20 İyun 2026 08:40
145
Mədəniyyət
A- A+
O, peşəkar musiqidə azsaylı zirvələrdəndir

O, peşəkar musiqidə azsaylı zirvələrdəndir


Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Cahangir Cahangirov musiqi tariximizi öz yaradıcılıq irsi ilə zənginləşdirmişdir. Bəstəkarın yaradıcılığı müxtəlif janr və formaları əhatə etmiş, yaradıcılıq üslubu və fərdi bəstəkarlıq xüsusiyyətləri hər bir əsərində öz əksini tapmışdır. 

Cahangir Cahangirov  dahi Üzeyir bəy Hacıbəylinin, eyni zamanda dünya klassik bəstəkarlarının ənənələrinə əsaslanan istedadlı bəstəkar, dirijor-xormeystr, ictimai xadim və pedaqoq olmuşdur. Yaradıcılığa 1940-cı illərdə qədəm qoyan bəstəkar bir-birinin ardınca gözəl əsərlər yaradaraq inkişaf etmişdir. O, bəstəkarlıq sahəsində ilk addımlarını mahnı və xor musiqisi ilə başlamış və bütün yaradıcılığı boyu məhz bu janra üstünlük vermişdir.

Cahangir Cahangirov 1921-ci ildə Balaxanıda anadan olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Mütəxəssislərin fikrinə görə, Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə birgə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.

Bəstəkarın yaradıcılığı  çoxşaxəliliyi ilə seçilir. 1945-ci ildə vətənpərvərlik yanğısı ilə Təbrizdə qurulmuş "Azərbaycan Milli Hökuməti" himninin musiqisini bəstələyən bəstəkarın bu sıradan xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.

1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradaraq bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür. 1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın sütunlu salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib. Böyük bəstəkar 1962-ci ildə Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.

Cahangir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində C.Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir bəy Hacıbəylinin sənət ənənələrini davam etdirib. Məlumdur ki, xanəndənin repertuarı muğam və təsniflərdən ibarət olur. Operanın qəhrəmanı özü xanəndə olsa da, müəllif ifaçılıq sənətinin materialı kimi muğamlardan sitat şəklində istifadə etməyi qarşısına məqsəd qoymayıb. Lakin onun operadakı musiqi materialı başdan-başa muğam boyaları ilə rövnəqlənib. 1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.

Cahangir Cahangirovun irihəcmli, mürəkkəb formalı görkəmli əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da var. Bu mahnılar asanlıqla ürəklərə yol tapır. Cahangir sənətinin başlıca məziyyəti müasirlik və dövrün tələbi ilə ayaqlaşmaqdır. Məhz bunun üçündür ki, bəstəkarın mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. bəstəkar mahnıları dillər əzbəridir. Bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan "ayrılaraq" xalq arasında geniş yayılıb. Bu mənada "Yenilməz batalyon" filmindən "Teymurun mahnısı"nı, "Koroğlu" filmindən "Xanəndə qızın mahnısı"nı, "Dəli Kür" filmindən "Ana Kür" və "Bayatılar" mahnılarını yada salmaq yerinə düşər. Bu mahnılarda lirik ifadə çox güclüdür. Onu da qeyd edək ki, Cahangir Cahangirov uzun müddət tanınmış şair Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışıb.

Şairlərdən söz düşmüşkən, Füzuli dühası, Füzuli lirikası Cahangir Cahangirovun yaradıcılıq təxəyyülünə çox yaxındır. O üzdən bəstəkar vaxtaşırı Füzuli şeiriyyatından ilhamlanaraq ürəyəyatımlı əsərlər bəstələyib. Bu baxımdan onun Füzulinin qəzəllərinə bəstələdiyi vokal miniatürləri, xüsusilə "Eşitməzdim" qəzəl-romansı həddindən artıq cəlbedicidir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə, bəstəkar 1950-ci ildə "Stalin" mükafatına, 1958-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, 1963-cü ildə Azərbaycan SSR Xalq artisti fəxri adlarına, iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülmüşdür. Haqqında "Bəstəkar Cahangir Cahangirov" adlı sənədli film çəkilmişdir.

Xalqımızın qəlbində əbədiyaşarlıq qazanan Cahangir Cahangirov 1992-ci ildə dünyasını dəyişmişdir. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Braziliya Haiti millisini məğlub edib

08:57
20 İyun

Avropa Parlamenti qanunsuz miqrantlarla bağlı qaydaları sərtləşdirib

08:50
20 İyun

Bilmək istəyirəm

08:45
20 İyun

O, peşəkar musiqidə azsaylı zirvələrdəndir

08:40
20 İyun

Daşların harmoniyası: füsunkarlığı ilə hamını heyran edən musiqi məbədi

08:35
20 İyun

Mərakeş dünya çempionatında Şotlandiyanı məğlub edib

08:33
20 İyun

Qarabağın və Şərqi Zəngəzurun azad olunması və yenidən doğuşundan nə qədər danışılsa da, azdır

08:30
20 İyun

Bir ömrün sınağı

08:25
20 İyun

Azərbaycan irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən ölkədir

08:20
20 İyun

Dünya çempionatı: ABŞ millisi qalib gəlib

08:19
20 İyun

Azərbaycanın sabitlik nümunəsi  

08:18
20 İyun

"Balanslı xarici siyasət tərəfdaş ölkələrin Azərbaycana olan etimadını daha da artırıb"

08:15
20 İyun

Strateji sahəyə xüsusi diqqət

08:10
20 İyun

Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi genişləndirilir

08:05
20 İyun

Azərbaycanın dünyaya təqdim olunan inkişaf modeli

08:00
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:25
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında

01:24
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

01:24
20 İyun

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında

01:23
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun tətbiqi və "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:23
20 İyun

Azərbaycan Respublikası Prezidentinin "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:22
20 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!