20 İyun 2026 08:15
159
SİYASƏT
A- A+
"Balanslı xarici siyasət tərəfdaş ölkələrin Azərbaycana olan etimadını daha da artırıb"

"Balanslı xarici siyasət tərəfdaş ölkələrin Azərbaycana olan etimadını daha da artırıb"


Bu gün Azərbaycan yalnız iqtisadi və siyasi potensialı ilə deyil, həm də qlobal təşəbbüslərə verdiyi töhfə, etibarlı tərəfdaş və beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi tanınır. Ölkəmiz bu istiqamətdə əldə etdiyi mühüm nailiyyətləri ilə seçilir.  Mötəbər beynəlxalq tədbirlərin mərkəzinə çevrilən Azərbaycanda keçirilən konfranslar, forumlar bunu təsdiq edir.

2024-cü ildə Bakının BMT-nin ən böyük tədbiri olan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) qapılarını açması, bu il 57 mindən çox iştirakçının qatıldığı Ümumdünya Şəhərsalma Forumuna (WUF13) uğurlu evsahibliyi ölkəmizin təşkilatçılıq imkanlarının və qlobal etimadının göstəricisidir. Azərbaycanın bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və Qoşulmama Hərəkatına sədrliyi dövründə geniş beynəlxalq dəstək qazanması da qlobal miqyasda etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Təbii ki, bütün bunların əsasında Prezident İlham Əliyevin yürütdüyü siyasət dayanır.

İyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qrupun sədrinə və bütün heyətə Azərbaycanı bu tədbirə ev sahibi kimi seçdiklərinə görə minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, bu bizim üçün böyük şərəfdir və aramızda güclü əlaqələrin olmasını bir daha göstərir: "...Bildiyiniz kimi, Azərbaycan ikinci dəfədir ki, İllik Toplantıya evsahibliyi edir və bu, həmçinin sıx əlaqələrimizi, əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə göstərir. 2010-cu ili çox yaxşı xatırlayıram. O vaxt biz ilk dəfə toplantıya evsahibliyi edən ölkə idik. Həmin İllik Toplantı Qrup ilə tərəfdaşlığımıza, eləcə də iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanın həyata keçirdiyi islahatlara, enerji sektorundan asılılığı azaltmağa güclü təkan verdi. O vaxtdan etibarən Azərbaycanda və ətrafda çox dəyişikliklər baş verdi. Dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişafı oldu".

Milli Məclisin deputatı Müşfiq MƏMMƏDLİ qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına evsahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və qlobal əməkdaşlıq platforması kimi mövqeyinin növbəti təsdiqidir: "Son illər Azərbaycan yalnız regional deyil, həm də beynəlxalq miqyasda mühüm siyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi etibarlı məkan kimi tanınıb. Dövlətimizin ardıcıl və balanslı xarici siyasəti, təhlükəsizlik və sabitlik mühiti beynəlxalq təşkilatların və tərəfdaş ölkələrin Azərbaycana olan etimadını daha da artırıb".

Deputat qeyd edib ki, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının yenidən Bakıda keçirilməsi təsadüfi deyil və bu, Azərbaycanın islam dünyasındakı nüfuzunun artmasının, iqtisadi əməkdaşlığın inkişafına verdiyi töhfələrin və beynəlxalq maliyyə institutları ilə uğurlu tərəfdaşlığının göstəricisidir: "Eyni zamanda bu cür tədbirlər ölkəmizin investisiya potensialının, iqtisadi imkanlarının və inkişaf modelinin təqdimatı baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın mötəbər beynəlxalq forumlara və konfranslara uğurla evsahibliyi etməsi göstərir ki, ölkəmiz qlobal dialoq, əməkdaşlıq və tərəfdaşlıq üçün etibarlı platformaya çevrilib. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Braziliya Haiti millisini məğlub edib

08:57
20 İyun

Avropa Parlamenti qanunsuz miqrantlarla bağlı qaydaları sərtləşdirib

08:50
20 İyun

Bilmək istəyirəm

08:45
20 İyun

O, peşəkar musiqidə azsaylı zirvələrdəndir

08:40
20 İyun

Daşların harmoniyası: füsunkarlığı ilə hamını heyran edən musiqi məbədi

08:35
20 İyun

Mərakeş dünya çempionatında Şotlandiyanı məğlub edib

08:33
20 İyun

Qarabağın və Şərqi Zəngəzurun azad olunması və yenidən doğuşundan nə qədər danışılsa da, azdır

08:30
20 İyun

Bir ömrün sınağı

08:25
20 İyun

Azərbaycan irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən ölkədir

08:20
20 İyun

Dünya çempionatı: ABŞ millisi qalib gəlib

08:19
20 İyun

Azərbaycanın sabitlik nümunəsi  

08:18
20 İyun

"Balanslı xarici siyasət tərəfdaş ölkələrin Azərbaycana olan etimadını daha da artırıb"

08:15
20 İyun

Strateji sahəyə xüsusi diqqət

08:10
20 İyun

Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi genişləndirilir

08:05
20 İyun

Azərbaycanın dünyaya təqdim olunan inkişaf modeli

08:00
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:25
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında

01:24
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

01:24
20 İyun

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında

01:23
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun tətbiqi və "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:23
20 İyun

Azərbaycan Respublikası Prezidentinin "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:22
20 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!