28 Dekabr 2021 00:53
3195
Sərəncamlar
A- A+

“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 fevral tarixli 1974 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 fevral tarixli 1974 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 155; 2014, № 6, maddə 644; 2016, № 8, maddə 1384; 2017, № 1, maddə 85, № 8, maddə 1521; 2018, № 5, maddə 1021) aşağıdakı dəyişikliklər edilsin:

1.    1-ci hissə üzrə:

1.1.  “Komissiyanın sədri” hissəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri”  sözləri ilə əvəz edilsin;

1.2. “Komissiyanın üzvləri” hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin;

1.3. “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru” sözlərindən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilsin.

2.  2-ci hissədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3.  3.1-ci bənddə və 4-cü hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 dekabr 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video