14 İyun 2014 12:06
613
Səhiyyə
A- A+
Bakıda radiasion onkologiyanın müasir vəziyyətinə dair beynəlxalq konfrans keçirilir

Bakıda radiasion onkologiyanın müasir vəziyyətinə dair beynəlxalq konfrans keçirilir

 

İyunun 13-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində "Radiasion onkologiyanın müasir vəziyyəti və  perspektivləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransın işində Azərbaycan həkimləri ilə yanaşı, ABŞ, Türkiyə, Belçika, Macarıstan və  bir çox ölkələrin onkologiya üzrə tanınmış mütəxəssisləri də iştirak edirlər.

Qonaqları salamlayan Milli Onkologiya Mərkəzinin direktoru akademik Cəmil Əliyev konfransda radiasion onkologiyanın müasir vəziyyətinə və  perspektivlərinə, eləcə də  xərçəngin müalicəsində tətbiq edilən müasir metodlara dair məruzələrin dinləniləcəyini və təcrübə mübadiləsi aparılacağını bildirmişdir. Qeyd edilmişdir ki, radiasion onkologiyanın son illərdə inkişafının əsas səbəblərindən biri texniki vasitələrin təkmilləşdirilməsi, şüa müalicəsi aparan yeni aparatların yaradılmasıdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda səhiyyənin digər sahələri kimi, onkologiya da sürətlə inkişaf edir. Ölkəmizdə onkoloji xəstəliklərin sayı getdikcə azalır. Son illərdə ölkəmizdə 500-dən artıq  səhiyyə ocağı bərpa olunmuş, yenidən tikilmiş, ən müasir avadanlıqla təchiz edilmişdir. Milli Onkologiya Mərkəzinin yeni cərrahiyyə korpusunda xəstələrə yüksək tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycanda  bədxassəli şişlərdən əziyyət çəkən vətəndaşların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardım almaları üçün tam hüquqi zəmin yaradılmışdır.

Akademik Cəmil Əliyev konfransın işinə uğurlar arzulamışdır.

Sonra konfrans Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsinin müdiri professor İsa İsayevin sədrliyi ilə davam etmişdir. İsa İsayev Azərbaycan Milli Onkologiya Mərkəzinin öz təchizatına görə Avropanın qabaqcıl klinikalarından geri qalmadığını və bu inkişafın akademik Cəmil Əliyevin əməyi sayəsində mümkün olduğunu diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, hazırda Milli Onkologiya Mərkəzində bədxassəli şişlərdə müasir radioterapiyanın aparılması üçün bütün şərait vardır. Eyni zamanda, Naxçıvanda və Gəncədə də şüa müalicəsi aparatları mövcuddur.

Tədbirdə Azərbaycan Milli Onkologiya Mərkəzinin dünyanın qabaqcıl onkoloji mərkəzləri ilə əməkdaşlıq əlaqələrindən də danışılmışdır.

Konfransda N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin professoru Adolf Vaynsonun "Klinik radiobiologiya və radiasion onkologiya - inkişaf tendensiyaları" mövzusunda məruzəsi dinlənilmişdir. Çikaqo Universitetinin Xərçəng Araşdırmaları Mərkəzinin əməkdaşı Bülənd Aydoğan isə radiasion onkologiyada tibbi fizikanın roluna dair məruzə etmişdir.  Belçikalı alimlər Steven Cuypers və Orfit İndustries isə şüa terapiyası üçün yeni immobilizasiya avadanlıqları barədə məruzələrlə çıxış etmişlər. Türkiyənin İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsinin professoru Çətin Önsəlin "Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan metodlar - onların effektivliyi və inkişaf perspektivləri" mövzusunda məruzəsi də maraqla qarşılanmışdır.

İyunun 14-də isə "Baş-boyun şişlərinin braxiterapiyası" və "Azərbaycanda şüa terapiyası - müasir vəziyyəti və inkişaf perspektivləri" mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!