığı" kimi adlandıraraq yalnız özlərinə məxsus olduğunu sübut etmək istəyiblər. Ancaq ilk dəfə balıq kürüsünü hazırlayan və dadan farslar olublar. Onlar balıqların tökdüyü yumurtaları çaydan toplayıblar, daha sonra onun duzlanması ənənəsini çinlilərdən götürərək tətbiq ediblər. Çində sazan kürüsü məhz bu şəkildə hazırlanırmış. 
Amerikada isə balıq kürüsü bir zamanlar hər kəs tərəfindən əldə edilə bilən qida olub. Kürü hər yerdə satılıb və olduqca münasib qiymətə təqdim olunub. Burada kürü sənayesi Amerikaya köçmüş alman Henri Şaxt ilə yaranıb. O, ilk dəfə 1873-cü ildə nərə balıqlarının bol olduğu Nyu Cersi ştatında yerləşən Delaver çayında balıqları tutaraq kürü biznesinə başlayıb. H.Şaxt daha sonra Amerika kürüsünü Avropaya bir funt sterlinqə ixrac edərək dünyada ilk kürü istehsalı şirkətinin əsasını qoyub. XIX əsrə qədər ABŞ dünyadakı kürü istehsalının 90 faizini qarşılayıb. 
Əslində, həmin zamanlarda ABŞ-ın kürü istehsalında dominantlıq etməsinə Xəzər dənizində nərə balıqlarının sayının azalması və əsas kürü istehsal edən ölkələrdə - Rusiya və İranda siyasi qarışıqlıqlar səbəb olub. XX əsrdə isə Amerikada yerləşən su hövzələrində nərəkimilərin nəsli kəsilməkdə olduğu üçün ABŞ-ın kürü istehsalı üzərində hökmranlığı əhəmiyyətli dərəcədə azalmağa başlayıb. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!