05 İyul 2024 08:30
1004
İQTİSADİYYAT
A- A+
"Bakıda küləklər əsir"

"Bakıda küləklər əsir"

 

İndi bu küləklər təkcə toz qoparmır, həm də enerji verir

 

Ən geniş yayılmış təmiz və bərpaolunan enerji növlərindən biri külək enerjisidir. Bu enerji küləyin  gücündən, yəni hava axınlarının kinetik enerjisinin elektrik enerjisinə çevrilməsindən əldə edilir. Kinetik enerji cismin, yaxud da zərrəciyin öz hərəkəti hesabına malik olduğu enerjiyə deyilir. Həmin enerjini yararlı elektrik enerjisinə çevirmək üçün isə külək turbinindən istifadə edilir.
Külək enerjisindən optimal istifadə üçün küləkli ərazilərdə çoxlu sayda turbinlərdən ibarət böyük miqdarda elektrik enerjisi istehsal etməyə imkan verən külək-elektrik stansiyaları (KES) qurulur. Bu gün dünyada istifadə olunan külək enerjisi həm qurudan, həm də dənizdən əldə olunur. Doğrudur, güclü küləklər bəzən fəlakətlərə yol açır, amma zaman onun çox gərəkli olduğunu da gündəmə gətirib.
Avstraliya dünyada küləklər ölkəsi kimi tanınır. Yer kürəsində ən güclü külək əsməsi hadisəsi də 1996-cı il aprelin 10-da Avstraliyanın şimal-qərb sahillərindəki kiçik Barrou adasında "Oliviya qasırğası" zamanı qeydə alınıb. Həmin vaxt adada küləyin sürəti saniyədə 113 metrə (408 km/saat) çatıb. Küləyin intensivliyinə görə Azərbaycan da ön sıralardadır. Bütövlükdə Abşeron yarımadasında, ölkənin ayrı-ayrı bölgələrində küləkli günlərin sayı kifayət qədər çoxdur. Təsadüfi deyil ki, küləkdən daha səmərəli istifadə etmək üçün Nazirlər Kabineti tərəfindən bu ilin aprelində qərar qəbul olunub. Qərara əsasən, bundan sonra Bakı şəhəri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hektar və Abşeron rayonu Pirəkəşkül-Qobustan bələdiyyəsinin mülkiyyətində 11,25 hektar olmaqla, ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 34,5 hektar torpaq sahəsi qoyuluş gücü 240 MVt olan külək-elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. 2040-cı ilə kimi Bakının Ələt, Sabunçu və Mərdəkan qəsəbələrində ümumi ərazisi 2650 hektar, qoyuluş gücü 1200 MVt olan  bir külək və üç günəş-elektrik stansiyasının inşası nəzərdə tutulub.
Göründüyü kimi, təbiət hadisəsi olan külək qiymətli sərvətdir. Bu sərvətdən səmərəli istifadə etmək, səmtini dəyişmək insan oğlunun  zəkasından asılıdır. Tədqiqatlar göstərir ki, küləyin sürəti saniyədə 3-4 metr olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti  saniyədə 11 metrdir. Bundan başqa, işğaldan azad olunan Laçın və Kəlbəcər rayonlarında da küləkdən elektrik enerjisi alınması potensialı böyükdür. Kəlbəcərin dağlıq ərazilərində küləyin orta illik sürəti saniyədə 7-8 metr təşkil edir. Bütün bunlar Azərbaycanda külək enerjisindən istifadə imkanlarının geniş olduğunu göstərir. Danılmaz faktdır ki, Azərbaycanda külək və ənənəvi olmayan digər mənbələrdən elektrik enerjisi alınması istiqamətində durmadan iş aparılır, inamlı addımlar atılır. Qeyd edək ki,  Xəzər dənizinin  Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialı var ki, bu da xarici sərmayədarların diqqətindən yayınmayıb. Onlar zaman-zaman Azərbaycanda bərpaolunan enerji stansiyalarının tikintisinə sərmayə qoymaq istəklərini dilə gətiriblər. 
Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə əməli fəaliyyətə keçərək, 2022-ci ilin  yanvarında "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının təməlini qoyub. 2025-ci ildə istismara veriləcək stansiyada ildə 1 milyard kVt/saat elektrik enerjisinin istehsal edilməsi planlaşdırılıb ki, bu da 220 milyon kubmetr təbii qaza qənaətə və 400 min tondan artıq CO2 emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan yaradacaq. "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Stansiyanın təməlqoyma mərasimində çıxış edən  Prezident İlham Əliyev deyib: "Bərpaolunan enerji növlərinin  istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir.  Onu da bildirməliyəm ki, işğaldan azad edilmiş ərazi olan Cəbrayıl rayonunda hazırda böyük günəş-elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki,  işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın  bərpaolunan külək və günəş-elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər böyük layihələrə start versinlər". 
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda külək enerjisi ilə bağlı atılan addımlar uğurla nəticələnir. Bu gün alternativ və bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalında Azərbaycan üçün əsas istiqamətlər külək və günəş-elektrik stansiyalarının tikilməsidir. Təkcə quruda deyil, Xəzər dənizində də külək axınlarından istifadə etməklə enerji istehsalı mümkündür. Məlumat üçün bildirək ki, hazırda dünyada 162 dənizdə külək-elektrik stansiyası fəaliyyət göstərir. Sadəcə 2020-ci ildə 26 dənizdə külək layihəsinin tikintisinə başlanılıb. Dünya üzrə dənizdə külək enerjisi gücünə malik olan ölkələrin ilk beşliyi sırasına Birləşmiş Krallıq (10 QVt), Çin (8 QVt), Almaniya (7 QVt), Niderland (2.5 QVt) və Belçika (2 QVt) daxildir. Azərbaycan  sadalanan bu ölkələrdən  heç də geri qalmayacaq. Ötən il energetika naziri Pərviz Şahbazov müsahibələrinin  birində bildirib ki, Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 QVt-nı 2036-cı ilədək reallaşdırmaq niyyətindəyik. 
Bu günlər bərpaolunan enerji sahəsindən xəbərlər yayan "Recharge" jurnalında "Əsrin yaşıl müqaviləsi Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər" sərlövhəli məqalə dərc olunub. Məqalədə energetika nazirinin müavini və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanovun fikirləri yer alıb. O bildirib ki, dəniz külək-elektrik stansiyalarının tikilməsi Azərbaycan hökumətinin Avropa istehsalçıları ilə birgə "elektrik enerji hasilatının pay bölgüsü müqaviləsi"nə oxşar layihəyə açıq olmasını göstərir:  "Energetika sahəsində strateji tərəfdaşlıqlar bizim üçün həmişə çox əhəmiyyət kəsb edəcək. Əgər Xəzərdə dəniz külək enerji layihəsini inkişaf etdirmək istəyiriksə, onda bizim mütləq yerli istehsala ehtiyacımız var, bütün komponentlər Avropa ölkələrindən gələ bilməz". Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov Elnur Soltanovun fikirlərini dəstəkləyib: "Burada Avropaya ixrac vacib rol oynayacaq və Azərbaycan gələcəkdə dəniz külək enerjisi stansiyalarından alınacaq əlavə enerjidən hidrogen və elektrik yanacaq istehsal edə bilər". 
SOCAR-ın nümayəndəsi Teymur Quliyev isə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ortaya çıxan bir sıra texniki məsələlərdən söz açıb: "Masdar" keçən il Azərbaycan hökuməti ilə 10 qiqavat gücündə bərpaolunan enerji stansiyası, o cümlədən 2 qiqavat gücündə dəniz külək enerjisi stansiyası layihəsinə dair müqavilə imzalayıb. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, həmçinin Bakı ilə dörd layihəli sazişin bir hissəsi olaraq 1,5 QVt-lıq dəniz külək enerji stansiyası layihəsini həyata keçirir".

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!