06 İyun 2025 08:10
688
İQTİSADİYYAT
A- A+
Bakıda enerji zirvəsi Strateji müqavilə, saziş və "yaşıl təşəbbüs"lərlə yadda qaldı

Bakıda enerji zirvəsi Strateji müqavilə, saziş və "yaşıl təşəbbüs"lərlə yadda qaldı


Regionun  enerji sektorunda mühüm hadisələrdən biri olan Bakı Enerji Həftəsi başa çatdı. Üç gün dünyanın aparıcı şirkətləri, dövlət qurumları və investorlar Xəzər regionunun gələcək enerji strategiyasını müəyyənləşdirmək üçün bir araya gəldilər. 30-cu "Caspian Oil and Gas", 13-cü "Caspian Power" sərgiləri və 30-cu "Baku Energy Forum" tədbirləri enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və "yaşıl keçid" sahəsində vacib müzakirələrin aparıldığı platformaya çevrilməklə ölkəmizin beynəlxalq enerji sektorundakı mövqeyini bir daha təsdiqlədi. Həftə çərçivəsində ölkənin enerji gündəliyinə dair əsas prioritetlər, yeni tərəfdaşlıqlar və strateji təşəbbüslər təqdim olundu.

Bakı Enerji Həftəsi yalnız fikir mübadiləsinin səsləndirildiyi meydan kimi deyil, həm də praktiki nəticələrin əldə olunduğu bir platforma kimi yadda qaldı. Enerji həftəsi çərçivəsində müzakirələr və təqdimatlardan əlavə, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə bir sıra razılaşmalar əldə edildi,  strateji əhəmiyyətli müqavilələr bağlandı. Fikrimizi faktların dili ilə çatdırsaq, mənzərə aydın olacaq. SOCAR ilə BP, "ExxonMobil", TPAO kimi enerji nəhəngləri arasında yeni hasilat və kəşfiyyat sazişləri imzalanması Xəzər dənizinin ehtiyatlarının daha səmərəli şəkildə dəyərləndirilməsinə şərait yaradacaq. 

Bərpaolunan enerji, "yaşıl keçid" və regional enerji dəhlizləri kimi sahələrdə də mühüm razılaşmalar əldə olundu. Bu istiqamətdə Azərbaycanın enerji strategiyası, "yaşıl keçid" siyasəti və regional əməkdaşlıq imkanları geniş müzakirə edildi. Xüsusilə dərin qaz hasilatı, "yaşıl enerji" texnologiyaları və "yaşıl enerji dəhlizi" kimi istiqamətlərdə əldə olunan strateji razılaşmalar Azərbaycanın enerji keçidi prosesində liderliyini möhkəmləndirərək, region üçün nümunəvi model yaradılmasına yol açacaq. Bu da ona dəlalət edir ki, Azərbaycan həm ənənəvi enerji mənbələri üzrə etibarlı tərəfdaş, həm də bərpaolunan enerji sahəsində regional liderdir. 

Sərginin açılışında Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın enerji tarixində yeni bir fəsil açdı, onu qlobal enerji arenasında aparıcı oyunçu kimi təsdiqlədi: "Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi"dir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki "Bakı Enerji Həftəsi"ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil".

Bakı Enerji Həftəsi çərçivəsində ümumi gücü 200 MVt olan 3 günəş enerjisi layihələrinin reallaşdırılması istiqamətində Energetika Nazirliyi ilə Maire Tecnimont S.p.A. arasında "yaşıl enerji" sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilələr bağlandı.  Energetika Nazirliyi ilə "Universal Solar Azerbaijan" MMC arasında ölkəmizdə ilk dəfə olaraq bərpaolunan enerji sahəsində keçirilmiş beynəlxalq hərrac mexanizmi əsasında reallaşdırılan 100 MVt gücündə "Qobustan" Günəş-Elektrik Stansiyası (GES) layihəsi üzrə "Torpaq icarə müqaviləsi" imzalandı. İşğaldan azad edilmiş ərazilərin "yaşıl enerji zonası"na çevrilməsi məqsədilə həyata keçirilən təşəbbüslər çərçivəsində Cəbrayıl rayonunda tikilməsi planlaşdırılan iki günəş-elektrik stansiyası üzrə də müqavilələr təsdiqləndi. Cəbrayılda inşa olunacaq günəş stansiyaları ilə bağlı "Norm" ASC ilə birgə balanslaşdırma müqavilələri təsdiqləndi.

Forumda Azərbaycanın 2030-cu ilə qədər olan "yaşıl enerji gündəliyi" təqdim olundu. Ən önəmli təşəbbüslərdən biri kimi "Yaşıl enerji dəhlizi" layihəsi xüsusi diqqət çəkdi. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan yeni razılaşmalar çərçivəsində Xəzər dənizi sahilindən Avropaya qədər uzanan elektrikötürmə marşrutu yaradılacaq. Bu dəhliz vasitəsilə ölkəmizdə istehsal ediləcək günəş və külək enerjisi Avropa ölkələrinə ixrac olunacaq. 13-cü "Caspian Power" sərgisində həmçinin bir sıra beynəlxalq şirkətlər, xüsusilə "Masdar" (BƏƏ), "ACWA Power" (Səudiyyə Ərəbistanı) və "Fortescue Future Industries" (Avstraliya) kimi investorlar  Azərbaycanda külək və günəş enerjisi layihələrinə sərmayə yatırmaq planlarını təqdim etdilər. Bu təşəbbüslər çərçivəsində "yaşıl enerji" istehsalı deyil, həm də "yaşıl hidrogen" texnologiyalarının tətbiqi planlaşdırılır.

Bakı Enerji Həftəsi  bir daha göstərdi ki, Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də enerji gündəmini formalaşdıran ölkələrdəndir. Əldə olunan nəticələr Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyindəki rolunu möhkəmləndirməklə yanaşı, iqtisadi inkişafına və dayanıqlı gələcək quruculuğuna xidmət edir. 

Məlumdur ki, ənənəvi enerji ilə yanaşı, "yaşıl texnologiya"lara yönələn strateji xətt ölkənin 2030-cu ilə qədər olan milli enerji strategiyasının əsasını təşkil edir. Bu baxımdan  keçirilən tədbirlər bir daha sübut etdi ki, enerji yalnız resurs deyil, həm də diplomatiya, texnologiya və dayanıqlılığın kəsişdiyi strateji sahədir. Beynəlxalq tədbirin başa çatması ilə Azərbaycan növbəti dəfə enerji diplomatiyasında öz lider mövqeyini təsdiqlədi. Sərgi və forum çərçivəsində imzalanan mühüm saziş və müqavilələr, təqdim olunan texnoloji yeniliklər və "yaşıl enerji" ilə bağlı irəli sürülən təşəbbüslər ölkənin enerji sektorunda davamlı inkişaf strategiyasının tərkib hissəsinə çevrildi. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!