18 İyun 2014 04:06
295
Təhsil
A- A+
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin şagirdləri Beynəlxalq rus dili olimpiadasında uğur qazanmışlar

Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin şagirdləri Beynəlxalq rus dili olimpiadasında uğur qazanmışlar

Bu günlərdə Moskvada Beynəlxalq Rus dili günü və Puşkinin anadan olmasının 215 illiyinə həsr olunmuş məktəblilər arasında XIII Beynəlxalq rus dili olimpiadası keçirilmişdir. 

BSU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, olimpiada Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi, Rossotrudniçestvo Federal Agentliyi, Rus Dili və Ədəbiyyat Müəllimlərinin Beynəlxalq Assosiasiyası və “Russkiy mir” fondunun dəstəyi ilə A.S.Puşkin adına Rus Dili İnstitutu tərəfindən təşkil olunmuşdur.
İntellektual olimpiadada Azərbaycan da daxil olmaqla, dünyanın 29 ölkəsindən (Avstriya, Bolqarıstan, İsrail, Serbiya, Niderland, Çernoqoriya, Finlandiya və s.) 205 məktəbli və müəllim iştirak etmişdir. Ölkəmizi həmin olimpiadada BSU-nun Məktəb-Lisey Kompleksinin rus dili müəllimi Rauf Ayzatullinin rəhbərliyi ilə bu təhsil müəssisəsinin X sinif şagirdləri Rauf Babayev, İrana Zeynalova, Hüseyn Abbasov, Vladlena Danoy, VII sinif şagirdi Zlat Danoy, həmçinin 160 nömrəli Klassik Gimnaziyanın X sinif şagirdi Maya Novruzova təmsil etmişdir.
Kompleksin təmayülünə uyğun olaraq slavyan dilləri, o cümlədən rus dili və ədəbiyyatı üzrə keçirilən beynəlxalq tədbirlərdə və bilik yarışlarında iştiraka xüsusi önəm verən rəhbərlik tərəfindən üç ay ərzində şagirdlərin beynəlxalq olimpiadaya hazırlaşması üçün xüsusi tədbirlər planı tərtib edilmişdir.
Gərgin və maraqlı keçən bu intellektual yarışmanın sonunda Beynəlxalq olimpiadanın 10 nəfər mütləq qalibinin siyahısı açıqlanmışdır. Sevindirici haldır ki, BSU-nun Məktəb-Lisey Kompleksinin X sinif şagirdi Hüseyn Abbasov da qalib adını qazanmışdır. Fəxri diplomla təltif olunan H.Abbasova Rusiya Federasiyası büdcəsi hesabına Rusiyanın aparıcı ali məktəblərində təhsil almaq hüququ da verilmişdir.
Kompleksin digər şagirdləri də bütün müsabiqə və imtahanlarda fəallıq göstərərək diplom və sertifikatlara layiq görülmüşlər. Rauf Babayev, İrana Zeynalova, Maya Novruzova birinci yeri, Zlata Danoy və Vladlena Danoy isə üçüncü yeri tutmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!