12 Noyabr 2024 15:53
574
COP29
A- A+
Bakıda COP29 sammiti: İqlim dəyişikliyi ilə mübarizə üçün daha çox pul tapılacaqmı?  

Bakıda COP29 sammiti: İqlim dəyişikliyi ilə mübarizə üçün daha çox pul tapılacaqmı?  

Azərbaycanda COP29 iqlim sammiti açılıb. İki həftəlik iş müddətində konfransda iştirak edən ölkələr, xüsusilə, iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyənin inkişaf etmiş ölkələr tərəfindən artırılıb-artırılmayacağına qərar verməli olacaqlar. 

BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı (COP29) rezonanslı bəyanatlarla başlayıb: tədbirin prezidenti, SOCAR dövlət neft-qaz şirkətinin keçmiş vitse-prezidenti Muxtar Babayev deyib ki, dünya “fəlakət yolundadır” və  Bakı sammiti bütün dünyada iqlim məqsədləri üçün "həqiqət anını" təmsil edir.

COP29-un gündəminin ən mühüm bəndi iqlim proqramlarını maliyyələşdirmək üçün inkişaf etməkdə olan ölkələrə ildə bir trilyon dollara qədər vəsaitin ayrılması barədə razılığa gəlməkdir. Hazırda belə maliyyələşdirmənin həcmi 100 milyard dollardır və onun müddəti bu il başa çatır. 2020-ci ildən bəri zəngin və ya inkişaf etmiş ölkələr bu öhdəlikləri müntəzəm yerinə yetirmirlər. Reuters qeyd edir ki, bu, dünyada iqlim dəyişikliyinə həssas olan ölkələr arasında inamsızlığın artmasına səbəb olub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib ki, iqlim maliyyəsi xeyriyyəçilik deyil. Onun sözlərinə görə, bu cür addımlar hər bir ölkənin, o cümlədən ən böyük və ən zəngin ölkələrin maraqlarına tam cavab verir: “Əgər dünya ölkələrinin ən azı üçdə ikisinin tullantıları (atmosferə atılan karbon qazı - BBC) kəskin şəkildə azaltmağa gücü çatmasa, hər bir ölkə bunun üçün ağır bədəl ödəyəcək".

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

17:58
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

17:21
25 Avqust

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

16:52
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!