20 Yanvar 2012 12:01
349
CƏMİYYƏT
A- A+
Bakıda terror aktına hazırlıqda və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa olunaraq yaxalanmışdır

Bakıda terror aktına hazırlıqda və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa olunaraq yaxalanmışdır

 

Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni, terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa olunaraq yaxalanmışdır.

MTN-in ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki,  Azərbaycan Respublikasının vətəndaşları Əliyev Rasim Fərail oğlu, Hüseynov Əli Əlihəmzə oğlu, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əlisəfa oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni, terror aktı etməyə hazırlıq işləri aparmış və bu məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib ölkəmizə gətirmiş və digər hüquqazidd əməllər törətmişlər.

Müəyyən edilmişdir ki, İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşov Ərdəbil şəhərində yaşadığı mənzilində 2011-ci ilin avqust ayında qayını Rasim Əliyev ilə növbəti görüşü zamanı sonuncuya Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd törədilməsini sifariş etmiş və bu işin müqabilində Rasim Əliyevə 150 min ABŞ dolları məbləğində pul verəcəyini vəd etmişdir.

Rasim Əliyev bu təkliflə razılaşdıqdan sonra Balaqardaş Dadaşov ona sui-qəsd ediləcək şəxslərin fotoşəkillərini, habelə onların Bakı şəhərində işlədikləri və yaşadıqları ərazinin plan-sxemini və idarə etdikləri avtomaşınların fotoşəklini təqdim etmişdir. Balaqardaş Dadaşov terror aktının həyata kecirilməsi məqsədilə müəyyən hazırlıq işlərinin aparılması üçün Rasim Əliyevə ayrı-ayrı vaxtlarda ümumilikdə 9 min 300 ABŞ dolları məbləğində pul vermişdir.

Rasim Əliyev tapşırığı yerinə yetirmək üçün odlu silahdan istifadə etmək bacarığına malik olan tanışı Əli Hüseynov ilə cinayət əlaqəsinə girərək, Balaqardaş Dadaşovun sifarişi barədə onu ətraflı məlumatlandırmış və bu sui-qəsdi icra edəcəyi təqdirdə alacağı pulun yarısını Əli Hüseynova verəcəyini vəd etmişdir. Əli Hüseynov bu təkliflə razılaşdıqdan sonra, qətllərin icrası ilə bağlı hazırlıq işlərinin görülməsi, o cümlədən avtomaşının alınması və digər məsələlərin həlli üçün Rasim Əliyev ona ayrı-ayrı vaxtlarda ümumilikdə təxminən 7 min ABŞ dolları məbləğində pul vermişdir. Rasim Əliyev Əli Hüseynova sui-qəsd edəcəkləri şəxslərin, onların işlədikləri yerlərin və idarə etdikləri avtomaşınların fotoşəkillərini, yaşadıqları ünvanların plan-sxemini də təqdim etmişdir. Əli Hüseynov terror aktını icra etmək məqsədilə Rasim Əliyevdən aldığı pulun bir hissəsini "BMW" markalı işlənmiş avtomaşının əldə edilməsinə və təmirinə, cinayətin törədilməsində istifadə ediləcək digər əşyaların alınmasına xərcləmişdir.

Əli Hüseynov həyatlarına sui-qəsd edəcəyi şəxslərin işlədikləri əraziyə bir neçə dəfə gəlmiş, kənardan gizli müşahidələr aparmış, burada çoxlu sayda təhlükəsizlik kameralarının quraşdırıldığına və terror aktının törədilməsinin yaxın məsafədən mümkünsüzlüyünə əmin olduqdan sonra cinayəti yalnız uzaqdan snayper tüfəngi ilə icra etmək qənaətinə gəlmişdir. Eyni zamanda, Əli Hüseynov terror aktının icrasını həmin ərazidə həyata keçirə bilməyəcəyi təqdirdə xarici ölkə vətəndaşlarını yaşadıqları evin yaxınlığında tapança ilə qətlə yetirməsinin mümkünlüyünü planlaşdırmışdır. Əli Hüseynov müşahidələrinin nəticəsi barədə Rasim Əliyevi məlumatlandırmış, ona səsboğucuları ilə birlikdə Rusiya istehsalı olan snayper tüfənginin və "PM" tipli tapançanın əldə edilməsinin vacibliyini bildirmişdir. Rasim Əliyev İrana gedərək Əli Hüseynovun təkliflərini Balaqardaş Dadaşova çatdırmış və sonuncu lazım olan silahların Azərbaycan Respublikasına gətirilməsinin təmin ediləcəyinə söz vermişdir.

Bir müddətdən sonra Rasim Əliyev Balaqardaş Dadaşov ilə yenidən görüşmək üçün Ərdəbil şəhərinə getmiş və sonuncunun yaşadığı mənzildə tapşırığın icrası ilə əlaqədar Əli Hüseynovla birgə topladıqları məlumatları ona çatdırmışdır. Balaqardaş Dadaşov sifariş verilmiş silahların Biləsuvar rayonu ərazisində əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyini demiş və onların oradan götürülməsini Rasim Əliyevə tapşırmışdır. Lakin Rasim Əliyev odlu silahların tapşırılan yerdən götürülməsinin təhlükəli olduğunu bildirmiş və Əli Hüseynovla birlikdə silahların qoyulması üçün özlərinin təklif etdikləri ərazinin videoçəkilişini apardıqları yaddaş kartını Balaqardaş Dadaşova vermişdir. Balaqardaş Dadaşov həmin yaddaş kartını götürmüş və bu təklif barədə İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb məsləhətləşdikdən sonra nəticəsini Rasim Əliyevə bildirəcəyini demişdir. Balaqardaş Dadaşov lazım olan şəxslərlə məsləhətləşdiyini və təklifin qəbul olunmadığını, sifariş edilən silahların Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyini bildirmişdir.

Balaqardaş Dadaşov 2011-ci ilin oktyabr ayında "SVD" tipli 1 snayper tüfəngi, həmin silaha məxsus 2 səsboğucu və 2 dolu daraq, 1 optik nişangah, 3 "PM" tipli tapança, həmin silaha məxsus 3 səsboğucu və 3 daraq, üzərində "Charge Demolition M-112" yazıları olan "C4" kompozisiyalı  800 qramlıq 16 plastik partladıcı maddə, 10 elektrodetonator, 117 ədəd 7,62 mm və 112 ədəd 9 mm çaplı patron yığılmış iki bağlamanı gizli yolla İrandan Azərbaycana gətirilməsini və Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədilməsini təşkil etmişdir.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa catdıra bilməyərək yaxalanmışlar. Qrupun üzvləri tərəfindən əvvəlcədən razılaşdırılaraq müəyyənləşdirilmiş Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarındakı gizli yerdə aşkarlanmış bağlamalardan qeyd olunan odlu silahlar, onların komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular aşkarlanaraq götürülmüşdür.

Hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qaçaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin istintaqı aparılır. Rasim Əliyev və Əli Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə bütün halların araşdırılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!