Bakıda II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi keçirilir
Bakıda II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi işə başlayıb. Konqres Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, universitetin Onkoloji Klinikasının təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli konqresin məqsədinin onkologiyanın mühüm sahələrindən olan süd vəzi xəstəlikləri, habelə ümumiyyətlə qadın sağlamlığı məsələlərini müzakirə etmək və müxtəlif ölkələrin onkoloqlar, mammoloqlar və ginekoloqları arasında məhsuldar dialoq yaratmaq olduğunu bildirib.
Qeyd olunub ki, konqresin elmi proqramı Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası, Milli Onkologiya Mərkəzi və Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası tərəfindən, Türkiyənin aparıcı süd vəzi xəstəliklərinin müalicəsi üzrə mütəxəssisləri ilə sıx əməkdaşlıqda ərsəyə gəlib və ən aktual mövzuları əhatə edir.
"Konqresdə dünyada tanınmış mütəxəssislərin iştirakı, Türkiyə, ABŞ, Rusiya Federasiyası, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən təşrif buyurmuş ekspertlərin məruzələri əminəm ki, hamıda böyük marağa səbəb olacaq və onkologiyanın bu sahəsinin inkişafına mühüm töhfə verəcək.
Konqres çərçivəsində iki təlim kursu da keçiriləcək ki, bunlar da süd vəzi xəstəliklərinin radioloji görüntüləməsi və onkoplastik cərrahi məsələlərin daha dərindən araşdırılmasına imkan yaradacaq. Ümidvaram ki, elmi proqramın genişliyi, radioloji görüntüləmə, onkoplastik cərrahiyyə kursları gözləntiləri və ümidləri doğruldacaq", - deyə G.Gəraybəyli bildirib.
Sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli və Sədaqət Vəliyeva Azərbaycanda aparılan səhiyyə islahatlarının tibbi xidmətlərin keyfiyyətini yüksəltdiyini, Milli Məclisdə bu sahədə qanunvericilik aktlarının təkmilləşdirildiyini, əhalinin sağlamlığının qorunması məqsədilə müxtəlif təkliflər irəli sürüldüyünü bildirib.
Tədbirdə çıxış edən Kocaeli Universitetinin rektoru, Türkiyə Süd Vəzi Cərrahları Cəmiyyətinin sədri, professor Nuh Zafer Cantürk, Senatürk Cəmiyyətinin prezidenti, Marmara Universitetinin Tibb fakültəsinin ümumi cərrahiyyə kafedrasının professoru Bahadır Güllüoğlu, Acıbadem Molekulyar Patologiya Laboratoriyasının direktoru, professor Çengiz Yakıciyer dünyada süd vəzi ilə konqresin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu deyib, tədbirin işinə uğurlar arzulayıblar.
Konqres sessiyalarla davam edib.
Konqresin işinə oktyabrın 28-də yekun vurulacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mina partlaması nəticəsində yaralanan ANAMA əməkdaşının vəziyyəti orta ağırdır - AÇIQLAMA...
05 Dekabr
Rusiyanın hərbi obyektləri VURULDU
05 Dekabr
Multikulturalizm Mərkəzi Qafqaz Albaniyası haqda 3 dildə toplunu nəşr edib
05 Dekabr
İran prezidenti Rusiyaya gedir - SƏBƏB
05 Dekabr
ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlanılıb
05 Dekabr
Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olaraq qalır
05 Dekabr
Baş Prokurorluq: Ağdamda baş verən mina hadisəsi ilə bağlı araşdırma aparılır
05 Dekabr
İcma sədrinin müavini: Qərbi azərbaycanlılar 35 ildir doğmalarının məzarlarını ziyarət edə bilmirlər...
05 Dekabr
Sergey Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib
05 Dekabr
Azərbaycan-Albaniya enerji əməkdaşlığı müzakirə edilib
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!