30 Oktyabr 2025 16:26
10608
Səhiyyə
A- A+
Bakıda “Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib – YENİLƏNİB 

Bakıda “Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib – YENİLƏNİB 


Oktyabrın 30-da Bakıda Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin (“Medinex 2025”) açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Medinex 2025” sərgisinin Azərbaycanda keçirilməsinin çox yaxşı ənənəyə çevrildiyini deyib: “Bu sərgidə ölkəmizin səhiyyə sahəsində çalışan yüksəkixtisaslı mütəxəssisləri iştirak edirlər. Tədbir həm peşəkarlar, həm də ümumilikdə səhiyyə sistemimiz üçün son dərəcə faydalıdır”.

O, həmçinin qeyd edib ki, icbari tibbi sığortanın tətbiqinə başlanması ölkəmizdə uzun və mürəkkəb bir proses olub. “Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri də məhz icbari tibbi sığortanın ölkəmizdə tətbiqi idi. Ümummilli Lider yaxşı bilirdi ki, əhalinin sağlamlığının qorunması istiqamətində bu addım olduqca vacibdir. Lakin həmin dövrdə ölkənin iqtisadi vəziyyəti və səhiyyə sahəsində kadr çatışmazlığı buna imkan vermədi. Ancaq bu gün aparılan uğurlu islahatlar, həyata keçirilən məqsədyönlü addımlar və ölkəmizdəki iqtisadi inkişaf sayəsində biz artıq icbari tibbi sığortanı tətbiq edə bilmişik”, - deyə komitə sədri vurğulayıb.

Əhliman Əmiraslanov, eyni zamanda bildirib ki, gələcəkdə məqsəd ambulator müalicədə olan xəstələrin də dərman preparatları ilə təmin olunmasıdır. “Bu sahədə məqsədyönlü, ardıcıl iş aparılır və nəticələri yaxın gələcəkdə daha aydın görünəcək”, - deyə o diqqətə çatdırıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda son illər səhiyyə sahəsində geniş islahatların həyata keçirildiyinə diqqət çəkib: “Bu islahatların nəticəsi olaraq, artıq hər il 5 milyondan çox vətəndaş icbari tibbi sığortadan yararlanır”.

O deyib ki, böyük maliyyə vəsaiti tələb edən tibbi xidmətlər də Xidmətlər Zərfinə daxil edilib. Bu da əhalinin keyfiyyətli tibbi yardıma əlçatanlığını xeyli artırıb. Yaxın illərdə isə yeni tibbi xidmətlərin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır.

Zaur Əliyev, həmçinin vurğulayıb ki, “Medinex 2025” sərgisi artıq səhiyyə sektorunda çox vacib platformaya çevrilib. “Bu sərgi özəl sektor ilə dövlət müəssisələri arasında əməkdaşlığın güclənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və təcrübə mübadiləsinə ciddi töhfə verir. İnanıram ki, belə tədbirlər gələcəkdə də səhiyyə sistemimizin inkişafına mühüm töhfə verməyə davam edəcək”,-deyə o diqqətə çatdırıb.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə müasir səhiyyə infrastrukturu yaradılır, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir.

O deyib ki, “Medinex 2025” sərgisi səhiyyə sahəsində yeni əməkdaşlıqlar üçün mühüm platformadır. “Səhiyyə Nazirliyi olaraq hesab edirik ki, “Medinex 2025” sərgisi səhiyyə mütəxəssislərinin yeniliklərlə tanışlığı, mövcud tərəfdaşlıqların inkişafı, yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır və bu tədbir milli səhiyyə sisteminin innovativ inkişafına töhfə verir”, - deyə nazir müavini vurğulayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Azərbaycanda səhiyyə sahəsində son illər aparılan islahatların xidmətlərin keyfiyyətinin artırılmasına, əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərin daha əlçatan olmasına yönəldiyini diqqətə çatdırıb: “Bu inkişafın əsasını tibb elmi ilə yanaşı, innovasiyalar və rəqəmsal texnologiyaların tətbiqi təşkil edir. Müasir texnologiyalar səhiyyədə daha çevik, səmərəli və şəffaf idarəetmə sistemlərinin formalaşmasına, pasiyent məmnuniyyətinin artmasına xidmət edir”.

O qeyd edib ki, “Medinex 2025” sərgisi bu baxımdan çox vacib platformadır. “Sərgi səhiyyə mütəxəssisləri, avadanlıq istehsalçıları, investorlar və akademik dairələr arasında bilik və təcrübə mübadiləsini təmin edir, yeni əməkdaşlıqların yaranmasına imkan yaradır. TƏBİB-in fəaliyyətində innovasiya və rəqəmsallaşma əsas prioritetlərdəndir. Yeni Klinika və Nizami Tibb Mərkəzinin HIMSS beynəlxalq sertifikatını əldə etməsi bunun bariz nümunəsidir. Bu, səhiyyəmizin beynəlxalq standartlara uyğun texnoloji səviyyəyə çatdığını göstərir. Həmçinin vətəndaşlar şəxsi kabinet və “e-təbib” tətbiqi vasitəsilə laborator nəticələrini onlayn izləyə bilirlər. Bu, idarəetmədə şəffaflığı və qərarların dəqiqliyini artırır”, - deyə Vüqar Qurbanov əlavə edib.

“Caspian Event Organisers”in Baş direktoru Fərid Məmmədov isə “Medinex” sərgisinin artıq regionun tanınmış səhiyyə platformalarından birinə çevrildiyini deyib: “Builki sərgidə Azərbaycan şirkətləri ilə yanaşı, Belarus, Cənubi Koreya, Çin, Misir, Özbəkistan, Polşa, Qazaxıstan, İtaliya, Rusiya, Türkiyə və Ukraynadan gəlmiş şirkətlər iştirak edir”.

O vurğulayıb ki, Səhiyyə Nazirliyinin sərginin təşkilinə verdiyi dəstək yüksək səviyyədə olub. “Tərəfdaşların bu sərginin inkişafına göstərdikləri qayğı onu ildən-ilə inkişaf etdirir”, - deyə Baş direktor diqqətə çatdırıb.

Daha sonra iştirakçılar sərginin stendlərini gəziblər.

Qeyd edək ki, “Medinex 2025” sərgisi səhiyyə üzrə peşəkarları, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribütorları və investorları bir araya gətirir. Dövlətin səhiyyə sisteminin modernləşdirilməsinə yönəlmiş islahatları, bu sahənin son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi fonunda keçirilən “Medinex” sərgisi oktyabrın 30-dan noyabrın 1-dək davam edəcək. “Medinex 2025” İTSDA və TƏBİB tərəfindən dəstəklənir, bu qurumlar sərgidə öz stendləri ilə iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!