08 Oktyabr 2023 10:53
576
CƏMİYYƏT
A- A+
Bakıda “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı keçirilir

Bakıda “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı keçirilir

 

Bakıda “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalının təntənəli açılış mərasimi olub. Açılış mərasimi festivalın tərəfdaş məkanlarından biri olan “The Club Port Baku” idman klubunda keçirilib. Özünüinkişaf və sağlamlıq sahəsi üzrə bu miqyasda möhtəşəm tədbir Azərbaycanda ilk dəfədir təşkil olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə keçirilən festivalda üç gün ərzində Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, festivalın açılış mərasimində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin akademik direktoru və Beynəlxalq “Nine Senses” festivalının həmtəşkilatçısı Natalya Jukova çıxış edib. O, çıxışında ölkəmizdə sağlam həyat tərzinin inkişafı və təbliği baxımından festivalın keçirilməsinin əhəmiyyətini qeyd edib. "Biz festivalı iki həftəyə hazırladıq, bu inanılmazdır! Komanda qısa müddət ərzində bu cür böyük layihəni həyata keçirməklə möhtəşəm iş bacardı. Qeyd edim ki, festival növbəti iki gün ərzində daha da canlanacaq. Bu gün rahat səhər məşqləri ilə başladıq -tsiqun və nəfəsalma texnikaları. Oktyabrın 7-də isə hedlaynerlərimiz – İmran Kriya, Nandan Gautam, Anna Vladimirovanın çıxışları ilə davam edəcəyik.

Bazar günü isə “Sea Breeze Event Hall”da biznes panel və “Nine Senses”də müxtəlif və maraqlı proqram planlaşdırılır. Axşam konsertləri, tematik yarmarka, rəqs improvizasiyaları keçiriləcəkdir. Bütün bunlar festival iştirakçılarına yeni təcrübələr və unudulmaz anlar yaşadacaq.

Hər il keçiriləcəyini gözlədiyimiz layihəmizə “Nine Senses”in təsisçisi Leyla xanım dəstək göstərib. Məqsədimiz üç istiqamətdə fəaliyyət göstərən peşəkar mütəxəssisləri bir araya gətirmək və festival ərəfəsində onların təcrübələrini festival iştirakçılarına təqdim etməkdir”,- deyə Natalya Jukova bildirib.

Festival iştirakçılara insanın harmonik inkişafı ilə bağlı demək olar ki, bütün müasir dünya tendensiyaları ilə tanış olmaq imkanı verəcək. Festival ərəfəsində kriya, kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik qrup məşqləri, emosional zəkanın inkişafına yönəlmiş fərqli sahələr üzrə kouçinq, müxtəlif növ art-terapiyalar təşkil olunacaq.

Bildirək ki, “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı oktyabrın 8-dək davam edəcək.

Xatırladaq ki, festival ANSA təhsil platforması ilə birgə təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!